Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1833/2023 25.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı Salman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı Salman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun barəsində tərtib edilmiş 17 aprel 2018-ci il tarixli 012448 nömrəli akt əsasında əsasız hesablanmış 958,98 manat borcun **********01150 saylı abonent borcunun silinməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(075)-1833/2023 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evində hazırda ailəsi ilə birlikdə yaşayır. Yaşadığİ fərdi yaşayış evinin enerji təchizatı üçün "xxxx" ASC-nin X5 müraciət etdikdən sonra nəzarət ölçü cihazı quraşdırılmış və aylıq istehlak etdiyi enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilir. Hər ay da aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə tərəfindən ödənişlər edilmişdir. Uzun müddət işi ilə əlaqədar olaraq Mingəçevir şəhərində ailəsi ilə birlikdə məskunlaşmış və yenicə Şəki rayonuna qayıtmışdır. Bu zaman fərdi yaşayış evimin elektrik enerjisinin olmamaısının şahidi olmuşdur. Buna səbəb isə evdən aralıda mənzil üçün əvvəlcədən ödənişli smart kart tipli sayğac quraşıdırılması olmuşdur. Lakin onun nə vaxt quraşdırılması və kimlər tərəfindən həyata keçirildiyi ona məlum deyildir. Bununla əlaqədar olaraq yerli X2muş və ona sözügedən sayğacın kartı verilmişdir. Həmin karta terminal vasitəsilə pul ödədikdən sonra sayğaca daxil edilərkən həmin vəsaitin 80 % hissəsinin borca tutulduğu və digər hissəsi isə sərfə yönəldiyi məlum olmuşdur. Ona görə də təkrar olaraq X5 müraciət edərkən ona bildirmişlər ki, ona məxsus evin enerji hesabına xx.xx.2018-ci il tarixli 012448 saylı akt əsasında 938.98 manat cərimə hesablanmışdır. Bununla əlaqədar olaraq ona hesabdan çıxarış və həmin aktın surəti verilmişdir. xx.xx.2018-ci il tarixli 012448 saylı aktdan da göründüyü kimi biz evdə yaşamadıqılarından “qapını açan olmadı” qeydi yazılmışdır. Eyni zamanda aktda qeyd edilir ki, sayğacın baxış şüşəsi qırıq vəziyyətdədir, sayğacın hesablama mexanizminin rəqəmləri üzərində cızıqlar var, sayğac əlavədən axan yükü qeyd etmir. Akt tərtib edilərkən mənim və şahidlərin iştirakı təmin edilməmiş, sayğacda olan hər hansı nasazlıqdan məlumatım olmamışdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün onun evdə olmamasından mükəmməl olaraq istifadə etmişlər. Bundan başqa həmin aktı abonent kimi o imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri Cavabdeh "xxxx" ASC 05 sentyabr 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "akt əsasında əsassız hesablanmış 958.98 manat borcun hesabından silinməsi"na dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. iddiaçının iddia taləbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şaki rayonu, Kiçik Dəhnə kəndində yaşadığı fərdi yaşayış evi "Azərişıq” ASCnin enerji satış bazasında İddiaçı adına olmaqla **********01 150 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2018-ci il tarixda "Azərişıq” ASC-nin əməkdaşları A.Rəsulov, S.İbrahimov və Ə.Dadaşov tərəfindan Şaki rayonu Kiçik Dəhnə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisinden istifade Qaydaları”na uyğun baxış keçirilmışdir. Baxış zamanı elektrik sayğacının baxış şüşəsinin qırıq vəziyyətdə olduğu, sayğacın hesablama mexanizminin rəqəmləri üzərində cızıqların olduğu ve sayğacın dövrədan axan yükü qeyd etmədiyi aşkar edilmişdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisinden istifada Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2018-ci il tarixli, NDM012448 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2018-ci il tarixində Şaki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 937356 saylı protokol tərtib olunaraq elektrik sayğacı rey verilmesi üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın xx.xx.2018-ci il tarixli, 109360 saylı protokolu ilə elektrik sayğacının baxış şüşəsinin qırıq olduğu, kassa mexanizminin əzildiyi və rəqəmlərin qarışdığı barədə rəy verilmişdir. xx.xx.2018-ci il tarixli, NDM012448 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin berpası məqsədi ilə abonentə sayğacdan keçən yükə uyğun 0.11 manatla 8618 kvts, dəyəri 947.98 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyan edilmiş qüsurun xarakteri tesadüfi olmamış, iddiaçını faydalandırmaq niyyeti ilə məqsədli şəkildə edildiyi aşkardır ve iddiaçıya hesablanmış meblağ istehlak etdiyi, lakin dəyərin ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Abonentın ”abunə haqqında” məlumatına nəzər saldıqda xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər 128 gün üçün sarfiyyatın o kvts olduğu, lakin sayğac dəyişildikdən sonraki dövr üzrə, yeni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi 130 gün üçün sərfiyyatın 812 kvts olduğu görünür. Həmçinin İddiaçı xx.xx.2015-ci İİ tarixinə qədər olan dövr üzrə istifadə etdiyi elektrik enerjisine gorə yaranmış 128,08 manat borc məbləği olmuşdur və xx.xx.2022-ci il tarixində 138,00 manat onun hesabından silinmişdır. İddiaçı tərtib olunmuş 17.04 2018-ci iİ tarixli, NDM012448 saylı akta əsasən tələb etmə üzrə iddia müddəti başa çatmış ve iddiaçı iddia müddətini ötürməklə 2023-cü ilin iyul ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ərizasi üzrə iddia müddəti ötmüş borc tələbi 958.98 manat teşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblarinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şaxsin hüququnun pozulduğunu bilmasindan xeyli müddət keçdikdən sonra onun muciafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmek imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Göstərilənlərə əsasən İddiaçı tələb etmə üzrə iddia müddətini ötürməklə hazırkı tələblə çıxış etdiyindən iddia müddəti tatbiq edilməklə ərizə təmin edilməməlidir. İddiaçı iddia tələbində silinəcək məbləği 958,98 manat göstərmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixli NDM012448 saylı akt əsasında 947,98 manat hesabat aparılmış, yerdə qalan 11,00 manat borc aylıq sərfiyyat əsasında yaranmış va tərtib olunmuş aktla heç bir alaqasi yoxdur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı yaşadığı Şaki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2018-ci il tarıxli NDM012448 saylı akt "EElQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödanilmalidir. İddiaçı cavabdeh "Azarişq' ASC-yə qarşı "akt əsasında əsassız hesablanmış 958,98 manat borcun hesabından silinməsi" tələbinə dair iddiası esassız olduğundan tamamila rədd olunması barada qatnama çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Salman oğlu məhkəməyə gəlməmişdir. Lakin İddiaçı Salman oğlu 24 oktyabr 2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı Salman oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 17 aprel 2018-ci il tarixli, AKT NDM 291938 nömrəli aktın təsdqi edilmiş surətindən görünür ki, EEİQ-na uyğun quraşdırılmış enerji uçot dəstinə baxış keçirilmiş, baxış zamanı sayğacın baxış şüşəsinin qırıq vəziyyətdə olduğu, sayğacın hesablama mexanizminin rəqəmlərini üzərində cızıqların olduğu və sayğacın dövrədən axan yükü qeyd etmədiyi aşkar edilmişdir. 17 aprel 2018-ci il tarixli, AKT NDM 291938 nömrəli akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itiriimiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 0.11 manatla 8618 kvt.s (dəyəri 947,98 manat) itirilmiş enerji hesabatı aparılmışdır. Abunə haqqında məlumatdan görünür ki, Süleymanov X4 EŞ-nin enerji satış bazasında **********00545 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın; 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və sair qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********01150 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı Salman oğlunun sayğaca müdaxilə etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 17 aprel 2018-ci il tarixdə iddiaçıya məxsus Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən mənzildə X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, baxış zamanı baxış şüşəsinin qırıq vəziyyətdə olduğu, sayğacın hesablama mexanizminin rəqəmlərini üzərində cızıqların olduğu və sayğacın dövrədən axan yükü qeyd etmədiyi ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək AKT NDM 012448 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa 17 aprel 2018-ci il tarixli, AKT NDM 291938 saylı aktın tərtibində nəinki istehlakçının və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda cavabdeh "xxxx" ASC etiraz ərizəsində xx.xx.2018-ci il tarixli akt üzrə iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2018-ci il tarixində "xxxx" ASC-nin Şəki EŞ-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı yerdə X1 qaydalarına riayət edilməsinin yoxlanılması məqsədi ilə baxış keçirilmiş, həmin vaxt iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsi müəyyən edilmişdir. Lakin aktın tərtibində iddiaçının iştirakı təmin edilməməklə yanaşı onun nüsxəsinin iddiaçıya verilməsinə dair cavabdehin nümayəndələri tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçı isə iddia ərizəsində akt və akt əsasında hesablanmış borc barəsində məlumatın 2023-cü ilin ortalarında əldə edildiyini bildirmişdir. Lakin cavabdeh qeyd edilən aktın iddiaçıya daha əvvəl təqdim edilməsi ilə bağlı hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, İddiaçı Salman oğlunun elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********01150 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı Salman oğlu 17 aprel 2018-ci il tarixə 0,11 manatla hesablanmaqla 8618 kvts=947,98 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Salman oğlu 17 aprel 2018-ci il tarixli, AKT NDM 291938 nömrəli akt əsasında hesablanmış 947,98 manat borcun deyil, 958,98 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə İddiaçı Salman oğlunun digər iddianın dəymiş ziyandan əlavə olaraq digər məbləğində silinməsinə dair qalıq borc üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı qaydada hesablanmasını ümumiyyətlə həmin borc məbləğinin mövcud olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 17 aprel 2018-ci il tarixli, AKT NDM 291938 nömrəli aktı əsasında hesablanmış 947,98 manat hissəsində əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən 17 aprel 2018-ci il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 17 aprel 2018-ci il tarixli, AKT NDM 291938 nömrəli akt əsasında **********01150 saylı abonent kod hesabında qeydə alınmış 947,98 manat borc İddiaçı Salman oğlunun hesabından silinməli, iddianın 11 manat hissəsi əsasız olduğundan təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı Salman oğlu dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən 17 aprel 2018-ci il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən fərdi yaşayış evinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 aprel 2018-ci il tarixli, AKT NDM 291938 nömrəli akt əsasında **********01150 saylı abonent kod hesabında qeydə alınmış 947,98 manat borc İddiaçı Salman oğlunun hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35,70 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1833/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1833/2023
25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver