Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1844/2022 09.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********89802 SAMSUNG GALAXY A50 markalı telefon üçün 441,4 manat (dörd yüz qırx bir manat, 40 qəpik) əsas borc, 44,3 manat (qırx dörd manat, 30 qəpik) cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, PALTARYUYAN HOFFMANN üçün 390.8 manat (üç yüz doxsan manat, 80 qəpik) əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, SAMSUNG LED TV üçün 383.5 manat (üç yüz səksən üç manat, 50 qəpik) əsas borc, 38 (otuz səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 1337 manat borc, 33,37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********89802 SAMSUNG GALAXY A50 markalı telefon, PALTARYUYAN HOFFMANN, SAMSUNG LED TV üçün 1337 (bir min üç yüz otuz yeddi) manat borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 615.6 manat (altı yüz on beş manat, 60 qəpik) (17 ay x 34.2 manat + 34.2 manat ilkin ödəniş) olan İMEİ KOD **********89802 SAMSUNG GALAXY A50 markalı telefon üçün ümumilikdə, 485,7 manat (dörd yüz səksən beş manat, 70 qəpik) olmaqla ondan, 441,4 manat (dörd yüz qırx bir manat, 40 qəpik) əsas borc, müştəriyə güzəşt olunaraq 44,3 manat (qırx dörd manat, 30 qəpik) cərimə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 579.6 manat (beş yüz yetmiş doqquz manat, 60 qəpik) (17 ay x 32.2 manat + 32.2 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANN üçün ümumilikdə, 429,8 manat (dörd yüz iyirmi doqquz manat, 80 qəpik) olmaqla ondan, 390,8 manat (üç yüz doxsan manat, 80 qəpik) əsas borc, müştəriyə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 561,6 manat (beş yüz altmış bir manat, 60 qəpik) (15 ay x 35.1 manat + 35.1 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə, 421,5 manat (dörd yüz iyirmi bir manat, 50 qəpik) olmaqla ondan, 383,5 manat (üç yüz səksən üç manat, 50 qəpik) əsas borc, müştəriyə güzəşt olunaraq 38 (otuz səkkiz) manat cərimə borcu, cavabdehin cəmi ödədiyi məbləğ 541,1 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********89802 SAMSUNG GALAXY A50 markalı telefon üçün 441,4 manat (dörd yüz qırx bir manat, 40 qəpik) əsas borc, 44,3 manat (qırx dörd manat, 30 qəpik) cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, PALTARYUYAN HOFFMANN üçün 390.8 manat (üç yüz doxsan manat, 80 qəpik) əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, SAMSUNG LED TV üçün 383.5 manat (üç yüz səksən üç manat, 50 qəpik) əsas borc, 38 (otuz səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 1337 manat borc, 33,37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, İMEİ KOD **********89802 SAMSUNG GALAXY A50 markalı telefon üçün 441,4 manat (dörd yüz qırx bir manat, 40 qəpik) əsas borc, 44,3 manat (qırx dörd manat, 30 qəpik) cərimə borcu; xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, PALTARYUYAN HOFFMANN üçün 390.8 manat (üç yüz doxsan manat, 80 qəpik) əsas borc, 39 (otuz doqquz) manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, SAMSUNG LED TV üçün 383.5 manat (üç yüz səksən üç manat, 50 qəpik) əsas borc, 38 (otuz səkkiz) manat cərimə borcu olmaqla, ümumilikdə 1337 manat borc, 33,37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1844/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1844/2022
09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver