Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1667/2024 11.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaml İddiaçı, Cavabdeh İslahat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1667/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və Şəki Rayon Məhkəməsində 2(075)-1461/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İslahat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair mülki işlərin bir icraatda birləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 31 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış qaz sərfiyyatının və **********00000 abonent koduna vurulmuş 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 13 iyun 2024-cü il tarixdə, 2(075)- 1667/2023 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı Cavabdeh oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu Böyük Dəhnə kəndində yaşayan cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 111.14 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777.60 manat, cəmi 888.74 (səkkiz yüz səksən səkkiz manat 74 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumun və 0.40 (40 qəpik) qəpik bank xidmət haqqının, ümumilikdə isə 919.14 (doqquz yüz on doqquz qırx manat 14 qəpik) manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 03 fevral 2024-cü il tarixdə, 2(075)- 1461/2024 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında İddiaçı və Cavabdeh İslahat Birliyinin nümayəndəsi X2 Cavabdeh İslahat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə İddiaçı Cavabdeh İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsin etirazları olmadığını bildirdilər. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki iş materiallarını araşdıraraq, mülki proses tərəflərinin fikrini nəzərə alaraq hesab edir ki, qeyd edilən mülki işlər məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işdir. Buna görə də məhkəmə bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, qeyd edilən işlərin birləşdirilməsi həmin işlərə vaxtında və operativ baxılmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən imkanını nəzərə alaraq həmin işlər bir icraatda birləşdirməsi qərarına gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1660/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 22(075)-1461/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İslahat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilsin. Mülki işlər 2(075)-1461/2024 nömrə ilə qeydiyyata alınsın. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1667/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1667/2024
11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver