Məhkəmə qərarları › İş №e-2(075)-20/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-20/2025

24.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-20/2025 24.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızı sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı Həmı̇ dov Amı̇ l Emı̇ n oğlunun, İddiaçıların vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar Həmı̇ dova Hüsnı̇ yə Rəcəb qızının, Həmı̇ dov Amı̇ l Emı̇ n oğlunun cavabdeh Calalzadə Elvı̇ n Elşad oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar Həmı̇ dova Hüsnı̇ yə Rəcəb qızı, Həmı̇ dov Amı̇ l Emı̇ n oğlu cavabdeh Calalzadə Elvı̇ n Elşad oğluna qarşı tələbin adı tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar məhkəməyə ərizə ünvanlayaraq, mübashisəni məhkəmədən kənar həll etdiklərini bildirərək iddiadan imtina etdiklərinni bildirmiş, iddia ərizəsi və sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddiaçların iddiadan imtinalarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında idddiaçı və iddiaçıların vəkili vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Eyni Məcəllənin 261.0.4-cü maddəsinə əsasən hakim, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırlıq mərhələsində iddiadan imtinaya görə icraata xitam verilmə qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçılar ərizələrində iddia ərizəsinin və əlavə edilmiş sənədlərin qaytarılmasını nəzərdə tutumuşdur. Məhkəmə iddiaçıların vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçıların vəsatəti təmin edilsin. İHəmı̇ dova Hüsnı̇ yə Rəcəb qızının, Həmı̇ dov Amı̇ l Emı̇ n oğlunun cavabdeh Calalzadə Elvı̇ n Elşad oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** saylı xx.xx.2023-cü il tarixli 170 manat dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar