Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1616/2023 29.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 28 dekabr 2019-cu il tarixli MAS-1809 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri aytarılması, Cavabdeh 28 dekabr 2019-cu il tarixli MAS-1809 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 iyun 2023-cü il tarixə 1380.57 manat gecikdirilmiş əsas, 191.25 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 224.99 manat dəbbə pulu olmaqla, cəmi 1796.81 manat borcun və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 22 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bugünə, yəni 29 avqust 2023-cü il tarixə, 10:30-a təyin edilmişdir. Lakin 02 avqust 2023-cü il tarixdə İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı MMC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı MMC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İddiaçı MMC-nin ərizəsi ilə bağlı ödəmiş olduğu 100 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1616/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1616/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver