Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1695/2023 22.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu, Cəfərabad kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 302.94 (üç yüz iki manat 94 qəpik) manat və İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 3058.56 (üç min əlli səkkiz manat 56 qəpik) manat, cəmi 3361.50 (üç min üç yüz altmış bir manat 50 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 53.62 (əlli üç manat 62 qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 3415.52 (üç min dörd yüz on beş manat 52 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala X7 İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki rayonu, Cəfərabad kəndində yaşayan Cavabdeh məxsus mənzilində XS-55-00770/22 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 3361.50 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 302.94 manat hissəsi sayğac göstəricisinə və 3058.56 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 302.94 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********6 nömrəli sayğacın 1100 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3058.56 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki rayonu Cəfərabad kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanıxx.xx.2022-ci il tarixdə Şəki rayonu, Cəfərabad kəndində oğlunun yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyriqanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 25488 m (və ya 3058.56 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X1 Agentliyinin Şəki filialı tərəfindən Salamov X5 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin İddiaçı nümayəndəsi Ramazan Şabanov məhkəməyə 22 noyabr 2023-cü il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş: “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 08 dekabr 2022-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə İddiaçı İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə ağlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 dekabr 2022-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı Cavabdeh yaşadığı Şəki rayonu, Cəfərabad kəndində İddiaçı Zaqatala X7 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan kənar qaz xəttinə qoşulma” göstərilmişdir. Aktın doğruluğu İddiaçı Zaqatala X7 İdarəsinin əməkdaşları tərəfindən təsdiq edilmişdir. İddiaçı İB-nin Zaqatala RQİİ-nin 29 sentyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, istehlakçı Cavabdeh yaşadığı evində qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, 100 litrlik Q.S.S.Q-nın maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, dəmir sobanınsını maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 25488 m3 müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, Cavabdeh **********00000 saylı qaz hesabında 2022-ci il tarix üçün ödənilməmiş 3058.56 manat borc vardır. Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin Şəki filialının rəisi X4 tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları” 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar” 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 302.94 manat sayğac göstəricisinə əsasən aparılmış hesabat hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Tərəflər arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. İş materiallarından da göründüyü kimi Cavabdeh yaşadığı mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı olan 302.94 manat borcu tam şəkildə ödəməmişdir. Odur ki, iddiaçı həmin borcun cavabdehdən alınaraq xeyrinə ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 3058.56 manat təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabat” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə Cavabdeh 2022-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 3058.56 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, Cavabdeh 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə Cavabdeh PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, 100 litrlik Q.S.S.Q-nın maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, dəmir sobanınsını maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 3058.56 manat hesablamışdır. Məhkəmə hesab edir ki, cavabdehin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsinin dəqiq tarixi X8 əməkdaşları tərəfindən aşkar olunmadığından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “Qazdan istifadə qaydaları”na uyğun olaraq Cavabdeh qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. PQ-3 (1 ədəd) qaz piltəsi - (6912/12=69.12), İran sobası-(6480/6=129.6), dəmir soba- (2 ədəd)-(12096/6=241.96) = cəmi 440.68 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi 3058.56 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 302.94 (üç yüz iki manat doxsan dörd qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 440.68 (dörd yüz qırx manat altmış səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. Göstərilənlərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-ci maddələrinin tələblərinə əsasən məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə 302.94 (üç yüz iki manat doxsan dörd qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 440.68 (dörd yüz qırx manat altmış səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ******************** ödənilsin. 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1695/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1695/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver