Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1872/2023 19.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Cavabdeh İtirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 7940.86 (yeddi min doqquz yüz qırx manat səksən altı qəpik) manat əsas borc, əvvəlcədən ödənilmiş 99.40 (doxsan doqquz manat qırx qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 8040.66 (səkkiz min qırx manat altmış altı qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində Cavabdeh məxsus mənzilində 55-00744/22 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 7940.86 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan 7940.86 manat borc təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş məbləğdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 4872.96 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilində istismarda olmuş “İTRON” tipli G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan sayğacdan kənar qeyri-qanuni olaraq qoşulma üzrə video çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz işlədicilərinin Radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, PQ-3 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 0.8 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə, 80 litrlik QSSQ-nın maksimal saatlıq qaz sərfi 0.8 m/saat, sutkalıq iş rejimi 24 saat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 40608 m (və ya 4872.96 manat) həcmində müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 3110.40 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən mənzilində istismarda olmuş “İTRON” tipli G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı 1402AZ**********25 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4131-1 saylı rəydə “sayğacın klapanının üzərindəki kipləşdirici təbəqə aşkar olunmadı, sayğac istismara yararsızdır” qeyd edilmişdir. Verilmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6m orta sutkalıq iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2032-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 25920 m (və ya 3110.40 manat) həcmində müəyyən edilmişdir. Aidiyyatı üzrə araşdırma çərçivəsində müəyyən olundu ki, toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X1 Agentliyinin Şəki filialı tərəfindən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə” müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.3-2.2.5-ci bəndlərinə əsasən, Qaz paylayıcısının istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini, istehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.1, 2.3.2, 2.3.4, 2.3.6-cı bəndlərinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməli, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı tərəfindən hesablanan 4872,96 manat borc ilə razı deyil. O, qeyri-qanuni qaz xəttinə qoşulmuşdur. Təxminən 2 – 3 hərtə olardı ki, qeyri-qanuni qoşulmuş, qazdan istifadə etmişdir. Sonrdan İddiaçı əməkdaşları tərəfindən aşkar edildi. Vaxtını dəqiq xatırlamış. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, o, 100 manat məbləğdə cərinə olunmuşdur. Laki iddiaçı təşkilatın əməkdaşları qaz sayğacını dəyişməmişlər, sadəcə olaraq qeyri-qanuni qoşulmuş əlavə xətti kəsdilər. O, yaşadığı fərdi yaşayış evində qaz işlədicilərin olan: qaz piltəsindən, peç, kolonka və pitiminutkadan istifadə etmişlər. Bildirmişdir ki, bundan bir müddət sonra iddiaçı təşkilat tərəfindən yenidən akt tərtib olunmuş və ona 3110.40 manat məbləğdə cərimə hesablanmışdır. Bununla bağlı göstərir ki, onların evində quraşdırılmış qaz sayğacı yolda yerləşir. Yolda yerləşən sayğa abonent cavabdehlik daşımır. Bu hal onunla İddiaçı arasında bağlanmış müqavilədə də öz əksini tapır. Hesab edir ki, evində istismarda olmuş qaz sayğa yer altı qaz tubalarını çıxaran zaman İddiaçı əməkdaşlarının səhlənkarlığı səbəbli qırılıb. Bundan başqa onun ünvanında yerləşdirilmiş qaz sayğacı çıxarılıb aparılan zaman laboratoriya qaydalarına əməl edilməmişdir. Belə ki, sayğac abonentin iştirakı ilə sökülməli, abonentin iştirakı ilə baxış keçirilməli möhürlənməli idi. Lakin iddia təşkilat tərəfindən bunlara riayət edilməmişdir. Onlar tərəfindən sayğaca hər hansı müdaxilə olunmamışdır. Sayğac evlərindən çöldədi. Sayğacın daxilin olan problemə görə o, cavabdehlik daşımır. Sayağc sökülüb aparılan zaman sayğacda kartla ödənilən pul olmuşdur. Həmin sayğacı təxminən 6 – 7 il istifadə etmişlər. Sayğacın içərisində nasazlıq olsa da, onlar səbəbli yaranmamışdır. Sayğac onun iştirakı olmadan yoxlanılmış, barəsində akt tərtib olunmuşdur Həmin aktdan onun məlumatı olmamışdır. Ancaq məhkəmədə iddia qaldırıldıqdan sonra həmin aktdan məlumatı olmuşdur. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli müqavilədən məlum olur ki, İddiaçı İB ilə Cavabdeh arasında müqavilə bağlanaraq Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin **********00000 saylı qaz hesabına 3110,40 manat məbləğində qazdan istifadəyə görə borc hesablanmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin 28 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evində qaz işlədicilərindən radiator soba maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, QSC maksimal saatlıq qaz sərfi 1,5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, 80 litrlik QSSQ maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 0.8 x 2 x 24 x 360 = 13824 m³, 0.8 x 24 x 360 = 6912 m³, 1.5 x 24 x 360 = 12960 m³, 0.8 x 24 x 360 = 6912 m³ olmaqla, cəmi 40608 m³ müəyyən edilərək onun dəyəri olan 4872,96 manat məbləğdə ziyan (40608 m3 x 0.12 man = 4872,96 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində istifadə olunmuş qaz sayğacından kənar qanunsuz birləşmə aşkar olunmuş, sayğacdan kənar qoşulma qaynaq üsulu ilə ləğv olunmuşdur. İstehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 23 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Şəki xidmət sahəsi ərazisində smart tipli qaz sayğaclarına baxış keçirilən zaman Cavabdeh mənzilində quraşdırılmış (1402AZ**********25) nömrəli göstəricisi 3115 m³ olan smart sayğac alarm vəziyyətində olduğu üçün qaz xətlərinə baxış keçirilmiş, məlum olmuşdur ki, abonentin mənzilinə sayğacdan kənar qanunsuz qaz xətti daxil olur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin 29 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən evində qaz işlədicilərindən G4 markalı 1402AZ**********25 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 6m3 günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 25920 m3 müəyyən edilərək onun dəyəri olan 3110,4 manat məbləğdə ziyan (25920 m3 x 0.12 man = 3110,4 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş İddiaçı İBnin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ İddiaçı İB-nin MSK 14-2-2/3-5-4131-1 saylı aktına əsasən sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə aşkar olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 31 yanvar 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh ünvanında istismarda olmuş “İtron” tipli G-4 markalı 1402AZ**********25 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********903 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş 24 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə pr, 276 ünvanında qaz paylayıcısının şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 4872,96 manat məbləğində ziyan vurulduğuna görə Cavabdeh İXM-nin 282.1ci maddəsinə əsasən 100 manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz paylayıcısı olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı 23 noyabr 2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı evdə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsi ilə təbii qazdan istifadə edildiyi aşkarlanmışdır. Ona görə də, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 noyabr 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz işlədicilərindən radiator soba maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, QSC maksimal saatlıq qaz sərfi 1,5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, 80 litrlik QSSQ maksimal saatlıq qaz sərfi 0,8 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin 28 noyabr 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 0.8 x 2 x 24 x 360 = 13824 m³, 0.8 x 24 x 360 = 6912 m³, 1.5 x 24 x 360 = 12960 m³, 0.8 x 24 x 360 = 6912 m³ olmaqla, cəmi 40608 m³ (və ya 4872,96 manat) həcmində müəyyən edilmişdir. Həmçinin 31 yanvar 2023-cü il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yaşadığı evdə quraşdırılmış “İtron” tipli G-4 markalı 1402AZ**********25 nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********903 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə olması müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Sayğacda aşkar olunan nasazlığa görə 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və cavabdehə 3110,4 manat məbləğdə ziyan hesablanmışdır. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Məhkəmə hesab edir ki, Cavabdeh, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsini, təbii qazdan istifadə qaydalarını kobud surətdə pozmasını məhkəmə araşdırması zamanı, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş video görüntülərlə tam sübuta yetirilmişdir. Lakin məhkəmə təbii qazdan istifadə qaydalarının pozması nəticəsində dəymiş ziyanın hesablanması ilə razılaşmır. Belə ki, Cavabdeh 23 noyabr 2022-ci il tarixdə sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 4872,96 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, Cavabdeh 2022ci ilin noyabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı isə Cavabdeh radiator soba üçün 360 gün, PQ-3 üçün 360 gün, QSQ üçün 360 gün, 80 litrlik QSSQ üçün 360 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 40608 m3 - 4872,96 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməsi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. Yəni hesablanma radiator soba üçün 0.8x2x24x30=1152 m3 (və ya 138,24 manat), PQ-3 üçün 0.8x24x30=576 m3 (və ya 69.12 manat), QSQ üçün 1.5x24x30=1080 m3 (və ya 129,60 manat), 80 litrlik QSSQ üçün 0.8x24x30=576 m3 (və ya 69,12 manat) olmaqla, cəmi 3384 m3 qaz sərfiyyatı olmaqla 406,08 manat hesablanmalıdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi hansı səbəbdən itiriliş qazın dəyərinin 40608 m3 hesablanması, həmin qazın dəyəri olan 4872,96 manat pulun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, eyni zamanda hansı qaydalara əsasən itirilmiş qazın dəyərinin məhz 360 gün kimi hesablanması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin məhkəmə, iddiaçının itirilmiş qazın dəyərinin 360 gün kimi hesablaması ilə bağlı qeyd edir ki, qaz sayğacı küçədə quraşdırılmaqla Cavabdeh deyil, İddiaçı cavabdehliyi sərhədindədir. Yəni iddiaçının əməkdaşları mütəmadi olaraq (ən azı ayda bir dəfə olmaqla) bu və ya digər qaz sayğaclarına baxış keçirirərək, sayğacın işləməsinə, plombunun yerində olmasına və kənar müdaxilənin olub-olmamasına nəzarət edirlər. Qeyd edilən pozuntunun da elə aşkar olduğu ay, yəni dekabr ayında törədilməsini, həmin aydan əvvəl törədilmiş olsaydı mütləq aşkar edilməli olmasını nəzərə alaraq cavabdehdən əsassız olaraq 360 gün üçün itirilmiş təbii qazın dəyərinin tələb edilməsi yolverilməzdir. Bundan başqa məhkəmə 3110,4 manat məbləğində maddi ziyanla bağlı qeyd edir ki, iddiaçı cavabdehlərdən akt əsasında hesablanmış 3110,4 manat məbləğdə itirilmiş qazın bərpası üçün aparılmış hesabat məbləğini tələb etməkdə haqlı deyil. Məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, iddiaçı hansı əsasla 3110,4 manat itirilmiş təbii qaza görə borcun cavabdehdən tələb etməsi müəyyən deyil. Çünki qeyd edilən ev üzrə sayğac Cavabdeh adınadır. Belə olan halda iddiaçı istehlak olunmuş qaz sərfiyyatının dəyərini yalnız Cavabdeh tələb edə bilər. Lakin itirilmiş təbii qaza görə 3110,4 manatın cavabdehdən tələb edilməsi qanunsuzdur. Çünki iddiaçı bununla bağlı iddia ərizəsinə müvafiq sübutlar əlavə etməmişdir. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə olması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın klapanının üzərində kipləşdirilmiş təbəqə olması” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı Cavabdeh təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh itirilmiş təbii qazın dəyəri olan 406,08 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənimiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 69 manat hissəsi iddiaçının özünə aid edilməli, həmçinin 0.40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh itirilmiş təbii qazın dəyəri olan 406,08 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı alınaraq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 69 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1872/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1872/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver