Məhkəmə qərarları › İş №e-2(075)-1672/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1672/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1672/2025 25.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbinin dəlilləri; İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Blender Braun üçün 219.2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 21.92 (iyirmi bir manat doxsan iki qəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Tozsoran Daewoo üçün 65.4 (altmış beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 6.54 (altı manat əlli dörd qəpik) manat dəbbəpulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 üçün 4450.3 (dörd min dörd yüz əlli manat otuz qəpik) manat ödənilməmiş hissə, 445.03 (dörd yüz qırx beş manat üç qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 5208.39 manat borc, 72.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçi İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 2 ədəd Blender Braun, Tozsoran Daewoo, X2 almış və nəticədə 5208.39 (beş min iki yüz səkkiz manat otuz doqquz qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 241.12 (iki yüz qırx bir manat on iki qəpik) manat (18 ay x 19.93 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Blender Braun üçün ümumilikdə 241.12 (iki yüz qırx bir manat on iki qəpik) manat olmaqla, ondan 219.2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.92 (iyirmi bir mnaat, 92 qəpik) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 168.12 (yüz altmış səkkiz manat on iki qəpik) manat (18 ay x 9.34 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Daewoo üçün ümumilikdə 71.94 (yetmiş bir manat doxsan dördqəpik) manat olmaqla, ondan, 65.4 (altmış beş manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.54 (altı manat əlli dörd qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5678 (beş min altı yüz yetmiş səkkiz) manat (24 ay x 227 manat + 230 manat ilkin ödəniş) olan X2 üçün ümumilikdə 4895.33 (dörd min səkkiz yüz doxsan beş manat otuz üç qəpik) manat olmaqla, ondan 4450.3 (dörd min dörd yüz əlli manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 445.03 (dörd yüz qırx beş manat üç qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində X1 1 İL xidmətindən imtina etmiş və məhsul 645 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 582.7 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 645 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 275.26 manat təşkil edir. Cavabdehlə iddiaçı ilə aralarında bağlanılmış xx.xx.2024cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 13983080 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 168.12 manat olan 1 ədəd tozsoran “Daewoo” satılmışdır. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 19602110 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 241.12 manat olan 2 ədəd blender “Braun” satılmışdır. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13407364 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 5678 manat olan 1 ədəd “X2” satılmışdır. 31 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 16 may 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 219.2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat əsas, 21.92 (iyirmi bir manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 65.4 (altmış beş manat qırx qəpik) manat əsas, 6.54 (altı manat əlli dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4450.3 (dörd min dörd yüz əlli manat otuz qəpik) manat əsas, 445.03 (dörd yüz qırx beş manat üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5208.39 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 421.2-ci maddəsinə əsasən, Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Tozsoran Daewoo almış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2 ədəd Blender Braun almış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X2 almış və nəticədə 5208.39 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 241.12 (iki yüz qırx bir manat on iki qəpik) manat (18 ay x 19.93 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd blender Braun üçün ümumilikdə 241.12 (iki yüz qırx bir manat on iki qəpik) manat olmaqla, ondan 219.2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.92 (iyirmi bir mnaat, 92 qəpik) manat dəbbə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 168.12 (yüz altmış səkkiz manat on iki qəpik) manat (18 ay x 9.34 manat + 0 manat ilkin ödəniş) olan tozsoran Daewoo üçün ümumilikdə 71.94 (yetmiş bir manat doxsan dördqəpik) manat olmaqla, ondan, 65.4 (altmış beş manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.54 (altı manat əlli dörd qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5678 (beş min altı yüz yetmiş səkkiz) manat dəbbə (24 ay x 227 manat + 230 manat ilkin ödəniş) olan “X2” üçün ümumilikdə 4895.33 (dörd min səkkiz yüz doxsan beş manat otuz üç qəpik) manat olmaqla, ondan 4450.3 (dörd min dörd yüz əlli manat otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 445.03 (dörd yüz qırx beş manat üç qəpik) manat dəbbə borcu yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 445.03 (dörd yüz qırx beş manat üç qəpik) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 66.30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 219.2 (iki yüz on doqquz manat iyirmi qəpik) manat əsas, 21.92 (iyirmi bir manat doxsan iki qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 65.4 (altmış beş manat qırx qəpik) manat əsas, 6.54 (altı manat əlli dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4450.3 (dörd min dörd yüz əlli manat otuz qəpik) manat əsas, 20 (dörd yüz qırx beş manat üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 4783.36 (dörd min yeddi yüz səksən üç manat otuz altı qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 66.30 (altmış altı manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar