Məhkəmə qərarları › İş №e-2(075)-1988/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1988/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1988/2024 13.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********34543 XİAOMİ POCO M4 PRO markalı telefon üçün 657 manat ödənilməmiş hissə, 65 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, AMAZFİT qol saatı üçün ondan 435 manat ödənilməmiş hissə, 43 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, FEN HOFFMANN, SAÇQİRXAN REMİNGTON üçün ondan 132.4 manat ödənilməmiş hissə, 13.6 manat cərimə pulu ümumilikdə, 1346 manat borc, 33.46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ KOD **********34543 XİAOMİ POCO M4 PRO markalı telefon, AMAZFİT qol saatı, FEN HOFFMANN, SAÇQİRXAN REMİNGTON almış və nəticədə 1346 (min yüz əlli dörd ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 729 (yeddi yüz iyirmi doqquz manat) manat (18 ay x 36.5 manat + 72 manat ilkin ödəniş) olan İMEİ KOD **********34543 XİAOMİ POCO M4 PRO markalı telefon üçün ümumilikdə, 722 (yeddi yüz iyirmi iki) manat olmaqla ondan 657 (altı yüz əlli yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 65 (altmış beş) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 495 (dörd yüz doxsan beş manat) manat (18 ay x 25 manat + 45 manat ilkin ödəniş) olan AMAZFİT qol saatı üçün ümumilikdə, 478 (dörd yüz yetmiş səkkiz) manat olmaqla ondan 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 43 (qırx üç) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 154.4 (yüz əlli dörd manat qırx qəpik) manat (18 ay x 7.8 manat + 14 manat ilkin ödəniş) olan FEN HOFFMANN, SAÇQİRXAN REMİNGTON üçün ümumilikdə, 146 (yüz qırx altı) manat olmaqla ondan 132.4 (yüz otuz iki manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 13.6 (on üç manat altmış qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 154 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********34543 XİAOMİ POCO M4 PRO markalı telefonu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, AMAZFİT qol saatını, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, FEN HOFFMANN, SAÇQİRXAN REMİNGTONU cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 657 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 65 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 435 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 43 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 132.4 manat əsas, müqavilənin 2.6cı bəndinə əsasən 13.6 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İMEİ KOD **********34543 XİAOMİ POCO M4 PRO markalı telefon üçün 657 manat əsas, 65 manat cərimə borcu, AMAZFİT qol saatı üçün 435 manat əsas, 43 manat cərimə borcu, FEN HOFFMANN, SAÇQİRXAN REMİNGTON üçün isə 132.4 manat əsas, 13.6 manat cərimə borcu olmaqla cəmi 1346 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 33.46 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********34543 XİAOMİ POCO M4 PRO markalı telefon üçün 657 (altı yüz əlli yeddi) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, AMAZFİT qol saatı üçün ondan 435 (dörd yüz otuz beş) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, FEN HOFFMANN, SAÇQİRXAN REMİNGTON üçün ondan 132.4 (yüz otuz iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 13.6 (on üç manat altmış qəpik) manat cərimə pulu, ümumilikdə 1346 (bir min üç yüz qırx altı) manat borc, 33.46 (otuz üç manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar