Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1918/2024 25.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbul etmə faktının müəyyən edilməsi və miras payın ayrılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum-X82, X103 və X54 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0539 ha həyətyanı torpaq sahəsi üzrə tərəfindən mirası qəbul etmə faktının müəyyən edilməsi və mərhum X82, X103 və X54 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0539 ha həyətyanı torpaq sahəsinə onun tam miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi X82, X103 və X67 ümumi birgə mülkiyyətindədir. Hər üç şəxs rəhmətə getmişdir. X104 İİ Dünya müharibəsi zamanı müharibəyə gedib qayıtmayıb. Məhkəmə qərarı ilə 1980-ci ildə ölmüş elan edilmişdir. Bu barədə Şəki şəhər VVAQ şöbəsi xx.xx.1980-ci ildə ölüm haqqında şəhadətnamə vermişdir. Öldüyü günə kimi subay olmuşdur. X103 xx.xx.1993-cü ildə rəhmətə getmişdir. Aşağıdakı vərəsələri qalmışdır. 1. Həyat yoldaşı X40 - rəhmətə gedib 2. Qızı Rəcəbova (Yusubova) Sədaqət Yusif qızı 3. Qızı Rəcəbova (İslamova) Nəzakət Yusif qızı 4. Oğlu X20 Abdulla Rasul oğlu xx.xx.1961-ci ildə rəhmətə getmişdir. Aşağıdakı vərəsələri qalmışdır. 1. Həyat yoldaşı X55 – xx.xx.1991-ci ildə rəhmətə gedib 2. X18 3. Oğlu – X83 – rəhmətə gedib. Sağ qalan üç vərəsəsi var. Qızı-Arzu Abdullayeva, qızı-Gülbəniz Əhmədova, qızı-Sevil Məmmədova –miras payından imtina barədə ərizələri var. 4. Qızı Rəsulova (Əbdurrəhmanova) Xalidə Abdulla qızı 5. X36 - rəhmətə gedib. X6 X66 6. Qızı Rəsulova (Mustafayeva) Nahidə Abdulla qızı –rəhmətə gedib. Sağ qalan üç vərəsəsi var. X126, qızı Şəlalə Baxışova, oğlu Musa Mustafayev- miras payından imtina barədə ərizələri var. 7. X11 - xx.xx.2017-ci ildə rəhmətə gedib. Miras əmlakı olan ünvan 1 ünvanında olan fərdi yaşayış evində ölən günə kimi X42 yaşamışdır. O, Əlimirzə Rəsulovla xx.xx.1974-cü ildə rəsmi nkaha daxil olmuşam. Ailə qurduğu gündən bu günə kimidə həmin evdə yaşayır. Mərhum əri X21 aşağıdakı vərəsələri qalmışdır. 1. Həyat yoldaşı – İddiaçı 2. X24 3. X19 4. X12 5. Oğlu X13 əmlakı olan ünvan 1 ünvanında olan fərdi yaşayış evində ilk əvvəl qaynX26 və onun ailəsi yaşamışdır. Onun ölümündən sonra isə həmin evdə yalnız əri X42 ölən günə kimi yaşamışdır. Miras əmlakını faktiki o qəbul etmiş və idarə etmişdir. Onun ölümündən sonra isə o, həmin evdə yaşayır. Buna görə də həmin fərdi yaşayış evi təmsilçilik üzrə vərəsə kimi tam onun mülkiyyətinə keçməlidir. Uzun müddətdir vərəsəlik işi ilə bağlı Notariat ofisinə müraciət edir. Demək olar ki, bütün sənədləri toplayıb təqdim etmişdir. Notariat ofisi ilk dəfə xx.xx.2021-ci ildə imtina edərək miras qoyanlar X82, X103 və X67 onunla qohumluq əlaqələrinin olmasının müəyyən edilməsinin mümkün edilmədiyini bildirmişdirlər. Bunun əsasında fakt təsdiqi barədə ərizə ilə Şəki rayon məhkəməsinə müraciət etmişdir. Ərizəyə baxılaraq Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(075)-1780/2022 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı mərhum əri X21 mərhum atası (ərizəçinin qayınatası) X82 ilə X70 və X67 qardaş olmaları faktı müəyyən edilmişdir. Bundan sonrada notariat ofisinə müraciət edərək bir çox sənədləri, imtina ərizələrini və. s təqdim etsə də yekunda Notarius xx.xx.2024-cü il tarixli qərarla mirasın faktiki qəbul edilməsi mötəbər sübutlarla təsdiq edilmədiyini bildirmişdir. Bundan sonra vəkillə müqavilə bağlayaraq bir sıra sənədləri yenidən əldə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi kimi, miras əmlakını faktiki olaraq həyat yoldaşı X42 qəbul etmişdir. Belə ki, miras qoyan X104 vəfat edənə kimi subay olmuşdur. 1943-cü ildə müharibədən qayıtmayıb. 1980-cı ilə məhkəmə qərarı ilə ölmüş elan edilmişdir. Belə olan halda onun miras payı digər miras qoyan olan qardaşlarına keçir. Miras qoyanın qardaş və bacıları, valideynləri yoxdursa (ölmüşdürsə) onlara çatası pay onların uşaqlarına keçir. Miras qoyan X103 xx.xx.1993-cü ildə rəhmətə getmişdir. Hal-hazırda onun yalnız vərəsə kimi 3 uşağı qalmışdır. Onun vərəsələri olan qızı Rəcəbova (Yusubova) Sədaqət Yusif qızı, qızı Rəcəbova (İslamova) Nəzakət Yusif qızı və X50 notariat ofisində ərizə verərək pay istəmədiklərini bəyan etmişdirlər. (Elşən Rəcəbovun ərizəsi- № **********649, Nəzakət İslamovanın ərizəsi-№ **********842 və **********845, Sədaqət Yusubovanın ərizəsi -№ **********843 və **********844) . Belə olan halda həmin şəxslərin payı digər miras qoyan X9. O da rəhmətə getdiyi üçün hər üç miras qoyanın payı Abdulla Rəcəbovun övladlarına və arvadına keçməlidir. X82 xx.xx.1961-ci ildə rəhmətə getmişdir. Həyat yoldaşı, qaynanası X55 – xx.xx.1991-ci ildə rəhmətə gedib. Altı övladı olub. Həmin övladların sağ qalanları özləri, rəhmətə gedən övladlarının isə vərəsələri notariat ofisində ərizə verərək pay istəmədiklərini bəyan etmişdirlər. Belə ki; 1. X1 ərizələri -№ **********768 ; **********137 ; **********138, 2. X4 ərizələri- № **********744 ; **********139 ; **********140, 3. X27 -xx.xx.2018-ci ildə rəhmətə getmişdir. Onun övladları X44 ərizələri -№ **********866 ; № **********134 ; №**********135 X71 ərizəsi -№ **********743; X72 ərizəsi -№ **********537; 4. X94 – xx.xx.2021-ci ildə rəhmətə getmişdir. Onun vərəsəsi Həyat yoldaşı X22 ərizələri -№ **********668 ; № **********938 ; № **********939 X30 ərizəsi - № **********669 5. X83 -xx.xx.2005-ci ildə rəhmətə getmişdir. Onun övladları X14 ərizəsi -№ **********859 X28 ərizəsi - № **********378 X45 ərizəsi -№ **********503 6. X42 – xx.xx.2017-ci ildə rəhmətə getmişdir. Miras əmlakında ölən günə kimi yaşamamış və oranı idarə etmişdir. Onun həyat yoldaşı odur. Birgə nikahlarından iki oğlu və iki qızı var. Rahim Rəsulov, Ülkər Rəsulova (Müslümova), Əfsanə Rəsulova və X142 Müslümovanın ərizəsi -№ **********156 Aydın Rəsulovun ərizəsi - № **********893 Rahim Rəsulov və Əfsanə Rəsulova ona etibarnamə vermişdirlər ki, notariat ofisində müvafiq imtina ərizələrini onların adından verə bilir. Qeyd edilənlərdən göründüyü kimi, miras əmlakı əri X42 tərəfindən faktiki qəbul edildiyindən və onun payı təmsilçilik üzrə tam pay hüququ olmaqla ona keçməlidir. Miras qoyanlar hamısı 2000-ci ildən əvvəl rəhmətə getdiyi üçün qeyd edilən hüquq münasibətlərinə onları rəhmətə getdiyi zaman üzrə qüvvədə olan Azərbaycan SSRİ Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Şəki Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2 (075)-1780/2022 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı mərhum əri X21 mərhum atası (ərizəçinin qayınatası) X82 ilə X70 və X67 qardaş olmaları faktının müəyyən edilməsi qət edilmişdir. - İşdə olan Nöyülbulaq Məhəllə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 215 nömrəli arayışından görünür ki, X85 1961-ci ildə vəfat etmiş və onun vərəsələri X59, X56, X83, X60, X94, Rəsulova (Mustafayeva) Nahidə Abdulla qızı və X29r. - İşdə olan Nöyülbulaq Məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 488 nömrəli arayışından görünür ki, X42 2017-ci ildə vəfat etmiş və onun vərəsələri İddiaçı, X73, X57, X43 və X46r. - İşdə olan Nöyülbulaq Məhəllə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 489 nömrəli arayışından görünür ki, X103 1993-cü ildə vəfat etmiş və onun vərəsələri X61, X74, X75 və X86r. - İşdə olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş ********** nömrəli reyestrdən çıxarışdan görünür ki, Şəki şəhəri Güllü İlyasov küçəsi ev 12 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyət növü üzrə 0.0539 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi X47, X70 və X67 ümumi birgə paylı mülkiyyətlərindədir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 07 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1961-ci il tarixdə ölmüş X32, 1943cü ildə ölmüş X54 və xx.xx.1993-cü ildə ölmüş X62 qalmış miras əmlakdan özünə düşən miras paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - İş materialına əlavə edilmiş X76 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X105 mərhum X37ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X77 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X77 mərhum X37ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. - İş materialına əlavə edilmiş X77 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X77 mərhum X37ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X78 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizə əsasında X78 mərhum X37ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. - İş materialına əlavə edilmiş X78 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, əmisi X104 1943-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X37 xx.xx.1993-cü ildə vəfat etmişdir. X78 mərhum X37ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X15 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əmisi X103 1993-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X26 xx.xx.1961-ci ildə vəfat etmişdir. X15 mərhum X26ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X15 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əmisi X104 1943-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X26 xx.xx.1961-ci ildə vəfat etmişdir. X15 mərhum X26ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, əmisi X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X15 mərhum X26ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. - İş materialına əlavə edilmiş X4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, X26 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X16 mərhum X26ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. - İş materialına əlavə edilmiş X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əmisi X103 1993-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X26 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X16 mərhum X26ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. - İş materialına əlavə edilmiş X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, əmisi X104 1943-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X26 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X16 mərhum X26ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. - İş materialına əlavə edilmiş X84 21 may 2023-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X31 2021-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X115 mərhum X31ndan miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. - İş materialına əlavə edilmiş X63 13 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X3 2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X95 mərhum X7 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - İş materialına əlavə edilmiş X71 29 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X3 2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X95 mərhum X7 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X72 18 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X3 2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X106 mərhum X7 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X63 23 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, X103 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X3 2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X95 mərhum X7 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X63 23 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, X104 1943-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X3 2018-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X95 mərhum X7 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X41 21 may 2024-cü il tarixli ərizəsindən görünür ki, qaynX26 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X51 2021-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X41 mərhum X48 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X41 07 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, X104 1943-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X41 mərhum X54 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - İş materialına əlavə edilmiş X41 07 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, X103 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X41 mərhum X62 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - İş materialına əlavə edilmiş X33 13 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, atası X83 2005-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərəfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq atasından düşən miras payı qəbul etməmiş və etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. - İş materialına əlavə edilmiş X28 28 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. Atası X83 2005-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X64 mərhum X34 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X45 30 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. Atası X83 2005-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X87 mərhum X34 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X23 10 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X8 2017-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X49 mərhum X34 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X35 07 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X8 2017-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X69 mərhum X34 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X79 21 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X8 2017-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X79 mərhum X34 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materialına əlavə edilmiş X43 21 dekabr 2024-cü il tarixli ərizəsindən görünür ki, babası X82 1961-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X8 2017-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona məxsus əmlak miras qalmışdır. X43 mərhum X34 miras qalmış bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etməmişdir. - İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusu əsasında Şəki rayon Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 388 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X83 xx.xx.1938-ci ildə Şəki şəhərində anadan olmuş və xx.xx.2005-ci il tarixdə ölmüşdür. - İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusu əsasında Şəki rayon Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 283 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X65 xx.xx.1920-ci ildə Şəki şəhərində anadan olmuş və xx.xx.2005-ci il tarixdə həmin kənddə ölmüşdür. - İş materiallarına əlavə edilmiş, məhkəmənin sorğusu əsasında Şəki rayon Qeydiyyat şöbəsindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 418 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X27 xx.xx.1949-cu ildə Şəki şəhərində anadan olmuş və xx.xx.2018-ci il tarixdə ölmüşdür. - İşdə olan Şəki şəhər VVAQ Şöbəsi tərəfindən 24 dekabr 1980-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X104 1943-cü ilin dekabr ayında vəfat etmişdir. - İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 noyabr 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X103 20 noyabr 1993-cü il tarixdə vəfat etmişdir. - İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 noyabr 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X82 05 aprel 1961-ci il tarixdə vəfat etmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin 04 fevral 2020-ci il tarixli məktubundan görünür ki, 1919-cu il təvəllüdlü X104 1941-ci il tarixdə Şəki Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. X153 Müharibəsi illərində hansı hərbi hissə tərəfindən döyüşlərdə iştirak etdiyi barədə rəsmi məlumat yoxdur. SSRİ MN-nin qayıtmaz itkilərin qeydiyyatı idarəsindən daxil olmuş bildirişdə X67 xx.xx.1949-cu il tarixdə X92 həlak olması barədə məlumat əks olunmuşdur. - xx.xx.2023-cü il tarixli 654 nömrəli arayışından görünür ki, X82 ölən günədək özünə və qardaşları X103 və X88 məxsus olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində X11 ilə birgə yaşamışdır. X82 xx.xx.1961-ci il tarixdə öldükdən sonrada mərhuma məxsus fərdi yaşayış evində X11 ölən günə qədər ailəsi ilə birlikdə İddiaçı, X68, X69 və X43 ilə birlikdə yaşamışdır. Onlar evin bütün kommunal xərclərini ödəyib, təmir-tikinti işlərini görmüşlər və hal-hazırda da evə sahiblik edirlər. - Azərbaycan Respublikası Şəki Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ailə tərkibi X42, X68, X69, X49 və X17 ibarətdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsindən görünür ki, Aleksandra mərhum Rəsulov Əlimirzənin yoldaşıdır. Aleksandranın ana adı Saşa, ata adı Abdulladır. Rəsulov Abdulla 1961-ci ildə ölüb. Əlimirzə rəhmətə gedib. Yusif əmigilin öz evləri var. Onlar hamısı imtina verib. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X80 ifadəsindən görünür ki, 1974-cü ildə Aleksandranı Əlimirzənin atası Abdulla kişi onlara gəlin gətirib. Əlimirzənin İzzət, İrza adlı qardaşları var. Abdullanın Yusif və Yəhya adlı iki qardaşı olub. Yəhya adlı qardaşı 1943-cü ildə rəhmətə gedib. Ovaxt sel gəlib. Bu evi kimdənsə alıblar. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan SSRİ Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi X82, X103 və X67 ümumi birgə mülkiyyətindədir. Hər üç şəxs vəfat etmişdir. Onların ölümündən sonra miras əmlak kimi ünvan 1 ünvanında olan fərdi yaşayış evi miras qalmışdır. Miras qoyan X85 1961-ci ildə vəfat etmiş və onun vərəsələri X59, X56, X83, X60, X94, Rəsulova (Mustafayeva) Nahidə Abdulla qızı və X29r. Miras qoyan X42 2017-ci ildə vəfat etmiş və onun vərəsələri İddiaçı, X73, X57, X43 və X46r. Miras qoyan X103 1993-cü ildə vəfat etmiş və onun vərəsələri X61, X74, X75 və X86r. Miras qoyan Rəcəbov Yəhya məhkəmənin qərarına əsasən ölmüş elan edilmşdir. Mirasın qəbulu ilə bağlı həmin övladların sağ qalanları özləri, rəhmətə gedən övladlarının isə vərəsələri notariat ofisində ərizə verərək pay istəmədiklərini bəyan etmişdirlər. Miras qoyan X104 1943-cü ildə, X85 1961-ci ildə və X103 1993-cü ildə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı 1993-cü il tarixdə qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, mərhum-X82, X103 və X54 qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0539 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın hazırkı İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı, həmçinin onun tam miras payı müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum-X82, X103 və X54 miras qalmış ünvan 1 ünvanında olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0539 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin və həmin miras əmlaka dair İddiaçınun adına tam miras payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1918/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1918/2024
25.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver