Məhkəmə qərarları › İş №e-2(075)-1987/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1987/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1987/2022 28.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin və faizlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 080010 saylı Güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5798,24 manat məbləğində əsas kredit borcu və 31.76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5830 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 78,31 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest № 080010 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5808,24 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 5798,24 manat məbləğində əsas kredit borcu, 31,76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5830 manat məbləğində borcu qalmaqdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron qaydada ərizə göndərərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixli Rest № 080010 saylı güzəştli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 5808,24 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli Rest № 080010 saylı kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin, onun güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bildirmişdir ki, o, bankdan kredit götürdükdən sonra 1 il müddətində hər ay borcunu ödəmişdir. Lakin dolların Məzənnəsi qalxdıqdan sonra kreditini ödəyə bilməmişdir. Bakıda “Vasmoy” bazarında peraşqi satmaqla qazanc əldə edərək ailəsinin maddi ehtiyyaclarını çətinliklə qarşılamışdır. Bu müddət ərzində maddi imkanı aşağı olduğu üçün borcunu ödəyə bilməmişdir. Göstərmişdir ki, bir müddət sonra o, qəza keçirmiş və ona aylıq 120 manat müavinat təyin olunmuşdur. Ona aylıq müavinat təyin olunandan sonra hər ay pensiyasının 50 faizini banka ödəmişdir. Sonradan isə kuryer kimi dönərxanaya düzəlmişdir. Lakin onu yük aftomobili vurmuşdur. Qəzadan sonra İİ qrup əlillik verilmişdir. Hal-hazırda heç yerdə işləmir. Himayəsində iki azyaşlı uşağı vardır. Banka olan borcunu qəbul edir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli Rest № 080010 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə, 5808,24 manat kredit verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısındakı 13 dekabr 2019-cu il tarixli Rest № 080010 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş maaliyyə arayışından görünür ki, 13 dekabr 2019-cu il tarixli Rest № 080010 saylı güzəştli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nə xx.xx.2022-ci il tarixə 5798,24 manat əsas, 31,76 manat faiz, borcu olmaqla cəmi 5830 manat məbləğində borcu vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 07 iyun 2022-ci il tarixli pretenziya məktublarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-ə 07 iyun 2022-ci il tarixə 5803,24 manat əsas borc, 31,76 manat faiz borcu olmaqla, cəmi 5835 manat borcunun olduğu bildirilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, 13 dekabr 2019cu il tarixli Rest № 080010 saylı Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5808,24 AZN məbləğində kredit verilmişdir. 13 dekabr 2019-cu il tarixli Rest № 080010 saylı Güzəştli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 13 dekabr 2019-cu zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin, Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli Rest № 080010 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5798,24 manat əsas kredit borcu, 31,76 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5830 manat məbləğində borc və 78,31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 dekabr 2019-cu il tarixli Rest № 080010 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 5798,24 manat əsas kredit borcu, 31,76 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5830 manat məbləğində borc və 78,31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar