Məhkəmə qərarları › İş №e-2(075)-1598/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1598/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1598/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti üçün 64.78 (altmış dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, 6.48 (altı manat, 48 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********09528 XİAOMİ REDMİ NOTE 13 PRO+, VİNİL ŞƏFFAF, ZƏMANƏT + 3 İL xidməti, SBS POWERBANK üçün, 1328.17 (bir min üç yüz iyirmi səkkiz manat, 17 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 132.82 (yüz otuz iki manat, 82 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1555.85 manat borcun, 35.56 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********40842 XİAOMİ REDMİ NOTE 13 PRO, SBS POWERBANK, ZƏMANƏT + 3 İL xidməti, PAKET XL xidməti, İmei kod **********09528 XİAOMİ REDMİ NOTE 13 PRO+, VİNİL ŞƏFFAF, ZƏMANƏT + 3 İL xidməti, SBS POWERBANK almış və nəticədə 1555.85 (bir min beş yüz əlli beş manat, 85 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1102.32 (bir min yüz iki manat, 32 qəpik) manat (18 ay x 61.24 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********40842 XİAOMİ REDMİ NOTE 13 PRO, SBS POWERBANK, ZƏMANƏT + 3 İL xidməti, PAKET XL xidməti üçün ümumilikdə, 71.26 (yetmiş bir manat, 26 qəpik) manat olmaqla ondan, 64.78 (altmış dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.48 (altı manat, 48 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1691.92 (bir min altı yüz doxsan bir manat, 92 qəpik) manat (18 ay x 89.44 manat + 82 manat ilkin ödəniş) olan İmei kod **********09528 XİAOMİ REDMİ NOTE 13 PRO+, VİNİL ŞƏFFAF, ZƏMANƏT + 3 İL xidməti, SBS POWERBANK üçün ümumilikdə, 1484.59 (bir min dörd yüz səksən dörd manat, 59 qəpik) manat olmaqla ondan, 1328.17 (bir min üç yüz iyirmi səkkiz manat, 17 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, güzəşt olunaraq 132.82 (yüz otuz iki manat, 82 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində İmei kod **********40842 XİAOMİ REDMİ NOTE 13 PRO, SBS POWERBANK, ZƏMANƏT + 3 İL xidmətindən imtina etmiş və məhsul 1019,02 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 18.52 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1019.02 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 363.75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı İmei kod **********40842 XİAOMİ REDMİ NOTE 13 PRO, SBS POWERBANK, ZƏMANƏT + 3 İL xidməti, PAKET XL xidməti, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə İmei kod **********09528 XİAOMİ REDMİ NOTE 13 PRO+, VİNİL ŞƏFFAF, ZƏMANƏT + 3 İL xidməti cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 64.78 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 6.48 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 1328.17 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, müqavilənin 2.6-cı bəndinə əsasən 132.82 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti üçün 64.78 manat ödənilməmiş hissə, 6.48 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********09528 XİAOMİ REDMİ NOTE 13 PRO+, VİNİL ŞƏFFAF, ZƏMANƏT + 3 İL xidməti, SBS POWERBANK üçün, 1328.17 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 manat, 132.82 manat cərimə borcu olmaqla, ümumilikdə 1555.85 manat borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 35.56 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti üçün 64.78 (altmış dörd manat, yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 6.48 (altı manat, qırx səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********09528 XİAOMİ REDMİ NOTE 13 PRO+, VİNİL ŞƏFFAF, ZƏMANƏT + 3 İL xidməti, SBS POWERBANK üçün, 1328.17 (bir min üç yüz iyirmi səkkiz manat, on yeddi qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, altmış qəpik) manat, 132.82 (yüz otuz iki manat, səksən iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1555.85 (bir min beş yüz əlli beş manat, səksən beş qəpik) manat borc, 35.56 (otuz beş manat, əlli altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar