Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1800/2024 20.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı İtehsalat Birliyinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı İtehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri M.Hacıyev küçəsi 45-də yaşayan xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, əvvəlcədən ödənilmiş 40.74 manat dövlət rüsumun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə isə 2114.74 (iki min bir yüz on dörd manat 74 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhər M.Hacıyev küçəsi 45-də Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 2073.60 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun tam hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən qeyri-qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2073.60 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri M.Hacıyev küçəsi 45-də yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2024-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. İstehlakçının ünvanında Smart kart tipli sayğacdır və ona göstəricinin götürülməsi üçün baxışın keçirilməsi nəzərdə tutulmamışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin xx.xx.2024-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m (və ya 2073.60 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Mustafayev X1 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, sadəcə 1 günlük qaza müdaxilə edib. Evdə qazi olan oğlunun körpə uşaqları var idi. Gecə saatlarında qaz kəsildiyindən uşaqlar xəstələnməsinlər deyə şlanq qoşub. Həmin gün İddiaçıın əməkdaşları akt tərtib ediblər. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 08 fevral 2019-cu il tarixli müqavilədən görünür ki, İddiaçı İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 04 fevral 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşkar olunub. İtirilmiş qazın dəyəri hesablanaraq ödənilsin. - 05 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdehnın istifadəsində olan G4 markalı qaz sayğacının maksimal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İtirilmiş qazın miqdarı cəmi 17280 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, Cavabdehnın adına olan **********00000 nömrəli abonent kodunda 2024-cü ilin may ayına ümumilikdə 2073,60 manat borc vardır. - xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edimişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 40,74 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxili ndə quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2073.60 manat təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabat” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə Cavabdeh 2024-cü ilin fevral ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 2073.60 manat dəymiş ziyanın hesablanması əsaslı deyil. Belə ki, Cavabdeh 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı İB isə Cavabdeh qaz sayğacının nominal saatlıq qaz sərfi 4 m³/saat, günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 2073,60 manat hesablamışdır. Məhkəmə hesab edir ki, cavabdehin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsinin dəqiq tarixi X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “Qazdan istifadə qaydaları”na uyğun olaraq qaz sayğaçı mənzildən kənarda quraşdırıldığından, Cavabdeh qanunsuz olaraq təbii qazdan 3 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 3 ay müddətinə hesablanmalıdır. 2073,60 manat/12ayx3ay=518,40 manat. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi 2073,60 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia qismən təmin edilərək, Cavabdeh 518,40 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul tutularaq İddiaçınə (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1800/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1800/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver