Məhkəmə qərarları › İş №e-2(075)-17/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-17/2025

13.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-17/2025 13.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən mülkiyyətində olan Şəki şəhəri, X1 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 64 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş hamam, ayaqyolu və altıaçığın cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2018ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəki şəhəri X1 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 64 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş hamam, ayaqyolu və altıaçığın cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin hakimi cənab Cahid İmanovun icraatında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “yoldan istifadəyə cavabdeh tərəfindən yaranmış maneələrin qadağan edilməsi və pəncərələrin bağlanması” tələbinə dair ilk iddiaya, həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh qarşı “mülkiyyətində olan torpaq shəsindəki darvazanın (qapının) cavabdehin öz hesabına sökülərək götürülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılaraq, xx.xx.2022-ci il tarixli 2(075)-75/2022 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamənin 5-ci vərəqinin 5-ci və 6-cı abzaslarında qeyd edilmişdir ki, “İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/2781 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X1 küçəsi, dalan 9, ev 3 ünvanında yerləşən daşınmaz əmlak olan ev Şəki şəhər torpaqların elektron uçot informasiya bazasına əsasən 78 kv. metr olub, bunun 11 kv. metri **********87 saylı reyestrdə göstərilən torpaq sahəsində, yerdə qalan 67 kv.metr hissəsi İddiaçı mülkiyyətində olan 0.0764 ha torpaq sahəsi üzərində tikilmişdir. Sənəd üzrə İddiaçı mülkiyyətində olub cavabdeh tərəfindən istifadə edilən darvazanın yerləşdiyi 64 kv.metr torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yer quruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********87 saylı reyestrlə qeydə alınmış iddiaçı Cavabdeh mülkiyyətində olan Şəki şəhəri, X1 küçəsində yerləşən 0.0635 torpaq sahəsinin 11 kv.metr hissəsi İddiaçı tərəfindən istifadə edilir. Həmin (tikili altında) torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.” Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində hamam, ayaq yolu və altıaçıq tikmişdir. O, dəfələrlə Cavabdeh bu qanunsuz tikililəri sökməsini və ərazinin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etsə də, sonuncu onun xahişlərini nəzərə almamışdır. Nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun iddia tələbi təmin edilməlidir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: İddia tələbinə qarşı hər hansı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsində hamam, ayaqyolu və altıaçıq tikmişdir. O, dəfələrlə Cavabdeh bu qanunsuz tikililəri sökməsini və ərazinin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etsə də, sonuncu onun xahişlərini nəzərə almamışdır. Nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasıını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbinə etiraz etmir. İddianın təmin olunaraq, yekun məhkəmə çıxarılmasını istəyir. Sübutların tədqiqi: İş materiallarında olan: - 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, Şəki şəhəri X1 küçəsi dalan 9 ev 3 ünvanında 0.0764 ha torpaq sahəsində yerləşən 77.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4472 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, tədqiq olunan mübahisəli tikililər (hamam, ayaqyolu və altıaçıq) 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus Şəki şəhəri X1 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən torpaq sahəsində yerləşir. Sözü gedən tikililərin (hamam, ayaqyolu və altıaçıq) torpaq sahəsində yerləşmə mövqeyi təqdim edilən sxemdə göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmənin mövqeyi: Hazırda iddiaçı onun mülkiyyətində olan Şəki şəhəri X1 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 64 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş hamam, ayaqyolu və altıaçığın cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin tikinti materiallarından təmizlənərək əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş hamam, ayaqyolu və altıaçığın cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbini irəli sürməkdə haqlıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 02 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4472 saylı ekspert rəyinin nəticəsindən görünür ki, tədqiq olunan mübahisəli tikililər (hamam, ayaqyolu və altıaçıq) 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüqyqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus Şəki şəhəri X1 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən torpaq sahəsində yerləşir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəki şəhəri X1 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 64 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər (hamam, ayaqyolu və altıaçıq) onun öz vəsaiti hesabına sökülməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 14 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəki şəhəri X1 küçəsi dalan 9 ev 3 ünvanında yerləşən 64 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər (hamam, ayaqyolu və altıaçıq) onun öz vəsaiti hesabına sökülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar