Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1816/2023 23.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********61885 olan SAMSUNG GALAXY Z FLİP 3 markalı telefon üçün, 3018.98 manat ödənilməmiş hissə, 690.22 manat dəbbə; 16 iyul 2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********98575 olan SAMSUNG GALAXY S22 ULTRA markalı telefon üçün 2145 manat ödənilməmiş hissə, 514.8 manat dəbbə olmaqla ümumilikdə 6369 manat borcun və 83.69 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03 may 2022-ci il tarixli müqaviləyə əsasən, imei kodu **********61885 olan SAMSUNG GALAXY Z FLİP 3 markalı telefon, və 16 iyul 2022-ci il tarixli müqaviləyə əsasən imei kodu **********98575 olan SAMSUNG GALAXY S22 ULTRA markalı telefon almış və nəticədə cavabdehin iddiaçıya 6369 manat borcu yaranmışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 324 manat ödəniş etdikdən sonra müqavilələrin şərtlərini pozmuş və nəticədə 03 may 2022-ci il tarixli müqaviləyə əsasən 3018.98 manat ödənilməmiş hissə, 690.22 manat dəbbə olmaqla cəmi 3709.20 manat, 16 iyul 2022-ci il tarixli müqaviləyə əsasən, 2145 manat ödənilməmiş hissə, 514.80 manat dəbbə olmaqla, cəmi 2659.80 manat borcu yaranmışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş 06 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirİLsə də, cavabdeh borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə bağlanmış 03 may 2022-ci il tarixli müqavilə üzrə SAMSUNG GALAXY Z FLİP 3 markalı mobil telefonun satış dəyəri 2500 manat olmuşdur. Həmin telefon satılarkən cavabdehlə qızıl zəmanət müqaviləsi bağlanmış və bunun müqabilində cavabdeh 500 manat, “paket M” üçün 30 manat, digər məsrəflər üçün isə 312 manat olmaqla cəmi 3341.98 manat ödəməyi öhədəsinə götürmüşdür. Qızıl zəmanət müqaviləsinin şərtlərinə əsasən borclu tərəfindən telefon yararsız hala düşərsə, kreditor tərəfindən həmin məhsulun əsas məbləğinin 75 faizi dəyərində ona güzəşt edilir, qalan məbləğin ödənilməsi tələb edilir. SAMSUNG GALAXY Z FLİP 3 markalı mobil telefon cavabdeh tərəfindən alındıqdan 2 ay sonra yararsız hala salındığından müqavilənin şərtlərinə uyğun olaraq ondan alınmış, qalan borc məbləğinin 75 faizi yəni 1875 manat güzəşt edilmişdir. Belə ki, cavabdehlə iddiaçı arasında bağlanmış 16 iyul 2022-ci il tarixli müqaviləyə əsasən ona nağd dəyəri 3100 manat olan SAMSUNG GALAXY S22 ULTRA markalı telefon satılmışdır. Həmin telefon da satılarkən cavabdehlə qızıl zəmanət müqaviləsi bağlanmış və bunun müqabilində cavabdeh 775 manat, “paket L” üçün 60 manat, digər məsrəflər üçün isə 85.96 manat olmaqla cəmi 4020.96 manat, həmin məbləğdən də cavabdehə güzəşt edilmiş 1875 manat çıxılmaqla cəmi 2145.96 manat ödəməyi öhədəsinə götürmüşdür. Cavabdeh, birinci müqavilə üzrə 323 manat, ikinci müqavilə üzrə isə 1 manat ödəniş etmiş, qalan məbləğləri ödəməkdən boyun qaçırmışdır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 may 2022-ci il tarixli, 04311290 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh 18 ay müddətinə ödəmək şərti ilə SAMSUNG GALAXY Z FLİP 3 markalı mobil telefon satılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 iyul 2022-ci il tarixli, 03621522 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh 15 ay müddətinə ödəmək şərti ilə SAMSUNG GALAXY S22 ULTRA markalı mobil telefon satılmışdır. İş materiallarına əlavə edilmiş 25 iyul 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 03 may 2022-ci il tarixli müqavilə üzrə 3018.98 manat əsas, 690.22 manat cərimə, 16 iyul 2022-ci il tarixli müqavilə üzrə 2145 manat əsas, 514.80 manat cərimə borcu vardır. İş materiallarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borclarının ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 may 2022-ci il tarixli müqavilyə əsasən cavabdehə dəyəri 2500 manat olan SAMSUNG GALAXY Z FLİP 3 markalı mobil telefon satılmışdır. Həmin telefon satılarkən cavabdehlə qızıl zəmanət müqaviləsi bağlanmış və bunun müqabilində cavabdeh 500 manat, “paket M” üçün 30 manat, digər məsrəflər üçün isə 312 manat olmaqla cəmi 3341.98 manat ödəməyi öhədəsinə götürmüşdür. Qızıl zəmanət müqaviləsinin şərtlərinə əsasən borclu tərəfindən telefon yararsız hala düşərsə, kreditor tərəfindən həmin məhsulun əsas məbləğinin 75 faizi dəyərində ona güzəşt edilir, qalan məbləğin ödənilməsi tələb edilir. SAMSUNG GALAXY Z FLİP 3 markalı mobil telefon cavabdeh tərəfindən alındıqdan 2 ay sonra yararsız hala salındığından müqavilənin şərtlərinə uyğun olaraq həmin telefon ondan alınmış, qalan borc məbləğinin 75 faizi yəni 1875 manat güzəşt edilmişdir. Bundan sonra, cavabdehlə iddiaçı arasında bağlanmış 16 iyul 2022-ci il tarixli müqavilə əsasən ona dəyəri 3100 manat olan SAMSUNG GALAXY S22 ULTRA markalı telefon satılmışdır. Həmin telefon da satılarkən cavabdehlə qızıl zəmanət müqaviləsi bağlanmış və bunun müqabilində cavabdeh 775 manat, “paket L” üçün 60 manat, digər məsrəflər üçün isə 85.96 manat olmaqla cəmi 4020.96 manat məbləğindən iddiaçı tərəfindən güzəşt edilmiş 1875 manat çıxılmaqla cəmi 2145.96 manat ödəməyi öhədəsinə götürmüşdür. Cavabdeh, birinci müqavilə üzrə 323 manat, ikinci müqavilə üzrə isə 1 manat ödəniş etmiş, qalan məbləğləri ödəməkdən boyun qaçırmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış və hazırda onun "xxxx" MMC-yə 03 may 2022-ci il tarixli müqavilə üzrə 3018.98 manat əsas, 690.22 manat dəbbə, 16 iyul 2022-ci il tarixli müqavilə üzrə 2145 manat əsas, 514.80 manat dəbbə olmaqla, cəmi 6369 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh hər iki müqaviləyə əsasən mobil telefon verilərək üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci mаddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci mаddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci mаddəsinə əsasən məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. İş mаteriаllаrındаn göründüyü kimi, iddiaçının bоcluyа hesаblаdığı cərimə tənаsübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, 03 may 2022-ci il tarixli müqavilə üzrə hesablanmış 690.22 manat cərimə borcu azaldılaraq 20 manat, 16 iyul 2022-ci il tarixli müqavilə üzrə hesablanmış 514.80 manat cərimə borcu azaldılaraq 20 manat məbləğində müəyyən edilməli və bununla da cavabdehin mülkiyyət maraqları qorunmuş və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmış olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin qismən edilməli, Cavabdeh 03 may 2022-ci il tarixli müqavilə üzrə 3018.98 manat əsas, 20 manat cərimə, 16 iyul 2022-ci il tarixli müqavilə üzrə 2145 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 5203.98 manat məbləğində borc tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 83.69 manat məbləğində dövlət rüsumunun 72 manat hissəsi cavabdehə, 11.69 manat hissəsi isə onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 03 may 2022-ci il tarixli müqavilə üzrə 3018.98 manat əsas, 20 manat cərimə, 16 iyul 2022-ci il tarixli müqavilə üzrə 2145 manat əsas, 20 manat cərimə olmaqla, cəmi 5203.98 manat məbləğində borc və 68,58 manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 15.10 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1816/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1816/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver