Məhkəmə qərarları › İş №e-2(075)-1999/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1999/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1999/2024 03.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «ABC Telecom” MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann üçün, 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 52.33 (əlli iki manat otuz üç qəpik) manat cərimə. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87429 Samsung Galaxy A23 markalı telefon üçün, 276.76 (iki yüz yetmiş altı manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 27.24 (iyirmi yeddi manat iyirmi dörd qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88537 Oppo A57S markalı telefon , Haylou qulaqlıq, Borofone qulaqlıq üçün 400.55 (dörd yüz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 40.45 (qırx manat qırx beş qəp) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 1321 (min üç yüz iyirmi bir) manat borc, 33.21 (otuz üç manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023cü il, xx.xx.2022-ci il tarixli müqavilərinə əsasən, Soyuducu Hoffmann, imei kod **********87429 Samsung Galaxy A23 markalı telefon , İmei kod **********88537 Oppo A57S markalı telefon , Haylou qulaqlıq, Borofone qulaqlıaqlmış və nəticədə 1321 (bir min üç yüz iyirmi bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1288.08 (bir min iki yüz səksən səkkiz manat səkkiz qəpik) manat (18 ay x 71.56 manat + 0 manat ilkin ödəniş) Soyuducu Hoffmann üçün ümumilikdə 576 (beş yüz yetmiş altı) manat olmaqla ondan, 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.33 (əlli iki manat otuz üç qəp) manat cərimə. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720.9 (yeddi yüz iyirmi manat doxsan qəp) manat (18 ay x 40.05 manat + 0 manat ilkin ödəniş) İmei kod **********87429 Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə 304 (üç yüz dörd) manat olmaqla ondan, 276.76 (iki yüz yetmiş altı manat yetmiş altı qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.24 (iyirmi yeddi manat iyirmi dörd qəp) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 902.16 (doqquz yüz iki manat on altı qəpik) manat (18 ay x 50.12 manat + 0 manat ilkin ödəniş İmei kod **********88537 Oppo A57S markalı telefon , Haylou qulaqlıq, Borofone qulaqlıq üçün ümumilikdə, 441 (dörd yüz qırx bir) manat olmaqla ondan, 400.55 (dörd yüz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.45 (qırx manat qırx beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1710.16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin ümumilikdə 120.02 (yüz iyirmi manat iki qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimənin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann üçün, 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87429 Samsung Galaxy A23 markalı telefon üçün, 276.76 (iki yüz yetmiş altı manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88537 Oppo A57S markalı telefon , Haylou qulaqlıq, Borofone qulaqlıq üçün 400.55 (dörd yüz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc olmaqla. ümumilikdə 1215.98 (min iki yüz on beş manat doxsan səkkiz qəpik) manat borc, 33.21 (otuz üç manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq «ABC Telecom” MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann üçün, 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87429 Samsung Galaxy A23 markalı telefon üçün, 276.76 (iki yüz yetmiş altı manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88537 Oppo A57S markalı telefon, Haylou qulaqlıq, Borofone qulaqlıq üçün 400.55 (dörd yüz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc olmaqla. ümumilikdə 1215.98 (min iki yüz on beş manat doxsan səkkiz qəpik) manat borc və 33.21 (otuz üç manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «ABC Telecom” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 03 oktyabr 2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 10:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın qismən təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 10:10-da qurtardı. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-1999/2024 03 oktyabr 2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, soyuducu Hoffmann üçün, 523.67 (beş yüz iyirmi üç manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********87429 Samsung Galaxy A23 markalı telefon üçün, 276.76 (iki yüz yetmiş altı manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88537 Oppo A57S markalı telefon, Haylou qulaqlıq, Borofone qulaqlıq üçün 400.55 (dörd yüz manat əlli beş qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə miqdarında borc olmaqla. ümumilikdə 1215.98 (min iki yüz on beş manat doxsan səkkiz qəpik) manat borc və 33.21 (otuz üç manat iyirmi bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq «ABC Telecom” MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar