Məhkəmə qərarları › İş №e-2(075)-1754/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1754/2025

25.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1754/2025 25.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X15 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il tarixdə anadan olmuş, Şəki rayonu, Biləcik kəndində onun himayəsində yaşayan əri X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, əri X5 ilə xx.xx.1987-ci il tarixdə ailə qurmuşdur. X1 şəxsiyyət pozuntusu baş vermiş və illərdir ki, özünü idarə etmək iqtidarında olmamış və hal-hazırda da onun himayəsində olmaqla yaşayır. Əri uzun illərdir ki, Şəki Rayon Psixiatriya xəstəxanasının xəstəsi olmaqla qeydiyyatdadır. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 2000-ci, 2001-ci və 2007-ci il tarixli arayışlardan da göründüyü kimi, xəstəliyi səbəbli müddətsiz ikinci dərəcəli əllilik müəyyən edilmiş və daima kənar qulluğa ehtiyacı vardır. Şəki Rayon Psixiatriya xəstəxanasında qeydiyyatda olan yoldaşı xəstəliyi səbəbli özünə qulluq qabiliyyətinin olmaması səbəbi ilə kənar şəxslərin qulluğuna daima ehtiyacı var. Özünə qulluq qabiliyyəti olmayan ərinin vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, habelə öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bütün bunlar ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. Əri hal-hazırda faktiki olaraq onun himayəsində və nəzarəti altında yaşayır. Xəstəliyi səbəbli daima yanında olmaq məcburiyyətindədir. Onun illərdir istifadə etdiyi dərmanlarını, yeməyini vaxtında vermədikdə yerində qalaraq özünü sərbəst idarə etmək iqtidarında deyil, ona deyilən söz və ifadələrə adekvat reaksiya verə bilmir və ən xırda məişət işlərini həyata keçirmək iqtidarında olmur. Əri fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Hal-hazırda ərinin vəziyyəti ağırdır, buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl aidiyyəti üzrə onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və bundan sonra onun əri Rövşənə qəyyum təyin edilməyi üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətindən imtina edilərək, müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də yoldaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - 22 aprel 1987-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X11 arasında 22 aprel 1987-ci il tarixdə nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Allahverdiyev”, arvada “Allahverdiyeva” soyadı verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 2748 saylı rəyindən görünür ki, X3 Şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar – uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkməsi, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətdə formal daxil olması, dəfələrlə eyni cümləni təkrar etməsi, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar edilməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X3 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. - Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X5 tələblərinə uyğun olaraq xx.xx.1958-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizənin verilməsi üçün 90 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin: -317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi əri xx.xx.1958-ci ildə doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Göründüyü kimi X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin də müvafiq rəyi vardır. Ərizəçi X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, xx.xx.1958-ci ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar