Məhkəmə qərarları › İş №e-2(075)-1975/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1975/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1975/2025 21.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********19241 X2 13 markalı telefon, İMEİ Kodu **********97728 X2 13 markalı telefon, 2 ədəd X1 1 İL xidməti üçün 1005,12 (min beş manat, 12 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 100,51 (yüz manat, 51 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********76603 Honor X5 Plus markalı telefon, X3 4 Lıte qulaqlıq, Paket M Xidməti üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə, ümumilikdə 1350,83 manat borc, 33,51 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********19241 X2 13 markalı telefon, İMEİ Kodu **********97728 X2 13 markalı telefon, 2 ədəd X11 İl Xidməti, İMEİ Kodu **********76603 Honor X5 Plus markalı telefon, X3 4 Lıte qulaqlıq, paket M xidməti üçün və nəticədə 1350,83 (min üç yüz əlli manat, 83 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1005,12 (min beş manat, 12 qəpik) manat (18 ay x 55,84 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********19241 X2 13 markalı telefon, İMEİ Kodu **********97728 X2 13 markalı telefon, 2 ədəd X1 1 İl Xidməti üçün ümumilikdə, 1152,83 (min yüz əlli iki manat, 83 qəpik) manat olmaqla ondan, 1005,12 (min beş manat, 12 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, güzəşt olunaraq 100,51 (yüz manat, 51 qəpik) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 360 (üç yüz altmış) manat (12 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********76603 Honor X5 Plus markalı telefon, X3 4 Lıte qulaqlıq, Paket M xidməti üçün ümumilikdə, 198 (yüz doxsan səkkiz) manat olmaqla ondan, 180 (yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 180 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvi ltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinin tədbiq etdiyi rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19241 X4 13 markalı telefon, İMEİ kodu **********97728 X4 13 markalı telefon, 2 ədəd X1 1 İL xidməti və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********76603 Honor X5 Plus markalı telefon, X5 4 Lite qulaqlıq, Paket X xidməti cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, 1005,12 (min beş manat on iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 100,51 (yüz manat əlli bir qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1350,83 (min üç yüz əlli manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 33,51 (otuz üç manat əlli bir qəpik) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19241 X4 13 markalı telefon, İMEİ kodu **********97728 X4 13 markalı telefon, 2 ədəd X1 1 İL xidməti üçün 1005,12 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********76603 Honor X5 Plus markalı telefon, X5 4 Lite qulaqlıq, Paket X xidməti üçün 180 manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 30 manat, xx.xx.2024-cü il tarixli müqavələyə əsasən 10 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 32,72 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********19241 X4 13 markalı telefon, İMEİ kodu **********97728 X4 13 markalı telefon, 2 ədəd X1 1 İL xidməti üçün 1005,12 (min beş manat on iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47,2 (qırx yeddi manat, 20 qəpik) manat rüsum, 30 (otuz) manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76603 Honor X5 Plus markalı telefon, X5 4 Lite qulaqlıq, Paket X xidməti üçün 180 (yüz səksən) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, ümumilikdə 1272,32 (bir min iki yüz yetmiş iki manat otuz iki qəpik) manat ödənilməmiş hissə və 32,72 (otuz iki manat yetmiş iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar