Məhkəmə qərarları › İş №e-2(075)-1908/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1908/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1908/2024 13.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, TRİMMER WAHL, MAŞA PHİLİPS, VENTİLYATOR DEERMA, VARTA LONGLİ bateriya üçün 317.41 manat ödənilməmiş hissə, 31.59 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün ondan 146.75 manat ödənilməmiş hissə, 14.25 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, MATRAS üçün 128 manat ödənilməmiş hissə, 12 manat cərimə pulu, ümumilikdə, 650 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərindəki müqavilələrinə əsasən TRİMMER WAHL, MAŞA PHİLİPS, VENTİLYATOR DEERMA, VARTA LONGLİ bateriya, APPLE AİRPODS 2 qulaqlıq və MATRAS almış və nəticədə 650 (altı yüz əlli manat) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 373.86 (üç yüz yetmiş üç manat səksən altı qəpik) manat (18 ay x 20.77 manat + 0 manat ilkin ödəniş) olan TRİMMER WAHL, MAŞA PHİLİPS, VENTİLYATOR DEERMA, VARTA LONGLİ bateriya üçün ümumilikdə, 349 (üç yüz qırx doqquz) manat olmaqla ondan 317.41 (üç yüz on yeddi manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 31.59 (otuz bir manat əlli doqquz qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 374 (üç yüz yetmiş dörd manat) manat (12 ay x 28.25 manat + 35 manat ilkin ödəniş) olan APPLE AİRPODS 2 qulaqlıq üçün ümumilikdə, 161 (yüz altmış bir) manat olmaqla ondan 146.75 (yüz qırx altı manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 14.25 (on dörd manat iyirmi beş qəpik) manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 180 (yüz səksən manat) manat (18 ay x 36 manat + 8 manat ilkin ödəniş) olan MATRAS üçün ümumilikdə, 140 (yüz qırx manat) manat olmaqla ondan 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 12 (on iki manat) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 335.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, TRİMMER WAHL, MAŞA PHİLİPS, VENTİLYATOR DEERMA, VARTA LONGLİ bateriya, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS 2 qulaqlıq, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, matrası cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 317.41 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 31.59 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 146.75 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 14.25 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 128 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 12 manat cərimə borcu, yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, TRİMMER WAHL, MAŞA PHİLİPS, VENTİLYATOR DEERMA, VARTA LONGLİ bateriya, üçün 317.41 manat əsas, 31.59 manat cərimə borcu, APPLE AİRPODS 2 QULAQLİQ üçün isə 146.75 manat əsas, 14.25 manat cərimə borcu, matrası üçün isə 128 manat əsas, 12 manat cərimə olmaqla, cəmi 650 manat borc cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, TRİMMER WAHL, MAŞA PHİLİPS, VENTİLYATOR DEERMA, VARTA LONGLİ bateriya, üçün 317.41 (üç yüz on yeddi manat qırx bir qəpik) manat ödənilməmiş hissə, 31.59 (otuz bir manat əlli doqquz qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün ondan 146.75 (yüz qırx altı manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, 14.25 (on dörd manat iyirmi beş qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, MATRAS üçün 128 (yüz iyirmi səkkiz manat) manat ödənilməmiş hissə, 12 (on iki manat) manat cərimə pulu, ümumilikdə, 650 (altı yüz əlli) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar