Məhkəmə qərarları › İş №e-2(075)-1918/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1918/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1918/2025 13.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri : İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2025ci il tarixdə bağlanmış HHA 19807 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 564 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödəniş gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 141 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 705 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 manat pulu "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19807 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 611 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 611 ABŞ dolları) «Apple İphone 12 pro-128 pacific blue» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satımışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 47 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcə ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı»nin xeyrinə faiz ödəyir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin 13 oktyabr 2025-ci il tarixdə İddiaçı MMC-nin nümayndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, HHA19807 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 611 ABŞ dolları olan 1 ədəd Aplle İphone 12 Pro satılmışdır. xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 47 ABŞ dolları ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 47 dollar olmaqla ödəniş etməli olmuşdur. xx/xx-18924 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA19807 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 564 ABŞ dolları əsas qalıq borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 % (bir)-i həcmində 141 ABŞ dolları cərimə cəmi 705 ABŞ dolları borcu vardır. xx.xx.2025-ci il tarixli xx/xx-18924 nömrəli son xəbərdarlığdan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmiş, 3 iş günü ərzində pulu qaytarmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2025-ci il tarixli, HHA19807 nömrəli müqaviləsinə əsasən dəyəri 611 ABŞ dolları olan 1 ədəd “Apple İphone” 12 Pro almış və nəticədə 564 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödəniş gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 141 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 705 ABŞ dolları cərimə borcu yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC tərəfindən Cavabdeh mal verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 141 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2025-ci il tarixli, HHA19807 nömrəli müqaviləsinə əsasən dəyəri 611 ABŞ dolları olan 1 ədəd “Apple İphone” 12 Pro üçün 564 ABŞ dolları əsas borc və 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 574 ABŞ dolları pul ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun 26 manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, HHA19807 nömrəli müqaviləsinə əsasən dəyəri 611 ABŞ dolları olan 1 ədəd “Apple İphone” 12 Pro üçün 564 ABŞ dolları əsas borc və 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 574 ABŞ dolları pul ödəniş anına Azərbaycan manatına məzənnəsi ilə manat ekvivalentində və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun 26 manat hissəsi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar