Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1906/2022 14.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Kahov oğlunun iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 dekabr 2000 ci il tarixli 08 nömrəli qərarı ilə və 10 oktyabr 2002 ci il tarixli JN-009 KOD 40404048 saylı Torpaga Mülkiyyət Hüquqna dair Dövlət Aktı ilə ailə üzvlərinə verilmiş Şəki Rayonu Abbas kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paya münasibətdə Ərizəçi Mayıl qızına və X20 ogluna məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Şəki Rayon Aqrar İslah Komisiyasının xx.xx.2000-ci il tarixli 08 saylı qərarı ilə və 10 oktyabr 2002 ci il tarixli JN-009 KOD 40404048 saylı Torpaga Mülkiyyət Hüquqna dair Dövlət Aktı ilə ailə üzvlərinə verilmiş Şəki rayonu Abbas kəndində yerləşən 0.45 ha torpaq sahəsinin paya münasibətdə X3 və X9 məxsus olması hüquqi fatktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında göstərmişdir ki, torpaq İslahatı haqqında Qanuna uygun olaraq Şəki Rayon Aqrarar İslahat Komissiyasının 29 dekabr 2000 ci il 08 saylı qərarı ilə Şəki Rayonu Abbas kəndində Torpağın Mülkiyyətə Verilməsinə dair JN0079 KOD 40404048 saylı Dövlət Aktına əsasən mərhum əri X20 ogluna, o, Ərizəçi Mayıl qızına, övladları X26 ogluna və X25 ogluna 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin aktda ərinin adı Mayıl əvəzinə “Mahir”, onun soyadı, adı və atasının adı isə Ərizəçi əvəzinə “X17” kimi səhv qeyd edilmişdir. Əri X20 oglunun ölüm haqqında AZ-İ 537968 saylı şəhadətnaməsindən görünür ki onun adı “Mahir” yox, X20 ogludur. Ona məxsus AA******* seriyalı səxsiyyət vəsiqəsinə əsasən o, “X17 yox, Ərizəçidır. Torpaga Mülkiyyət Hüququna dair Dövlət Aktında ərinin adında və onun soyadında, adında və ata adındakı uyğunsuzluğun aradan qaldırılması onlara həmin paylara münasibətdə DƏDRX-dən çıxarış almaq və həmin torpaqdakı paya sərəncam verilməsi ilə baglı lazımdır. Belə ki, torpaqlara çıxarış almaq üçün DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ona bildirilmişdir ki, ərinin adında, eyni zamanda onun soyadı, adı və ata adındakı uygunsuzluğa görə paya münasibətdə çıxarış vermək mümkün deyil. Qeyd edir ki, həmin səhvlər kənddə torpaq islahatı aparılan zaman səlahiyyətli şəxslərin onların şəxsiyyətini təsdiq edən sənədə baxmaması ilə bağlıdır. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi Ərizəçinin vəsatəti ilə məhkəmənin əvvəlki iclasında şahid kimi dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun əmisinin yoldaşıdır. Əmisinin adı X5r. Əmisi və əmisinin yoldaşı arasında rəsmi nigahları olmamışdır. Ərizəçinin vəsatəti ilə məhkəmənin əvvəlki iclasında şahid kimi dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, X7 onun qaynıdır. Ərizəçi X2 həyat yoldaşıdır. Onların arasında rəsmi nikah bağlanmamışdır. Toylarında iştirak etmişdir və onlar bir yerdə yaşamışlar. X2 Tahirə adlı ailə üzvü olmamışdır. Hüsab edir ki, səhv yazılmışdır. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X16 ifadə verərək bildirdi ki, atasını adı X7, anasının adı Ərizəçidır. Valideyinlərinin arasında rəsmi nikah bağlanmamışdır, lakin onunla birlikdə yaşamışlar. Hacəliyeva Tahirə adlı adam tanımır. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli arayışın surətindən görünür ki, mərhum X2 vərəsələri arvadı Ərizəçi, oğulları X16 və X14r. İş materiallarına əlavə edilmiş JN:0079 nömrəli, kod 40404048 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 dekabr 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən Şəki rayonu Abbas kənd sakinləri X8 və onun ailə üzvləri X17, X18 və X11 0.45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X19 xx xxxx 1972-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ 537968 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 may 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli məktubun surətindən görünür ki, kod 40404048, JN-0079 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında hüquq sahbləri olan X12 adının və ata adının, X2 adının səhv qeyd olunduğu müəyyəm edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Aqrarar İslahat Komissiyasının 29 dekabr 2000 ci il 08 saylı qərarı ilə Şəki Rayonu Abbas kəndində Torpağın Mülkiyyətə Verilməsinə dair JN0079 KOD 40404048 saylı Dövlət Aktına əsasən Ərizəçi Mayıl qızına, mərhum əri X20 ogluna, övladları X26 ogluna və X25 ogluna 0,45 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin aktda ərizəçinin ərinin adı Mayıl əvəzinə “Mahir”, onun soyadı, adı və atasının adı isə Ərizəçi əvəzinə “X17” kimi səhv qeyd edilmişdir. X1 03 may 2022-ci il tarixdə vəfat etmişdir. Sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərkən qeyd edilən səhvlər əsas göstərilərək, bundan imtna edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 dekabr 2000 ci il tarixli 08 nömrəli qərarı ilə və 10 oktyabr 2002 ci il tarixli JN-009 KOD 40404048 saylı Torpaga Mülkiyyət Hüquqna dair Dövlət Aktı ilə ailə üzvlərinə verilmiş Şəki Rayonu Abbas kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paya münasibətdə Ərizəçi Mayıl qızına və X20 ogluna məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi X6 dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Şəki Rayon Aqrar İslahat Komissiyasının 29 dekabr 2000 ci il tarixli 08 nömrəli qərarı ilə və 10 oktyabr 2002 ci il tarixli JN-009 KOD 40404048 saylı Torpaga Mülkiyyət Hüquqna dair Dövlət Aktı ilə ailə üzvlərinə verilmiş Şəki Rayonu Abbas kəndində yerləşən 0,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paya münasibətdə Ərizəçi Mayıl qızına və X20 ogluna məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1906/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1906/2022
14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver