Məhkəmə qərarları › İş №e-2(075)-1633/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1633/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1633/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG üçün, 614.60 (altı yüz on dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, 61.46 (altmış bir manat, 46 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********14661 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün, 420.80 (dörd yüz iyirmi manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 42.08 (qırx iki manat, 08 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1162.54 manat borc, 31.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən PALTARYUYAN SAMSUNG, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********14661 XİAOMİ REDMİ NOTE 13 markalı telefon almış və nəticədə 1162.54 (min yüz atmış iki manat, 54 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1580.40 (min beş yüz səksən manat, 40 qəpik) manat (18 ay x 87.80 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG üçün ümumilikdə, 676.06 (altı yüz yetmiş altı manat, 06 qəpik) manat olmaqla ondan, 614.60 (altı yüz on dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 61.46 (altmış bir manat, 46 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 559.96 (beş yüz əlli doqquz manat, 96 qəpik) manat (12 ay x 42.08 manat + 55 manat ilkin ödəniş) olan PLYONKAİSTEHSALİ, İMEİ KODU **********14661 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün ümumilikdə, 486.48 (dörd yüz səksən altı manat, 48 qəpik) manat olmaqla ondan, 420.80 (dörd yüz iyirmi manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 42.08 (qırx iki manat, 08 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1104.96 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçı PALTARYUYAN SAMSUNG, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə PLYONKAİSTEHSALİ, İMEİ KODU **********14661 XİAOMİ REDMİ NOTE 13 markalı telefonu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 614.60 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 61.46 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 420.80 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, müqavilənin 2.6-cı bəndinə əsasən 42.08 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, PALTARYUYAN SAMSUNG üçün 614.60 manat əsas, 61.46 manat cərimə borcu, PLYONKAİSTEHSALİ, İMEİ KODU **********14661 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün isə 420.80 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 42.08 manat cərimə borcu olmaqla, cəmi 1162.54 manat borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 31.63 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN SAMSUNG üçün, 614.60 (altı yüz on dörd manat, 60 qəpik) manat ödənilməmiş hissə, 61.46 (altmış bir manat, 46 qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLYONKA İSTEHSALİ, İMEİ KODU **********14661 XİAOMİ REDMİ NOTE 13 markalı telefon üçün, 420.80 (dörd yüz iyirmi manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 42.08 (qırx iki manat, 08 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1162.54 manat borc, 31.63 (otuz bir manat, altmış üç qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar