Məhkəmə qərarları › İş №e-2(075)-1632/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1632/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1632/2022 25.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 519,40 manat məbləğində borcun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Cavabdeh məxsus mənzildə müvafiq alqı-satqı müqaviləsi əsasında təbbi qazdan istifadə edilir. İstehlakçıya məxsus evdə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabına yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabına 30 iyun 2022-ci il tarixə ödənilməmiş 519.40 manat borc vardır və buna görə də məcburi qaydada ödənişin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu məqsədlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələblərinə əsasən cavabdehə bilririş göndərilərək iddiaçının tələbinə dair etirazı olduğu halda dəlillərini məhkəməyə təqdim etməsi bildirilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, o, 13 dekabr 2014-cü il tarixdə həmin ünvan Süleyman Eldarov küçəsi, ev 17, 140 m² yaşayış sahəsini X3 notarial qaydada satmış və kommunla ödənişləri ödəyərək təmizlik kağızını notariusa və X3 təqdim etmişdir. Həmin prosedurdan sonra alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında bütün sənədləşdirmə işləri Azər Məmmədovun səlahiyyətindədir. Həmin evi 2002-ci ildə aldıqda öz adına keçirmişdir. Qaz borcu əgər 100 manatdan artıq olduğu halda hmin gün qaz təchizatı kəsilir. Amma həmin ünvanda 2022-ci ilin iyul ayına dək qaz təminatı ilə təchiz olunmuşdur. O, Vətən müharibəsi veteranı, aldığı 80 manat pensiya ilə öz kommunal ödənişlərini çətinliklə qarşılayır. İddiaçı və Azər Məmmədovun məsuliyyətsizliyini onun üstünə atılmağına icazə verilməməsini və qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizəsi məhkəməyə daxil olduğundan Şəki Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(075)-1632/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər hazırkı məhkəmə iclasına gəlməmişlər. Lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə 25 oktyabr 2022-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmədə üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Həmçinin ərizədə göstərilmişdir ki, "Qazdan istifadə Qaydaları"nın 6.4-cü bəndinə əsasən, Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Cavabdeh iddia tələbinə etiraz etsə də və qaz istifadəçisi üçüncü şəxs olmasını bildirsə də yuxarıda qeyd olunan qazdan istifadə qaydalarına əməl etməmiş, alqı-satqı müqaviləsinin tərəfi hal hazırda dəyişməmiş və yeni müqavilə tərəfi daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi barədə müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Hazırda İddiaçı bazasında da sözügedən fərdi yaşayış evinə dair borclu kimi Cavabdeh qeyd edilir və borclu şəxs cavabdeh olduğundan onadan da tələb olunur. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini, evi satdığını, istehlakçı kimi, o, qeyd olunsada faktiki olaraq evin sahibi başqa şəxs olduğunu, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli müqavilədən məlum olur ki, İddiaçı İB ilə Cavabdeh arasında müqavilə bağlanaraq Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Şəki şəhəri, Sarıtorpaq (Nurəddin) küçəsi, 17 nömrəli fərdi yaşayış evinin **********00000 saylı qaz hesabına 519,40 manat məbləğində qazdan istifadəyə görə borc hesablanmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz paylayıcısı olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. Cavbabdeh Cavabdeh təbii qazdan istifadə etmiş, lakin onunla bağlanmış qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin tələblərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. 30 iyun 2022-ci il tarixə cavabdehin **********00000 saylı abonent koduna 519.40 manat borc hesablanmışdır. İddiaçı Şəki X7 ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2013-cü il tarixli ilə qazın alqı-satqısı ilə bağlı müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə (DUST-5542-87) uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək paylayıcının vəzifəsidir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək isə istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”- nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıjısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.1.6-cı bəndinə və qaydalara 2 nömrəli əlavənin 2.2.6-cı bəndinə əsasən, istehlakçıya qazın verilməsi məhkəmə qərarı ilə dayandırıla bilər. «Qaz təchizatı haqqında» Azərbayjan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin Qanunun 3.10-cu maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin həmin qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 04 sentyabr 2013-cü il tarixli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” qaz paylayıcısı ilə Cavabdeh arasında bağlanmış qazın alqısatqı müqaviləsinin 3.4-cü bəndinə əsasən istehlakçı istifadə etdiyi qazın dəyərini hesab təqdim edilən tarixdən bir ay müddətində bank və ya poçt şöbələri vasitəsi ilə təchizatçının hesabına tam ödəyir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 nömrəli «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» fərmanın 9cu bəndinə əsasən İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» 29 dekabr 2009-cu il tarixli 207 saylı fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək Cavabdeh istehlakçı kimi qeydiyyatda olan ünvanına qazın verilməsi təmin edilməsinə baxmayaraq Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasını tam şəkildə təmin etməmişdir. Bundan başqa məhkəmə, Cavabdeh ərizəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin qeyd etdiyi kimi fərdi yaşayış evini digər şəxsə satmış olsa belə, 04 sentyabr 2013-cü il tarixli qazın alqı-satqısı ilə bağlı müqavilə İddiaçı ilə onun arasında bağlanmış və hazırda İddiaçı bazasında **********00000 saylı abonent kodu Cavabdeh adına olmaqla iddiaçı qarşısında borclu olan fiziki şəxs də Cavabdehdur. Bu səbəbdən də İddiaçı Cavabdeh istifadə etdiyi lakin ödəmədiyi qazın dəyərinin ödənişini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh istifadə edərək ödənilməmiş qaz borcu olaraq 519.40 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyəri olaraq 519,40 manat məbləğində pul və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar