Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1746/2025 21.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh İsmayılova (Zülalova) Lalə Məmməd qızına qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh İsmayılova (Zülalova) Lalə Məmməd qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 20 iyul 2020-ci il tarixli, 44 322 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 104 manat əsas borc, 04 noyabr 2020ci il tarixli, 47 682 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 112 manat əsas borc, ümumilikdə 216 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X3rasında bağlanmış 20 iyul 2020-ci il tarixli, 44 322 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 104 manat dəyərində “Redmi Note 8 64GB Blue” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 140 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 20 iyul 2020-ci il tarixli, 44 322 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh X2 20 iyul 2020-ci il tarixli, 44 322 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 104 manat təşkil edir. Həmçinin İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış 04 noyabr 2020-ci il tarixli, 47 682 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 112 manat dəyərində “Redmi Note 9 3GB/64GB Polar White” adlı mal satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh məhsulun alınması üçün 197 manat məbləğində ilkin ödəniş etmiş və qalıq məbləği 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 04 noyabr 2020-ci il tarixli, 47 682 nömrəli nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh X2 04 noyabr 2020-ci il tarixli, 47 682 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 112 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İsmayılova (Zülalova) Lalə Məmməd qızına qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır. Buna görə də məhkəmə iddia üzrə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmasını və həmin işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan, iddiaçı "xxxx" MMC ilə cavabdeh İsmayılova (Zülalova) Lalə Məmməd qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC tərəfindən İsmayılova (Zülalova) Lalə Məmməd qızına 6 ay müddətinə 112 manat dəyərində və 12 ay müddətinə 104 manat məbləğində məişət avadanlığı verilmişdir. Tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh İsmayılova (Zülalova) Lalə Məmməd qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İsmayılova (Zülalova) Lalə Məmməd qızına 6 ay müddətində ödəmək şərti ilə 112 manat və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İsmayılova (Zülalova) Lalə Məmməd qızına 12 ay müddətində ödəmək şərti ilə 104 manat məbləğində məişət avadanlığı verilmişdir. Cavabdeh İsmayılova (Zülalova) Lalə Məmməd qızı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etmədiyindən iddiaçı "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 200.1, 200.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, müqaviləyə əsasən satılmış mallar üçün xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 112 manat borc və xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 104 manat əsas borc cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 112 (yüz on iki) manat əsas və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 104 (yüz dörd) manat əsas borc, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti cavabdeh İsmayılova (Zülalova) Lalə Məmməd qızından tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1746/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1746/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver