Məhkəmə qərarları › İş №e-2(075)-1781/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1781/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1781/2022 05.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50940 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 626.4 manat (altı yüz iyirmi altı manat, 40 qəpik) əsas borc, 62 (altmış iki) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, QCY Qulaqlıq, İMEİ KOD **********20374 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 60,4 manat (altmış manat, 40 qəpik) əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə, 754,8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50940 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, QCY Qulaqlıq, İMEİ KOD **********20374 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almış və nəticədə 754.8 manat (yeddi yüz əlli dörd manat, 80 qəpik.) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 812.4 manat (səkkiz yüz on iki manat, 40 qəpik) (12 ay x 67.7 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********50940 XİAOMİ REDMİ NOTE 9S markalı telefon ünçün ümumilikdə, 688,4 manat (altı yüz səksən səkkiz manat, 40 qəpik) olmaqla ondan 626,4 manat (altı yüz iyirmi altı manat, 40 qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62 (altmış iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 650.4 manat (altı yüz əlli manat, 40 qəpik) (12 ay x 54.2 manat + 0 manat ilkin ödəniş) QCY Qulaqlıq, İMEİ KOD **********20374 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün ümumilikdə, 66,4 manat (altmış altı manat, 40 qəpik) olmaqla ondan, 60,4 manat (altmış manat, 40 qəpik) manat əsas borc, müştəriyə güzəşt olunaraq 6 (altı) manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020ci il tarixində İMEİ KOD **********20374 XİAOMİ REDMİ NOTE 9 markalı telefon və YENİ QİZİL ZEMANETDƏN imtina etmiş və cavadehin borcundan 564 manat silinmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 26 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 564 manat, ümumilikdə, 590 manat təşkil edir. Digər tarixli müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 186 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50940 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 626,4 manat (altı yüz iyirmi altı manat, 40 qəpik) əsas borc, 62 (altmış iki) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, QCY Qulaqlıq, İMEİ KOD **********20374 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 60,4 manat (altmış manat, 40 qəpik) əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə, 754,8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50940 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 626,4 manat (altı yüz iyirmi altı manat, 40 qəpik) əsas borc, 62 (altmış iki) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, QCY Qulaqlıq, İMEİ KOD **********20374 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 60,4 manat (altmış manat, 40 qəpik) əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə, 754,8 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar