Məhkəmə qərarları › İş №e-2(075)-1795/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1795/2022

07.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1795/2022 07.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR, Nuxa rayonu, X2 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydində adı qeyd olunmuş Zeynəb Abdulla qızının 1957-ci ildə ölməsi faktının müəyyən edilməsi və Azərbaycan SSR, Nuxa rayonu, X2 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydində adları qeyd olunmuş Mustafa və Nurməmməd (Nur- Mamed) Rəsul oğlunun Zeynəb Abdulla qızının övladları olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Zeynəb Abdulla qızı onun ata tərəfdən nənəsidir. Zeynəb Abdulla qızı 1878-ci ildə Şəki şəhərində anadan olmuş, 1957-ci ildə isə Şəki şəhərində vəfat etmişdir. Onun atası Mustafa, əmiləri Nurməmməd və Mirsalehdir. Hər üçünün anası Zeynəbdir. Göstərmişdir ki, nənəsi Zeynəb 1957-ci ildə vəfat etmiş və Şəki şəhərində “Dağ Dibi” adlanan ailə qəbrstanlığında dəfn edilmişdir. Bildirmişdir ki, o, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək Azərbaycan SSR, Nuxa rayonu, X2 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydinə əsasən keçmiş “Odjak-Kuli” küçəsi, hazırki Mənəflər küçəsi, 33 saylı evin nənəsi Zeynab Abdulla qızının uşaqları yəni, atası Mustafa Rəsul oğlunun, əmiləri Mirsaleh və Nurməmməd Rəsul oğlanlarının adlarına qeydiyyata alındığını və həmin torpaq sahəsi üzərindəki tikilmiş fərdi yaşayış evinin onlardan miras qaldığı barədə məlumat verərək atası X4 düşən hissədən özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin Notariat kontoru o, miras qoyanın vərəsələri olan X3 və X1 doğum haqqında şəhadətnamələrini təqdim edə bilmədiyinə görə qohumluq əlaqələrinin mümkün olmadığını, həmçinin miras qoyan Zeynab Abdulla qızının ölüm haqqında şəhadətnaməsi olmadığına görə müvafiq notariat hərəkətlərinin aparılmasının mümkün olmadığı bildirilərək 18 iyul 2022-ci il tarixli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina etmiş və ona məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilməsinə köməklik göstərilməsi üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 12 saylı Şəki Ərazi İdarəsinin 17 iyun 2022-ci il tarixli, **********76 saylı məktubu ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin bilavasitə təqdim edilən ərizəsi əsasında aparıldığını bildirərək imtina vermişdir. Bildirmişdir ki, bundan sonra 1878-ci ildə Şəki şəhərində anadan olmuş, 1957-ci ildə vəfat etmiş Zeynab Abdulla qızının ölümü barədə təkrar şəhadətnamə verilməsi barədə ərizə ilə Şəki Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Şəki Rayon Qeydiyyat Şöbəsinin 22 iyul 2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 9.7-ci bəndinə əsas tutaraq ölüm haqqında təkrar şəhadətnamənin ölmüş şəxslərin qohumlarına verilməsinin mümkün olduğunu bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göstərmişdir ki, adları qeyd olunan Zeynab Abdulla qızının onun ulu nənəsi olması, Mustafa, MirSaleh və Nurməmməd Rəsul oğlanlarının isə Zeynab Abdulla qızının övladları olması X2 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydində öz əksini tapmış, lakin onların qohumluq əlaqələrini təsdiq edən digər hüquq müəyyənedici sənədlərin olmadığı üçün miras qalmış torpaq sahəsini və üzərindəki tikilmiş fərdi yaşayış evinə reyestr çıxarışı ala bilməmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisini və Şəki Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi və Şəki Rayon Qeydiyyat şöbəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma əmisi oğludur. Onun atası Nurməmməddir. Atasıgil üç qardaş olublar. Mustafa, Nurməmməd və Mirsaleh onun əmiləridir. Göstərmişdir ki, Rəsul onun ata nənəsi, Zeynəb isə ana nənəsidir. Abdulla onun ana nənəsi Zeynəbin atası olmuşdur. Bildirmişdir ki, o, nənəsi Zeynəbi sağ olan zaman görmüşdür. Zeynəb 1957-ci ildə Şəki şəhərində vəfat etmişdir. Nənəsi Zeynəb vəfat etdikdən sonra onu Şəki şəhərində yerləşən “Dağ Dibi” adlanan qəbiristanlıqda dəfn etmişlər. Əmiləri də vəfat etdikdən sonra, onları da həmin qəbiristanlıqda nənəsinin yanında dəfn etmişlər. Onların qəbrlərini həmişə gedib ziyarət etmişdirlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun əmisi oğludur. Nurməmməd onun atası, Mustafa və Mirsaleh onun əmiləridir. Onun ana nənəsi Zibeydə, ata nənəsi isə Zeynəbdir. Göstərmişdir ki, ana nənəsi Zeynab 1957-ci ildə Şəki şəhərində vəfat etmişdir. Zeynab vəfat edəndə o, orta məktəbin səkkizinci sinfində oxumuşdur. Nənəsi Zeynab vəfat edəndən sonra onu Şəki şəhərində yerləşən “Dağ Dibi” adlanan qəbiristanlıqda dəfn etmişlər. Nənəsinin qəbir üstünə getmişdir. Bildirmişdir ki, Rasul onun doğma qardaşıdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Ərizəçi doğma bacısıdır. Zeynəb onun ata nənəsi, Rəsul isə onun ata babası olmuşdur. Zeynəbin üç oğlu olmuşdur. Mirsaleh, Nurməmməd və Mustafa. Mustafa onun atası, Mirsaleh və Nurməmməd isə onun əmiləridir. Göstərmişdir ki, onlar bir bacı iki qardaş olmuşlar. İzzət və Məmməd onun qardaşlarıdır. Bildirmişdir ki, əmisi Mirsalehin övladları olmuşdur. Mirsalehin övladlarından bəziləri vəfat etmiş, sağ olanları isə halhazırda Bakı şəhərində yaşayırlar. Onun əmisi Nurməmmədin övladları isə Rasul və Rənadır. Göstərmişdir ki, o, ata nənəsi Zeynəbi sağ ikən görmüş, ancaq ata babası Rəsul vəfat etdiyi üçün onu görməmişdir. Zeynəb 1957-ci ildə Şəki şəhərində vəfat etmişdir. O, vəfat edən zaman onun 9-10 yaşı olmuşdur. Zeynab vəfat etdikdən sonra onu Şəki şəhəri ərazisində yerləşən “Dağ Dibi qəbiristanlığında” dəfn etmişlər. Nənəsinin və digər qohumlarının qəbrini daima ziyarət edirlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. Zeynəb onun ata nənəsidir. Zeynəbin Nurməmməd, Mirsaleh və Mustafa adlı üç övladı olmuşdur. Mustafa onun atası, Mirsaleh və Nurməmməd onun əmiləridir. Rasul və Rəna onun əmisi Nurməmmədin övladları olmuşlar. Bildirmişdir ki, o ata nənəsi Zeynəbi sağ ikən görümüşdür. Zeynab 1957-ci ildə may ayında Şəki şəhərində vəfat etmişdir. Zeynəb vəfat edən zaman o, orta məktəbin doqquzuncu sinfində oxumuşdur. Nənəsi Zeynəb vəfat etdikdən sonra onu Şəki şəhərində yerləşən “Dağ Dibi qəbiristanlığında” dəfn etmişlər. Onun əmiləri də həmin qəbiristanlıqda dəfn edilmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 29 yanvar 1933-cü il tarixli, 2553/4527 nömrəli (zemelnaya zapis) torpaq qeydinin təsdiq olunmuş surətindən görünür ki, Nuxa (ünvan 2 ünvan: ünvan 3, Nurməmmədin birgə mülkiyyətinə verilmişdir. İşdə olan 4364 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair paportun təsdiq edilmiş surətindən görünür ki, Nuxa (ünvan 4 ünvanında yerləşən 136/2 nömrəli fərdi yaşayış evi Zeynab Abdulla qızı, X8 və X3 mülkiyyətindədir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 04 may 1951-ci il tarixli, ИЕ 584783 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxx 1951-ci il təvəllüdlü Ərizəçi atası X12, anası X10r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 oktyabr 1990-cı il tarixli, İV-ЖГ 279181 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 23 avqust 1990-cı il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 409 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 12 yanvar 1996-cı il tarixli, İV-ЖГ 450265 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 12 yanavr 1996-cı il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 17 iyun 2022-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşen fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri " publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə tesdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu quvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.1 ve 1.2-ci bəndlərində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri yaşayış evləri, habelə onların altında olan torpaq sahələrinin qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət esasında vərəsəlik hüququ olan şəxslərin biləvasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizəyə hüquq əldə edən fiziki şəxslərin soyadı, adı, atasının adı, ünvanı şəxsiyyətini təsdiq edən sənəd əlavə edilməlidir. İşdə olan notariat hərəkətlərinin aparılmasından imtina haqqında 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, Ərizəçi miras qoyanın vərəsələri olan X3 və X1 doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyinə görə, qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin miras qoyan Zeynab Abdulla qızının ölüm haqqında şəhadətnaməsi olmadığına görə müvafiq notariat hərəkətlərinin aparılması mümkün olmadığından Ərizəçi etibarnamə esasında nümayəndəsi X13 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli, 05/Q-2504/15 saylı məktubundan görünür ki, Ərizəçi Şəki Rayon Qeydiyyat Şöbəsinə ünvanladığı ərizəsinə Zeynab Abdulla qızı ilə qohumluq münasibətlərini təsdiq edən sənəd əlavə etmədiyinə görə Zeynab Abdulla qızının ölüm haqqında təkrar şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Qohumluq münasibətlərini təsdiq edən sənədlər olmadığı halda qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin, izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, 29 yanvar 1933-cü il tarixli, 2553/4527 nömrəli (zemelnaya zapis) torpaq qeydinə əsasən Şəki şəhəri, Mənəflər küçəsi küçəsi, 33 saylı fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə ərizəçinin atası X11, əmiləri X8, Mirsaleh Rəsul oğlu və nənəsi Zeynab Abdulla qızına məxsus olmuşdur. Qeyd edilən fərdi yaşayış evinin mülkiyyətçilərindən ərizəçinin nənəsi Zeynab Abdulla qızı 1957-ci ildə, atası X11 23 avqust 1990-cı il tarixdə və ərizəçinin əmisi X8 12 yanavr 1996-cı tarixdə vəfat etmişlər. Ərizəçi atası və əmisinin ölmü ilə bağlı qeyd aparılsa da, nənəsi Zeynab Abdulla qızının ölümünə dair müvafiq qeyd aparılmamışdır. Qeyd olunan əmlak üzrə mirasın qəbulu ilə bağlı Şəki Regional “ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin ərizəçinin nənəsi Zeynab Abdulla qızının ölüm sənədi olmadığından, həmçinin miras qoyanın vərəsələri olan X3 və X1 doğum haqqında şəhadətnamələri olmadığına görə, qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün olmadığındn notariat əməliyyatının aparılması mümkün olmamışdır. İşə əlavə olunmuş Azərbaycan SSR, Nuxa rayonu, X2 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydinə nəzər saldıqda müəyyən olunur ki, Mustafa, MirSaleh və Nurməmməd (Nur-Mamed) Rəsul oğlanları Zeynəb Abdulla qızının uşaqlarıdır. Ərizəçi nənəsinin ölüm haqqında şəhadətnaməsini və atası ilə əmisinin doğum haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Azərbaycan SSR, Nuxa rayonu, X2 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydində adı qeyd olunmuş Zeynab (Zeynəb) Abdulla qızının 1957-ci ildə ölməsi və 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydində adları qeyd olunmuş Mustafa və Nurməmməd Rəsul oğlunun Zeynab (Zeynəb) Abdulla qızının övladları olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 100 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Azərbaycan SSR, Nuxa rayonu, X2 İcraiyyə Komitəsi tərəfindən tərtib olunmuş 29 yanvar 1933-cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydində adı qeyd olunmuş Zeynab (Zeynəb) Abdulla qızının XX.XX.1957-ci ildə ölməsi və 29 yanvar 1933cü il tarixli, 2553/4527 saylı (“Zemelnaya Zapis”) Torpaq Qeydində adları qeyd olunmuş Mustafa və Nurməmməd (Nur-Mamed) Rəsul oğlanlarının Zeynab (Zeynəb) Abdulla qızının övladları olması hüquqi faktları müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar