Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1918/2023 13.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhər 53 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 13 dekabr 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən, 18 a nömrəli evin, 72 nömrəli mənzili boşaldaraq İddiaçı ASC-nə təhvil verilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata götürülmüşdür. İddiaçının pozulmuş hüquqlarının bərpa edilməsini tələb etdiyi mənzil Bakı şəhərinin Nəsimi rayonunda yerləşir. İddiaçı həmin mənzilin mülkiyyətçisidir. İddia ərizəsinə əsasən cavabdeh iddiaçı ilə aralarında bağlanmış alqısatqı müqaviləsinə əsasən öz üzərinə düşən öhdəlikləri lazımi qaydada tam icra etməmişdir. Buna görə də, iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi və mübahisə predmeti olan mənzilin cavabdeh tərəfindən boşaldılması tələblərini irəli sürmüşdür. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 18 a, 72 nömrəli mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçının hazırkı iddia ərizəsi üzrə tələbləri mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddiadır. Bu iddiaya müstəsna aidiyyət qaydaları tətbiq olunmaqla tikintinin, yəni mənzilin olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, iş ərazi aidiyyəti üzrə baxılması üçün müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1, 44.2.2, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1918/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1918/2023
13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver