Məhkəmə qərarları › İş №e-2(075)-1851/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1851/2025

21.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1851/2025 21.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı cavabdeh Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə Şək işəhərində ölmüş X21 oğlundan miras qalmış Şək işəhəri M.İbrahimov küçəsi dalan 7 ev 3B (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.2 kv.metr olan fərdi yaşayış evi və 0.0512 ha həyətyanı torpaq sahəsi üzrə tam miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Mərhum atası X21 xx.xx.2003-cü il tarixdə, mərhum anası X10 isə xx.xx.2020-ci il tarixdə ölmüşlər. Onların nikahları isə xx.xx.1954-cü il tarixdə qeydə alınmışdır. X4 adına ünvan 3larla ünvan 2 ünvanında xüsusi mülkiyyət növündə ümumisahəsi 93.2 kv.metr olan fərdi yaşayış evi və 0.0512 ha torpaq sahəsi olmuşdur. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqişəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən mərhum X21 oğlunun adına xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsi tərəfindən X4 adına xx.xx.2025-ci il tarixli **********16- 10301 reyestr nömrəli fərdi yaşayış evinə dair texniki pasport verilmişdir. Belə ki, Şəki şəhər İHB-nın Qışlaq məhəllə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 063 nömrəli arayışından da göründüyü kimi Şəki şəhəri Qışlaq məhəlləsi M.İbrahimov küçəsi 7/3B saylı evdə yaşamış X4 aşağıda qeyd edilən vərəsələri qalmışdır. 1. X10 - (arvadı vəfat edib) 2. X18 - (qızı vəfat edib) 3. X14 4. Şabbədinova (Məmmədova) Tangiz Əsabəli qızı 5. İddiaçı. İddiaçı həqiqətən yuxarıda qeyd edilən ünvanda yaşayır. Miras qalmış əmlakı - ünvan 3larla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı faktiki olaraq tam qəbul etmişdir. Bundan sonra iddiaçı miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Şəki regional Asan Xidmət mərkəzində notariat oİisinə müraciət edilmişdir. Şəki regional Asan Xidmət mərkəzində notariat oİisinin xx.xx.2025-ci il tarixli X-1293 nömrəli qərarı ilə notariat hərkətinin aparılmasından imtina edilmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, İddiaçı oğli mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhz buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Yuxarıda qeyd edilənlərdən göründüyükimi, miras əmlakı iddiaçının tam nəzarətində olduğu üçün, faktiki olaraq mirası qəbul etmişdir. Buna görə də mərhum X4 vərəsəsi olan hazırki iş üzrə İddiaçı mirasdan tam pay verilməlidir Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, Şabbədinova (Məmmədova) Tangiz Əsabəli qızı, X11, X19 (şəxsən öz və qəyyumu olduğu X7 əvəzinə) izahatında ayrı-ayrılıqda qeyd etdilər ki, mərhum X21 oğlundan miras qalmış Şək işəhəri M.İbrahimov küçəsi dalan 7 ev 3B (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilmişdir və onlar həmin əmlakdan heç bir pay tələb etmirlər, ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Şəki Regional “ASAN“ xidmət mərkəzində notariat ofisinə məhkəmə bildirişi göndərilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxslər də məhkəmə iclası barədə məlmatlandırılmışlar. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sübutlara istinad edir: İş materiallarında olan: - Şəki ŞİH-nin Qışlaq məhəllə nümayəndəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, ünvan 4 ünvanında İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı müddətdə bütün kommunal xərcləri ödəyib, təmir-tikinti işlərini görüb. - X12 xx.xx.2025-ci il, X14 xx.xx.2025-ci il tarixli, X5 vərəsələri - X11 xx.xx.2025-ci il və X19 xx.xx.2025-ci il tarixli ərizələrlə xx.xx.2003-cü ildə vəfat etmiş X3 miras qalmış əmlakı harada yerləşməsindən asılı olmayaraq, qəbul etmədiklərini bildirmiş, qəbul etmək niyyətində olmadıqlarını elan etmişlər. - Evlənmək haqqında şəhadətnamədən görünür ki, X8 ilə X6 xx.xx.1954-cü ildə nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamələrdən və vərəsəliyə dair notariat işindən görünür ki, X4 övladları – xx.xx.1966-cı ildə İddiaçı, xx.xx.1959-cu ildə Məmmədova (Şabəddinova) Tangiz Əsabəli qızı, xx.xx.1956-cı ildə Məmmədova (İsmayılova) Nərgiz Əsabəli qızı, xx.xx.1957-ci ildə X14 anadan olmuşdur. X2 vərəsələri – X15 (xx.xx.2016-cı ildə vəfat edib), övladları X16, X11, X13r. - Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X8 xx.xx.2003-cü ildə, X10 xx.xx.2020-ci ildə, X17 xx.xx.2024-cü ildə vəfat etmişdir. - DƏDKR PHŞ 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan məlum olur ki, ünvan 5 ünvanında yerləşən 93.2 kv.m olan fərdi yaşayış evi və 0.0512 ha torpaq sahəsi X4 mülkiyyətindədir. - Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, İddiaçı ərizəsi əsasında qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və faktiki qəbul ilə bağlı mötəbər sübutlar olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki ŞİH-nin Qışlaq məhəllə nümayəndəsinin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli vərəsəliyə dair arayışdan görünür ki, X8 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, onun vərəsələri-. 1. X10 - (arvadı vəfat edib) 2. X18 - (qızı vəfat edib) 3. X14 4. Şabbədinova (Məmmədova) Tangiz Əsabəli qızı 5. İddiaçıdur. - Şəki ŞİH-nin xx.xx.2025-ci il tarixli sərəncamından məlum olur ki, xx.xx.1992-ci il təvəllüdlü X7 üzərinə qəyyum qardaşı X19 təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmənin icraatında olan hazırkı mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X8 xx.xx.2003-cü il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar . Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək, qeyd edilən normativ hüquqi aktları, məhkəmə təcrübəsini rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçının atası mərhum X8 xx.xx.2003-cü ildə vəfat etmişdir. Miras qoyanın mülkiyyətində ünvan 3larla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.2 kv.metr olan fərdi yaşayış evi və 0.0512 ha həyətyanı torpaq sahəsi vardır. Miras 19.8.2023cü il tarixdən açılmışdır. İddiaçı mirasqoyanın birinci növbədən vərəsəsidir. Mərhumun digər vərəsələri - X10 - (arvadı vəfat edib), İsmayılova (Məmmədova) Nərgiz Əsabəli qızı - (qızı vəfat edib), X14, Şabbədinova (Məmmədova) Tangiz Əsabəli qızıdır. X1 xx.xx.2020-ci ildə, X17 xx.xx.2024-cü ildə vəfat etmişdir. Nərgiz İsmayılovanın vərəsləri - X15 (xx.xx.2016-cı ildə vəfat edib), övladları X16, X11, X13r. Mirasqoyanın vərəsəsi olacaq şəxslər məhkəmə iclasına üçüncü şəxs qismində cəlb edilmişlər. Onlar təsdiq edirlər ki, mərhum X21 oğlundan miras qalmış ünvan 3larla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən qəbul edilmişdir və onlar həmin əmlakdan heç bir pay tələb etmirlər. İddiaçı miras qalan əmlakı faktiki qəbul etmişdir. İddiaçı tərəfindən qəbul edilmiş miras əmlakı vərəsəlik açıldığı vaxtdan ona məxsus hesab olunduğundan həmin əmlaka miras payı tanınmalıdır. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2003-cü il tarixdə Şəki şəhərində vəfat etmiş atası X3 miras qalmış ünvan 3larla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.2 kv.metr olan fərdi yaşayış evi və 0.0512 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam miras payı müəyyən edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar