Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-204/2024 09.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Turan qəsəbəsində özümə məxsus evdə yaşayır. Həmin evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. 19 may 2019-cu il tarixdə onun istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19 may 2019-cu il tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Sonradan növbəti hesab bildiriş gələrkən mənə məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 216 manat sərfiyyat borc hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müracitə etdikdə ona bildirdilər ki, istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürüldükdən sonra ARDNŞ Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli MSK 29/1710-03011 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyinə görə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli Akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli qərarla G-4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti hesablanmaqla cəmi 2160 m qaz sərfiyyat hesablanmışdır. Həmin qərarda isə qeyd edilmişdir ki, Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli MSK 29/1710-03011 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi qeyd edilmişdir. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğacın götürülməsindən 6 ay sonra yəni 28 dekabr 2019-cu il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 dekabr 2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Belə ki, hər iki aktı yəni Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardakı məlumatları müqayisə edərkən görürük ki, hər iki aktdakı məlumatlar üst-üstə düşmür. Belə ki, istifadəsində olan sayğac 19 may 2019-cu il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilsə də, 28 dekabr 2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “istehlakçıya məxsus yaşayış sahəsində” sayğaca xx.xx.2019-cu il tarixdə baxıldığı qeyd edilmişdir. Onun istifadəsində olan sayğac 19 may 2019-cu il tarixdə götürülmüşdürsə necə ola bilər ki, xx.xx.2019-cu il tarixdə onun yaşayış sahəsində həmin sayğaca baxış keçirilir. Halbu ki, həmin aktda şağıda qeyd edilmişdir ki, ARDNŞ Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli MSK 29/1710-03011 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Dəymiş ziyanın bərpasına dair tələbnamədə isə sayğacın xx.xx.2019-cu il tarixli MSK 29/171003011 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi qeyd edilmişdir. Görünür ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli Aktdakı məlumatlarla Dəymiş ziyanın bərpasına dair tələbnamədəki məlumatlar da üstüstə düşmür. Belə ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli Aktda ARDNŞ Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli MSK 29/171003011 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşildiyi qeyd edilsə də, Dəymiş ziyanın bərpasına dair tələbnamədə isə xx.xx.2019-cu il tarixli MSK 29/1710-03011 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilməsi qeyd edilmişdir. Lakin o, həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə onun həmin aktın mövcudluğundan xəbəri olmayıb və növbəti hesab bildirişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, belə akt mövcuddur. Bundan əlavə qaz sayğacı 5 ay sonra Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasına yoxlamasına göndərilmişdir. Bu müddət ərzində yəni sayğacın çıxarılmasından yəni 19 may 2019-cu il tarixdən ona baxış keçirilmiş 22 oktyabr 2019-cu il tarixədək 5 ay ərzində qaz sayğacının hansı şəraitdə saxlanılması və müdaxilə edilib edilməməsi isə məlum deyil. İstifadəsində olan sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. O, hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Sayğac mülkiyyətində olan ərazidə yox onun istifadə belə etmədiyi küçədə və yüksəkdə quraşdırılmışdır və onun sayğaca müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Hesab edir ki, mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarda hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Mübahisələndirdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Həmin akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalandığı üçün onun hər hansı təqsirli hərəkətini təsdiq edən şübhədənkənar sübut hesab edilə bilməz, onun tərəfindən həqiqətən də sayğaca müdaxilə edilməsinə dair sübutlar mübahisəli aktda göstərilməmişdir, eyni zamanda cavabdehlərin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı aktda heç bir qanun normasına istinad edilməmişdir. Yuxarıda sadalananlardan da bəlli olur ki, onun tərəfindən istifadəsində olan sayğaca müdaxilə edilməmiş, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da onun hüquqları pozulmuş, cavabdeh tərəfindən ona heç bir real əsas olmadan əlavə sərfiyyat hesablanmışdır. Mübahisələndirdiyi akt onun iştirakı olmadan, formal tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müəllim işləyib. Sayğacı söküb aparanda onun məlumatı olub. Ona deyiblər ki, müdaxilə olunub. Ən azından müəllim olduğundan ona bu cür əməllər etmək yaraşmaz. 3-5 ay sonra yeni sayğac quraşdırıblar. Qazını kəsməyiblər deyə o, məhkəməyə müraciət etməyib. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X4 13 noyabr 2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 170.70 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Göstərmişdir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2019-cu il tarixli 29/1710-03011-1 saylı aktında göstərilmişdir ki, sayğacın alt hissəsi deşici alətlə deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 4 m3 orta günlük iş rejimi 6 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqaisə etdiyimiz təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Bildirmişdir ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Beləliklə, iddiaçı tərəf iddiaçı iddia müddətinin buraxıldığı və müddətin üzürsüz səbəbdən buraxılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının silinməsini xahiş edilən məbləğ iddiaçının abonent hesabına xx.xx.2019-cu il tarixli 02202000 saylı akt əsasında işlənmişdir. Ona görə də iddiaçı tərəfindən qaldırılmış iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 373.2-ci maddəsinin təsiri altına düşür. Belə olduğu halda hazırkı iş üzrə 3 (üç) il müddəti ötürülmüşdür. Odur ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İBnin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi üzrə hazırlıq iclasının baxışa təyin olunmasını və baxış iclasında iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı və buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə fiziki şəxs olan İddiaçı ilə istehlakçı arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli müqavilədən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanaraq İddiaçı məxsus fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 19 iyun 2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elester” tipli G-4 markalı ******* nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elester” G-4 markalı **********9 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2019-cu il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-03011 saylı aktına əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 28 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu Turan qəsəbəsində yerləşən evində qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 2160 m3 müəyyən edilərək onun dəyəri olan 216 manat məbləğdə ziyan (2160 m3 x 0.10 man = 216 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 19 iyun 2019-cu il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki rayonu Turan qəsəbəsində yaşadığı evdə quraşdırılmış “Elestr” tipli G-4 markalı ******* nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elester” G-4 markalı **********9 saylı sayğac quraşdırılmışdır. Bundan başqa hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X2 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Cavabdeh İBnin Zaqatala X3 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, sayğac çıxarılan zaman müdaxilə X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 28 dekabr 2019-cu il tarixli, ******* nömrəli akt əsasında G-4 markalı, ******* nömrəli sayğac üzrə hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Eyni zamanda Cavabdeh İB-nin nümayəndəsi 13 noyabr 2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlayaraq İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinə üç illik iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, itirilmiş enerjinin bərpası üçün müəyyən olunan məbləğin faktiki olaraq cərimə kimi qiymətləndirilməlidir. İddiaçıya hesablanan məbləğin faktiki olaraq cərimə kimi qəbul edilməsi nəzərə alınaraq, həmin məbləğin silinməsinə dair üç illik iddia müddəti də tətbiq olunmamalıdır. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddiaçıya yazılan məbləğin müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də ona on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı onun barəsində tərtib edilmiş aktdan və ona hesablanmış cərimə məbləğindən 28 dekabr 2019-cu il tarixdə məlumatlı olmuş osa idi belə iddia müddətini ötürməmişdir. Buna görə də məhkəmə iddiaya iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə Cavabdeh İB-nin nümayəndələrinin etirazını əsaslı hesab etmir. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 28 dekabr 2019-cu il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 28 dekabr 2019-cu il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 216 manat İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 36 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-204/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-204/2024
09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver