Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1997/2022 30.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********55244 Samsung Galaxy A21s markalı telefon üçün 281 (iki yüz səksən bir) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********73220 Xiaomi Poco X3 markalı telefon, Earphones Panasonic üçün 685,6 manat (altı yüz səksən beş manat, 60 qəpik) ödənilməmiş hissə, 68,4 manat (altmış səkkiz manat, 40 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1063 manat borcun, 30,63 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********55244 Samsung Galaxy A21s markalı telefon, İmei kodu **********73220 Xiaomi Poco X3 markalı telefon, Earphones Panasonic almış və nəticədə 1063 (bir min altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 673,2 manat (altı yüz yetmiş üç manat, 20 qəpik) manat (12 ay x 56.1 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********55244 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 309 (üç yüz doqquz) manat olmaqla ondan, 281 (iki yüz səksən bir) manat ödənilməmiş hissə, güzəşt olunaraq 28 (iyirmi səkkiz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 865.6 (səkkiz yüz altmış beş, altmış qəp) manat (12 ay x 68.8 manat + 40 manat ilkin ödəniş) İmei kodu **********73220 Xiaomi Poco X3 markalı telefon, Earphones Panasonic üçün ümumilikdə, 754 (yeddi yüz əlli dörd) manat olmaqla ondan, 685,6 manat (altı yüz səksən beş manat, 60 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 68,4 manat (altmış səkkiz manat, 40 qəpik) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 572.2 manat təşkil edir. dəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********55244 Samsung Galaxy A21s markalı telefon üçün 281 (iki yüz səksən bir) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********73220 Xiaomi Poco X3 markalı telefon, Earphones Panasonic üçün 685,6 manat (altı yüz səksən beş manat, 60 qəpik) ödənilməmiş hissə, 68,4 manat (altmış səkkiz manat, 40 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1063 manat borc, 30,63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********55244 Samsung Galaxy A21s markalı telefon üçün 281 (iki yüz səksən bir) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********73220 Xiaomi Poco X3 markalı telefon, Earphones Panasonic üçün 685,6 manat (altı yüz səksən beş manat, 60 qəpik) ödənilməmiş hissə, 68,4 manat (altmış səkkiz manat, 40 qəpik) cərimə borcu olmaqla, ümumilikdə 1063 manat borc, 30,63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-1997/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1997/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver