Məhkəmə qərarları › İş №e-2(075)-163/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-163/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-163/2023 23.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi həmçinin Ərizəçi1 nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixli, JN 065A, KOD 40400038 nömrəli “Torpağa mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi2, Ərizəçi1 ata adının səhf getməsi səbəbindən həmin sənədlərdəki paya münasibətdə Ərizəçi2, Ərizəçi1 məxsus olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi həmçinin Ərizəçi1 nümayəndəsi Ərizəçi2 izahat verərək göstərmişdir ki, onların ailə üzvülərinin mülkiyyətinə Şəki rayon Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli 24 nömrəli qərarı ilə 0,12 hektar torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi üçün xx.xx.2002-ci il tarixli, JN 065A, KOD 40400038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Həmin sənəddə onun və Ərizəçi1 ata adları səhv yazılmışdır. Belə ki, Ərizəçi2 əvəzinə Ərizəçi2 Əfsər qızı, Ərizəçi1 əvəzinə isə Ərizəçi1 Zaməddin qızı kimi qeyd olunmuşdur. Qeyd olunan torpaq sahəsinin sənədlərini DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək adlarına çıxarış almaq istəyərkən xx.xx.2021-ci il tarixli məktubla qeyd olunan yalnışlıqların aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi 2-ci sıradakı şəxsin yəni, Ərizəçi2 ata adı vəsiqəyə uyğun qeyd olunmamışdır. Eyni zamanda 4-cü sıradakı şəxsin yəni, Ərizəçi1 ata adı vəsiqəyə uyğun qeyd olunmamışdır. Məhz buna görədə həmin torpaq sahəsi qeydiyyata alınmaqdan imtina edilmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək göstərmişdir ki, o, Ərizəçi2 bacısı oğludur. Onun ana babası, yəni Ərizəçi2 atası Əfəndi olmuşdur. Səfurənin atası Əfəndi təxminən 2001-ci ildə vəfat etmişdir. Bildirmişdir ki, o, sağlığında babası Əfəndini görmüşdür. Ərizəçi1 onun xalası qızıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş KOD 40400038, JN-065A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 saylı qərarına əsasən X12, Ərizəçi2 Əfsər qızı, X9, Ərizəçi1 Zaməddin qızı və X5 cizgidə göstərilən sərhəd daxilində 0.12 hektar torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 iyun 1958-ci il tarixli, ВМ 455692 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxx 1958-ci il təvəllüdlü X3 atası X10, anası X1. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 17 mart 1979-cu il tarixli, İ-ЖГ 354114 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 X7 arasında xx xxx 1958-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 18 may 1987-ci il tarixli, İV-БД 435303 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü Ərizəçi1 atası X11, anası Ərizəçi2dır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 dekabr 2022-ci il tarixli, 852 nömrəli arayışdan görünür ki, Ərizəçi2 Şəki rayonu, Abbas kəndində yaşayır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, 08 dekabr 2021-ci il tarixli, **********17 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Baltalı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 07 dekabr 2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri JN- 065A KOD 40400038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi olan Ərizəçi2 və Ərizəçi1 Zaməddin qızının ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 saylı qərarına əsasən ərizəçilərə onların ailə üzvləri ilə birlikdə cizgidə göstərilən sərhədlər daxilində 0,12 hektar torpaq sahələri ayrılmışdır. Bununla bağlı onlara KOD 40400038, JN-065A nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, KOD 40400038, JN- 065A nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında “Ərizəçi2” ata adı “Əfəndi” əvəzinə səhvən “Əfsər” kimi, “Ərizəçi1” ata adı “Zaməddinovna” əvəzinə səhvən “Zaməddin qızı” kimi göstərilmişdir. Əslində isə, KOD 40400038, JN-065A nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı “Ərizəçi2 Əfsər qızı” kimi yazılmış şəxs “Ərizəçi2” ilə və adı “Ərizəçi1 Zaməddin qızı” kimi yazılmış şəxs “Ərizəçi1” ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Ərizəçi2, Ərizəçi1 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 saylı qərarına əsasən verilmiş KOD 40400038, JN-065A nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə Ərizəçi2, Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi2 dövlət büdcəsinə ödədiyii 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 12 mart 1999-cu il tarixli, 24 saylı qərarına əsasən verilmiş KOD 40400038, JN-065A nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın payına münasibətdə Ərizəçi2, Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar