Məhkəmə qərarları › İş №e-2(075)-1801/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1801/2022

07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1801/2022 07.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 2257 (iki min iki yüz əlli yeddi) manat məbləğində borc və 42,57 manat (qırx iki manat 57 qəpik) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2299,57 manat (iki min iki yüz doxsan doqquz manat 57 qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC (bundan sonra “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (bundan sonra “Cavabdeh” adlandırılacaq) arasında xx.xx.2022-ci il tarixdə malların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 2.799 (iki min yeddi yüz doxsan doqquz) manat məbləğində 1 ədəd İphone 13 Pro 128 GB Silver markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödənilməklə (hər ayın 21-də 228 manat ödənilməklə) satılmışdır. Cavabdeh tərəfindən yalnız ilkin ödəniş kimi 420 manat və 2022-ci ilin fevral və mart ayları üçün 479 manat, cəmi 899 manat ödənilmişdir. 2022-ci ilin aprel, may, iyun, iyul ayları üçün ödəniş bu günə kimi olunmamışdır. İddiaçı tərəfindən cavabdehə ödənişin gecikməsi və edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, lakin cavabdeh heç bir ödənişi etməmişdir. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən, alıcı, yəni cavabdeh bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli ilə nəzərdə tutulan ödəmə müddətlərindən hər-hansı birini 60 (altmış) gündən artıq müddətə pozduqda satıcının, yəni iddiaçının birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, bu müqaviləyə satıcı tərəfindən birtərəfli qaydada xitam verilməsi haqqında xəbərdar edilmiş alıcı, xəbərdar edildiyi tarixdən keçən 10 (on) təqvim günü ərzində malın dəyərini satıcıya tam ödəməlidir. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə pretenziyanı göndərərək (pretenziyanın tarixi xx.xx.2022-ci il olmuşdur) sözügedən müqaviləyə birtərəfli qaydada xitam verilməsini bildirmiş və iddiaçıya olan 2257 (iki min iki yüz əlli yeddi) manat məbləğində borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq, cavabdeh pretenziyaya cavab verməmiş və borc bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, 2257 (iki min iki yüz əlli yeddi) manat məbləğində borc və 42,57 manat (qırx iki manat 57 qəpik) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2299,57 manat (iki min iki yüz doxsan doqquz manat 57 qəpik) məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2257 (iki min iki yüz əlli yeddi) manat məbləğində borc və 42,57 manat (qırx iki manat 57 qəpik) məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2299,57 manat (iki min iki yüz doxsan doqquz manat 57 qəpik) məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar