Məhkəmə qərarları › İş №e-2(075)-17/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-17/2023

07.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-17/2023 07.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh Səyalı oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Səyalı oğlu tərəfindən Şəki rayonu Cəfərabad kəndindən keçən d76 mm diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasının pozulmuş hissəsinin əvvəlki vəziyyətə bərpa olunması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 27 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 29 noyabr 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş və 29 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(075)-2202/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki işin icraatının ekspert rəyi alınana kimi dayandırılması qərara alınmışdır. Ekspert rəyi 16 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(075)-104/2022 saylı qərardadı ilə işin icraatı təzələnmiş və mülki işin məhkəmə baxışı iclası 08 dekabr 2022-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. Mülki işin məhkəmə baxışı iclasları 08 dekabr 2022-ci il, 12 yanvar 2023-cü il və 09 fevral 2023-cü il tarixlərdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni 07 mart 2023-cü il tarixə, saat 09:20-ə təyin edilmişdir. Lakin 07 mart 2023-cü il tarixdə İddiaçı İB-nin nümayəndəsi X1 məhkəməyə elektron qayada ərizə ünvanlayaraq, hazırki iddia ərizəsi üzrə mülki işə əlavə sübutların təqdim edilməsi zərurəti yarandığı üçün iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Səyalı oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı İB-nin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə ünvanlamış, Cavabdeh Səyalı oğlu isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı İBnə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı İB-nə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı İB-nin Cavabdeh Səyalı oğluna qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı İB-nə qaytarılsın. İddiaçı İB-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar