Məhkəmə qərarları › İş №e-2(075)-1695/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1695/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1695/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 386 manat əsas borcun, 57.9 manat cərimə olmaqla, cəmi 443.9 manat borcun, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1148.9 manat əsas, 172.3 manat cərimə olmaqla, cəmi 1321.2 manat borcun, ümumilikdə iki müqavilə üzrə əsas borc məbləği olan 1534.9 manatın, cərimə məbləği olan 230.2 manatın, cəmi borc olaraq 1765.1 manat pulun və 37.65 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin məbləği 519,90 manat, müddəti 24 ay, aylıq ödənilməli məbləğ 22 manat olmuşdur. Həmin müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 386 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 57,9 manat olmaqla, cəmi 443,9 manat təşkil edir. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin məbləği 1539,9 manat, müddəti 24 ay, aylıq ödənilməli məbləğ 65 manat olmuşdur. Həmin müqavilə üzrə ödənilməmiş əsas borc məbləği 1148,9 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 172 manat olmaqla, 1321,2 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən müqavilə üzrə borc məbləği 519,90 manat, müddəti 24 ay, aylıq ödənilməli məbləğ 22 manat olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən borc məbləği 519,9 manat olan müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə olan borcu ümumilikdə 965 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən müqavilə üzrə borc məbləği 1539,97 manat, müddəti 24 ay, aylıq ödənilməli məbləğ 65 manat olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Maliyyə arayışına əsasən borc məbləği 1539,97 manat olan müqavilə üzrə Cavabdeh İddiaçı MMC-yə olan borcu ümumilikdə 2871,90 manat təşkil edir. İşdə olan 13 may 2025-ci il tarixli Xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh məbləği 1539,97 manat olan müqavilə üzrə ümumilikdə 2871,9 manat borcunun, məbləği 519,9 manat olan müqavilə üzrə ümumilikdə 965 manat borcunun olması ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan məktub və bağlamaların daşınması xidməti “Asay Ekspress” in 007787 nömrəli qaiməsindən görünür ki, İddiaçı MMC tərəfindən göndərilmiş məktub Cavabdeh tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilələr üzrə əsas borcun və cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, hesablanmış dəbbə puluna münasibətdə tələb edilən məbləğlər tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdeh hər iki (Nisyə) alqı-satqı müqaviləsi üzrə ( ayrı-ayrılıqda 25 manat olmaqla) ümumilikdə 50 manat dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 37,65 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə əsas borc məbləği olaraq 1148,9 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 25 manat, xx.xx.2024-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin üzrə əsas borc məbləği olaraq 386 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 25 manat olmaqla, hər iki müqavilə üzrə cəmi 1584,9 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,65 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar