Məhkəmə qərarları › İş №e-2(075)-170/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-170/2025

11.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-170/2025 11.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0351 ha həyətyanı torpaq sahəsi üzrə tərəfindən mirasın qəbul etmə fatının müəyyən edilməsi, və onun həmin əmlakdan tam miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ünvanlayaraq, mərhum X8 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0351 ha həyətyanı torpaq sahəsindən onun tam miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə Müki Prosesual Məcəlləsinin 53.1-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, miras əmlakı olan ünvan 1 ünvanında olan fərdi yaşayış evində ilk ölən günə kimi, babası X17, nənəsi X13, X10, anası X12, bacısı X22 və özü yaşamışlar. Miras qoyan nənəsi X1 xx.xx.2000-ci ildə vəsiyyətnamə verərək özünə məxsus olan Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 39 ünavnında olan mülkini X10na vəsiyyət etmişdir. Atası sağlığında miras əmlakını faktiki qəbul etsədə onun rəsimləşdirməsini həyata keçirməmişdir. Miras qoyanın vərəsəsi Cavabdeh1 başqa digər vərəsələr miras əmlakının faktiki atası tərəfindən qəbul etdiyini və ona münasibətdə onun təmsilçisi kimi onun adına rəsimləşdirilməsinə etiraz etmirlər. Əmisi Cavabdeh1 isə uzun illərdir Bakı şəhərində yaşamasına baxmayaraq, miras əmlakını hər hansı bir formada qəbul etməməsinə baxmayaraq mirasın onun adına rəsimləşməsinə etiraz edir. Məhz bu kimi səbəblərə görə Notariat ofisi xx.xx.2024-cü il tarixli qərarla imtina etmişdir. Hesab edir ki, miras qoyanın ölümündən sonra isə həmin evdə yalnız vəsiyyət üzrə vərəsə olan atası ölən günə kimi yaşamışdır. Miras əmlakını faktiki o qəbul etmiş və idarə etmişdir. Onun ölümündən sonra isə o həmin evdə yaşayır. Buna görədə həmin fərdi yaşayış evi təmsilçilik üzrə vərəsə kimi tam onun mülkiyyətinə keçməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, nənəsi mərhum X13 05 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. X13 06 noyabr 2000-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus əmlakı onun atası X18 vəsiyyət etmiş, lakin atası sağlığında miras əmlakını faktiki qəbul etsə də onun rəsimləşdirməsini həyata keçirməmişdir. Hal-hazırda mübahisələndirilən fərdi yaşayış evində onun ailəsi və anası yaşayır. Əmisi Cavabdeh1 isə eyni həyətdə olan başqa bir evdə yaşamışdır. Nənəsi vəfat etdikdən sonra isə həmin evi satıb Bakıya çıxıb getmişdir. Onların hal-hazırda yaşadığı evdə əmisi heçvaxt yaşamayıb. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs1 və Maraqlı şəxs2 izahat verərək bildirdilər ki, mərhum anaları X13 05 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. X13 vəfat etdikdən sonra ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0351 ha həyətyanı torpaq sahəsi ondan miras qalmışdır. Onlar və digər vərəsələr miras əmlakdan rəsmi şəkildə notariat kontoruna ərizə təqdim edərək imtina etsələr də, qardaşları Maraqlı şəxs2 miras əmlakı qəbul etməkdən imtina etməmişdir. Mübahisələndirilən evdə qardaşları heçvaxt yaşamayıb. O, təxminən 20-25 il qabaq eyni həyətdə yerləşən digər evi satıb Bakıya çıxıb getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 22 yanvar 1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 22 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 mart 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 05 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 may 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 04 may 2020-ci il tarixdə vəfat etmişdir. X9 notarial qaydada təsdiq edilmiş 06 noyabr 2000-ci il tarixli vəsiyyətnaməsindən görünür ki, o, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gününə kimi ona məxsus olan Şəki şəhəri, 31-ci rayon, Abdulla Şaiq küçəsi, 39 nömrəli mülkünü oğlu X2 verilməsini vəsiyyət etmişdir. Şəki şəhəri “Bazar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X5 şəhəri “Bazar” məhəlləsi, Abdulla Şaiq küçəsi, 39 saylı evdə yaşamış, 05 yanvar 2002ci il tarixdə vəfat etmiş və onun X17, X25, Maraqlı şəxs2, X19, İsmayılova (Abdurahmanova) Adilə Vahid qızı, Xəlilova (Abdurahmanova) Hədiyə Vahid qızı, Cavabdeh1, X12, X22 və İddiaçı adlı vərəsələri qalmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışın surətindən görünür ki, ünvan 2 ünvanında olan ümumi sahəsi 61.8 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0351 ha həyətyanı torpaq sahəsi X9 mülkiyyətindədir. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 02 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətinin aparılmasına imtina edilmişdir. İddiaçı Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 02 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, nənəsi X13 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Odur ki, mərhumdan qalmış miras əmlakdan xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10na düşən hissədə ona düşən paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs4 Şəki Regional “ASAN xidmət” mərkəzində nətaria ofisinə təqdim etdiyi 13 sentyabr 2024cü il tarixli ərizəsindən görünür ki, X13 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X16 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 13 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, nənəsi X13 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. Ölümündən sonra atasına düşən hissədə ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs2 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 13 sentyabr 2024cü il tarixli ərizəsindən görünür ki, X13 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Maraqlı şəxs3 etibarnamə üzrə nümayəndəsi X6 Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi 23 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, X13 xx.xx.2002ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh1 Bakı şəhəri 6 saylı notariat ofisinə təqdim etdiyi 21 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, X13 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq anasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı nənəsi X13 05 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. Şəki şəhəri, Abdulla Şaiq küçəsi ev 39 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsindən verilmiş 28 fevral 2009-cu il tarixli MN seriyalı ******* saylı “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışda göstərilən 0.0351 ha torpaq sahəsi və fərdi yaşayış evi X7 miras qalmışdır. X13 06 noyabr 2000-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus əmlakı X18 vəsiyyət etmişdir. Lakin X3 həmin əmlakı rəsmi şəkildə notariat kontoruna müraciət edərək qəbul etməmişdir. İş materialları ilə müəyyən olunur ki, mərhum X9 vərəsələri- X17, X25, Maraqlı şəxs2, X19, İsmayılova (Abdurahmanova) Adilə Vahid qızı, Xəlilova (Abdurahmanova) Hədiyə Vahid qızı, Cavabdeh1, X22 və İddiaçıdur. X4 22 yanvar 1996-cı ildə, X25 04 may 2020-ci il tarixdə vəfat etmişlər. Həmçinin, sorğu əsasında notariat ofisindən əldə edilmiş ərizələrdən də görünür ki, X13 vəfat etdikdən sonra onun oğulları Maraqlı şəxs2, X19, Cavabdeh1 və nəvəsi X22 ana və nənələrindən qalmış miras əmlakdan imtina etmişlər. Həmin şəxslər paydan imtina etdiklərindən onların heç bir pay və hüquqları yoxdur. Digər vərəsə olan Xəlilova (Abdurahmanova) Hədiyə Vahid qızı isə miras əmlakın İddiaçı bağışlanmasına rəsmi surətdə razılıq vermiş və miras əmlakı qəbul etməkdən imtina etmişdir. Göstərilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mərhum X9 ölümündən sonra miras əmlaka yiyələnməsi işin mübahisəsiz halı olduğundan o, mirası faktiki olaraq qəbul etmiş sayılır. İşin bu halları onu deməyə əsas verir ki, miras qoyan X13 öldükdən sonra İddiaçı miras qalmış əmlakı faktiki surətdə yiyələndiyindən, o mirası qəbul etmiş sayılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X7 miras qalmış ünvan 2 ünvanında olan ümumi sahəsi 61.8 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0351 ha həyətyanı torpaq sahəsindən İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 miras qalmış ünvan 2 ünvanında olan ümumi sahəsi 61.8 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0351 ha həyətyanı torpaq sahəsindən İddiaçı tam hissədə payı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar