Məhkəmə qərarları › İş №e-2(075)-207/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-207/2024

14.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-207/2024 14.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və cavabdeh olmaqla, digər cavabdeh Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Hacı-Ağayeva İlhamə Şirəli qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 sayı Şəki Ərazi İdarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəslik hüququnun tanınması, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Hacı-X16 miras qalmış ünvan 2nun xx.xx.2012ci il tarixli 2v-2/1456 saylı və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası Hacı-X16 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evin, ünvan 4ndə yerləşən 43 saylı mağazanın, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binasına vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması üçün müəyyən edilmiş müddətin ötürməsinin üzürlü hesab olunaraq vərəsəlik hüququnun tanınması, Hacı-X16 miras qalmış əmlakların ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissəsi miras payın müəyyən edilməsi, ünvan 4ndə yerləşən 43 saylı mağazaya münasibətdə ona ½ hissəsinin, Cavabdeh3 ½ hissəsinin miras payın müəyyən edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binasına tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin dəyişdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Hacı-X16 miras qalmış ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 saylı və ünvan 2nun xx.xx.2012ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun xx.xx.2010-ci il tarixdə vəfat etmiş anası Hacı-X16 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəs 64 saylı evin, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binasına vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, Hacı-X16 miras qalmış əmlakların ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə miras payın müəyyən edilməsi, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə ona ½ hissəsinin, Cavabdeh3 ½ hissəsinin miras payın müəyyən edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və payların dövlət reyestrindı qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-ci il tarixdə vəfat etmiş anası Hacı-X16 ünvan 4ndə yerləşən 43 saylı mağaza, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binası, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şəki şəhəri Ərazi İdarəsinin xx.xx.2012 tarixli 1322 nömrəi arayışına və çıxarışına əsasən 0,06 ha torpaq sahəsində yerləşən 474,7 kv.m. ümumi sahəsi, 157,7 kv.m yaşayış sahəsi, 317 kv.m. yardımçı sahəsi, 8 yaşayış otağından ibarət ünvan 1 evdən Cavabdeh1 1/5 hissədə, Cavabdeh2 4/5 hissədə bərabər irs almışdılar. Hacı-X16 miras qalmış ünvan 4ndə yerləşən 43 saylı mağaza ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Hacı-X16 miras qalmış Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binası xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda adınadır. Anası X51 qızı xx.xx.2000-ci il tarixli 2v-/31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri, Şəhriyar küçəsi ev 64 nömrəli evini ona vəsiyyət etmişdir. Buna baxmayaraq onun ailə üzvləri xx.xx.2012-ci il tarixdə açılmış vərəsəlik işində ünvan 2na təhrif olunmuş məlumatlar verərək xx.xx.2010-cu il tarixdə vəfat etmiş anasının vərəsələri kimi Cavabdeh3, X17, Hacı-X46, Cavabdeh2 göstərmişlər. Onun adını notariat kontoruna verməmişlər və onun vərəsə olmağını vərəsəlik dairəsindən gizlətmişlər. ünvan 2 cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verdikdə vəsiyyətnaməni nəzərə almamış və miras paylarını düzgün müəyyən etməmişdir. Həmin hal ünvan 4ndə yerləşən 43 saylı mağazanın ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v- 1/159 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh3 adına rəsmiləşdirdikdə də baş vermişdir. O 2023-cü ilin avqust ayında bilmişdir ki, anası ona vəsiyyətnamə vermişdir. Bundan sonra aidiyyatı üzrə sorğular vermiş və ona Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisindən anası X51 qızı xx.xx.2000-ci il tarixli 2v-/31 reyestr nömrəli vəsiyyətnamənin ləğv olunmadığını və qüvvədə olduğu bildirilmişdir. Bundan sonra o Şəki Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərək mərhum anası Hacı-X27 həm vəsiyyətnamə həm də qanun üzrə vərəsə kimi qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3821 nömrəli cavab məktubu ilə vərəsə şəhadətnaməsi verilərkən vərəsə olaraq onun nəzərə alınmadığını və bu səbəbdən hazırda mənə şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirərək, 2012-ci il tarixdə verilmiş şəhadətnamənin ləğv olunması və mərhum X3 vərəsəsi kimi tanınmağı üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. ünvan 2nun xx.xx.2012ci il tarixli 2v-2/1456 saylı notariat işində vərəsələr Cavabdeh3, X35, X59 qızı miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi 64 saylı evdən onlara düşən payı qəbul etməmişdilər. Bununla belə nəyə görəsə həmin 3 pay Cavabdeh2 xeyrinə verilmişdir. Cavabdehlər nəinki onun yeri barədə məlumat verməmiş, ümumiyyətlə özlərini tam paylı vərəsə kimi elan edərək miras paylarını mənimsəmişlər. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh3 tərəfindən göndərilmiş 15 dekabr 2023-cü il tarixli etiraz ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində əsaslanaraq qeyd edir ki, X41 qızı 02 iyun 2000-ci il tarixdə 2v-/31 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Hacı-X36 məxsus əmlakı, o cümlədən Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evi ona vəsiyyət etmişdir. X51 qızı, X52 oğlu və onun arasında 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə" müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məzmununa əsasən Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdə yaşayan X51 qızı, X52 oğlu və Cavabdeh3 öz aralarında ev bəxşiş etmə müqaviləsini tərtib etmişlər. Müqaviləyə əsasən Hacı-X10 İnvertar bürosunun 09 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinə əsasən Şəki şəhəri, Şəhriyar küçəsindəki 764,92 kv.m. torpaq sahəsində yerləşən divarları çay daşı, üstü şifer, ümumi sahəsi 336,1 kv.m. əsas, yaşayış sahəsi 242-95 kv. m. köməkci sahəsi 123,5 kv. m, 10 otaqlı 64 saylı mülkün 2/3 hissəsini və X5 İnvertar Bürosunun 09 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinə əsasən qeyd olunan ünvanda yerləşən 64 saylı, mənzilin 1/3 hissəsini həmin ünvanda yaşayan Cavabdeh3 bağışlamışlar. Cavabdeh3 göstərilən bəxşişi qəbul etmişdir. İddiaçının iddia etdiyi X51 qızı tərəfindən güya ona miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən faktiki olaraq qüvvədə olan bəxşiş etmə müqaviləsinə əsasən onun xeyrinə imtina etmişdir. Belə olduğu halda mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı həmin mirasa dair heç bir iddia edə bilməz. İddiaçı güya onun adına açılmış olduğu mirasın qəbuluna dair hal-hazırda iddia qaldıraraq vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının tanınması üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab olunaraq vərəsəlik hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd etmişdir ki, ona miras payı 02 iyun 2000-ci ildə açılmışdır. Bu o deməkdir ki, iddiaçı 23 il sonra miras payını qəbul etmək niyyətindədir. Qanunvericilik ümumi iddia müddətini 10 il müəyyən etdiyindən hazırki iddia bununla da bir daha tam qanunsuz və əsassız olduğunu bir daha sübut edir. Bundan əlavə mirasın qəbulu ilə bağlı müddətinin üzürlü olaraq ötürülməsi üçün heç əsaslı dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia etdiyi Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən faktiki istifadə etməmiş, həmin evə faktiki sahiblik və istifadə hüququ belə yaranmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi Şəki şəhəri, Rəsulzadə küçəsində 43 saylı mağaza və qeyri-yaşayış sahəsi ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən, 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə" müqaviləsinin nəzərə alınmasını və mülki məcəllənin 372-ci maddəsinə əsasən iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək göstərdi ki, mərhum X51 qızı xx.xx.2010-ci il tarixdə vəfat etmişdir. X51 qızı, X52 oğlu və onun arasında 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə" müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Hacı-X10 şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı mülkün 2/3 hissəsini və X49 həmin ünvanda yerləşən 64 saylı, mənzilin 1/3 hissəsini ona bağışlamışlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza onun adına olmuşdur. Həmin mağazanı iddiaçının qayını işlətmişdir. Hacı-X27 adına Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası isə mövcud olmamışdır. Bundan başqa iddiaçı 23 il sonra mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmişdir. Qanunvericlik ümumi iddia müddətini 10 il müəyyən etdiyindən hazırki iddia bununla da bir daha tam qanunsuz və əsassız olduğunu bir daha sübut edir. Odur ki, bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh olmaqla, digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 izahat verərək göstərdi ki, mərhum anası X51 qızı xx.xx.2010-ci il tarixdə vəfat etmişdir. Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı ev qardaşı Cavabdeh2 adınadır. İddiaçının təqdim etdiyi 02 iyul 2000-ci il tarixli vəsiyyətnamədən xəbərləri yoxdur, həmçinin həmin vəsiyyətnamə notarial qaydada tesdiq edilməmişdir. 30 ilə yaxın müddətdir ki, iddiaçı ilə heç bir münasibətləri olmamış, buna görə də belə bir vəsiyyətnamənin bağlanması mümkünsüzdür. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X80 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2, Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 sayı Şəki Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. X90 “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi 05 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğunu nəzərə alaraq, 14 may 2024cü il tarixdə, 15:00-a təyin edilmiş 2 (075)-207/2024 saylı mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılamsını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X51 qızı 02 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Cavabdeh3 ilə X18 ilə aralarında bğlanmış 30 aprel 1982-ci il tarixli müqavilənamədən görünür ki, Hacı-X11 şəhərində, 137-ci kvartalında yerləşən 600 kv.m ölçüdəki torpaq sahəsində yerləşən 60 kv.m-dən ibarət üç yaşayış otağından ibarət olan yarımçıq binanı X14 1235 manata satmışdır. Şəki şəhər İcra Hakimiyyəti Başçısının 07 dekabr 1994-cü il tarixli 1/620 nömrəli sərəncamından çıxarışdan görünü ki, “Ramil” kiçik müəssisəsinin 10 sentyabr 1994-cü il tarixli, 15 nömrəli məktubunu nəzərə alaraq müəssisəyə Şəki şəhər, İcra Hakimiyyəti Başçısının 26 aprel 1994-cü il tarixli 1,/241 nömrəli sərəncamı ilə ayrılmış 0.50 ha torpaq sahəsində 80 kv.m sahəsi olan inzibati idarə 225 kv.m sahəsi olan kafe, 72 kv.m sahəsi olan anbar və 60 kv.m sahəsi olan tikiş sexi binalarının tikintisinə icazə verilmişdir. Hacı-X27 notarial qaydada təsdiq edilmiş 06 iyun 2000-ci il tarixli vəsiyyətnaməsindən görünür ki, o, ölər gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən ünvan 3, 64 nömrəli evini oğlu Hacı-X1 verilməsinin vəsiyyət etmişdir. X51 qızı, X52 oğlu və Cavabdeh3 arasında bağlanmış 22 avqust 2000-ci il tarixli "Bəxşiş etmə" müqaviləsindən görünür ki, Hacı-X10 İnvertar bürosunun 09 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinə əsasən Şəki şəhəri, Şəhriyar küçəsindəki 764,92 kv.m. torpaq sahəsində yerləşən divarları çay daşı, üstü şifer, ümumi sahəsi 336,1 kv.m. əsas, yaşayış sahəsi 242,9 kv. m. köməkci sahəsi 123,5 kv. m, 10 otaqlı 64 saylı mülkün 2/3 hissəsini və X5 İnvertar Bürosunun 09 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinə əsasən qeyd olunan ünvanda yerləşən 64 saylı, mənzilin 1/3 hissəsini həmin ünvanda yaşayan Cavabdeh3 bağışlamışlar. Cavabdeh3 göstərilən bəxşişi qəbul etmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Əşirlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 326 nömrəli arayışdan görünür ki, Cavabdeh3 “Əşirlər” məhəlləsi, Şəhriyar küçəsi, 64 saylı evdə qeydiyyatdadır. 04 may 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 64 nömrəli fərdi yaşayış evi Hacı-X28 adına qeydiyyata alınmışdır. 04 may 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası Hacı-X27 adına qeydiyyata alınmışdır. Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın Özgəninkiləşdirilməsi Departamenti dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 04 sentyabr 2001-ci il tarixli, 000212 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Hacı-X10 şəhəri, S.Rəhman küçəsində yerləşən TXMOFƏM-nin 43 saylı mağazasını satın almışdır. 08 oktyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 64 nömrəli fərdi yaşayış evi Hacı-X27 adına qeydiyyata alınmışdır. Cavabdeh3 ilə mərhum Hacı-X27 arasında bağlanmış 17 avqust 2002-ci il tarixli müqavilədən görünür ki, Hacı-X11 şəhər, İnventar bürosunun xx.xx.2002-ci il tarixli arayış və qeydəalma vəsiqəsinə əsasən ona məxsus olan, Şəki şəhəri, Şəhriyar küçəsindəki 764,92 kv.m. torpaq sahəsində yerləşən divarları çay daşı, üstü kirəmitli, ümumi yaşayış sahəsi 336,1 kv.m. əsas, yaşayış sahəsi 242,9 kv. m. köməkci sahəsi 123,5 kv. m, 10 otaqlı 64 saylı evini Hacı-X36 bağışlamışdır. Cavabdeh3 Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna təqdim etdiyi 07 may 2012-ci il tarixli ərizəsindən görünür ki, 02 avqust 2010-cu ildə onun Şəki şəhər, Şəhriyar küçəsi, 64 saylı evdə yaşayan anası X51 qızı vəfat etmişdir. Ondan başqa vərəsələri yoxdur. Şəki şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 07 may 2012-ci, 2v- 1/159 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 1 saylı dövlət notariat kontorunun notariusu X29 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 02 avqust 2010-cu il tarixdə vəfat etmiş-Hacı-X27 vərəsələri: Cavabdeh3 olmaqla, miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 716 nömrəli arayışına və şəhadtənaməsinə əsasən 0.0124 ha torpaq sahəsində yerləşən 120.0 kv.m ümumi sahəsi, 1 mərtəbəli ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasından (43 saylı mağaza) ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 may 2012-ci il tarixli, ********** qeyiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Şəhriyar küçəsi, ev 64 ünvanında yerləşən ümumi sahəsi 474.7 kv.m olan fərdi yaşayış evi Hacı-X27 mülkiyyətindədir. Cavabdeh2 Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna təqdim etdiyi 03 avqust 2012-ci il tarixli ərizəsindən görünür ki, 02 avqust 2010-cu ildə onun Şəki şəhər, Şəhriyar küçəsi, 64 saylı evdə yaşayan anası X51 qızı vəfat etmişdir. Ondan başqa Cavabdeh3, X35, X59 qızı və Cavabdeh1 adlı vərəsələri vardır. Cavabdeh Hacı-X37 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdiyi ərizəsindən görünür ki, o, Hacı-X27 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Cavabdeh X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdiyi 02 avqust 2012-ci il tarixli ərizəsindən görünür ki, o, anası Hacı-X27 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Cavabdeh3 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdiyi 03 avqust 2012-ci il tarixli ərizəsindən görünür ki, o, arvadı Hacı-X27 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən ona düşən payı qəbul etməmiş və iddiası yoxdur. Şəki şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən verilmiş 03 avqust 2012-ci, 2v- 2/1456 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər 1 saylı dövlət notariat kontorunun notariusu X29 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 02 avqust 2010-cu il tarixdə vəfat etmiş-Hacı-X27 vərəsələri: Cavabdeh1, Cavabdeh2 olmaqla, miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak-Şəki şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 1322 nömrəli arayışına və çıxarışına əsasən 0.06 ha torpaq sahəsində yerləşən 474.7 kv.m ümumi sahəsi, 157.7 kv.m yaşayış sahəsi, 317 kv.m yardımçı sahəsi, 8 yaşayış otağından ibarət Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 avqust 2012-ci il tarixli, ********** qeyiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Şəhriyar küçəsi, ev 64 ünvanında yerləşən ümumi sahəsi 474.7 kv.m olan fərdi yaşayış evinin 4/5 hissəsi Cavabdeh2 və 1/5 hissəsi Cavabdeh1 paylı mülkiyyətlərindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53-06301 reyestr nömrəli, 17 sentyabr 2014-cü il tarixli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh3 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X7 ünvanlanmış 30 sentyabr 2023-cü il tarixli, 3821 nömrəli məktubdan görünür ki, mərhum anası Hacı-X27 miras əmlakına dair Şəki rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2012-ci il tarixdə 2V-1456 reyestr nömrəsi ilə digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən vərəsə olaraq o nəzərə aılnmamışdır və bu səbəbdən hazırda ona şəhadətnamənin verilməsi mümkün deyildir. 2012-ci il tarixdə verilmiş şəhadətnamənin ləğv olunması və mərhum Hacı-X27 vərəsəsi kimi tanınması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti “Əşirlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2021-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, X51 qızı 03 avqust 2010-cu il tarixdə vəfat etmiş və Cavabdeh3, Cavabdeh1, X38, X59 qızı və X53 oğlu adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin dövlət reyestrindən məlumat verilməsi barədə 22 may 2023-cü il tarixli, 8222 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.1991-ci il tarixdə X39, X2, X24 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır. Şəki şəhəri 1 saylı DNK-nın xx.xx.1991-ci il tarixli, 2K-1/240 saylı bağışlama müqaviləsinə əsasən X13 və X43 fərdi yaşayış evindən özlərinə düşən payı Hacı-X36 bağışlamışlar. xx.xx.1991-ci il tarixdə X39, Hacı-X30 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır. Şəki rayon 1 saylı DNK-nın xx.xx.1992-ci il tarixli, 13K-/942 saylı bağışlama müqaviləsinə əsasən X66 fərdi yaşayış evindən özünə düşən payı X31 bağışlamışdır. xx.xx.1992-ci il tarixdə X20, Hacı-X30 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır. Şəki şəhəri 1 sayl DNK-nın xx.xx.1995-ci il tarixli, 3M-1/130 saylı ev dəyişmə müqaviləsinə əsasən X50 fərdi yaşayış evindən özünə düşən payı X40 ilə dəyişdirmişdir. xx.xx.1995-ci il tarixdə X21, Hacı-X27 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır, Şəki 2 saylı DNK-nın xx.xx.1995-ci il tarixli, 3M- 1/137 saylı bağışlama müqaviləsinə əsasən X40 fərdi yaşayış evindən özünə düşən payı Hacı-Ağayev Rüstəm Şírəli oğluna bağışlamışdır. xx.xx.1995-ci il tarixdə X4, Hacı-X27 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır. Şəki 3 saylı DNK-nın xx.xx.2000-ci il tarixli, 3M-78 saylı bağışlama müqaviləsinə əsasən X51 qızı və X22 fərdi yaşayış evindən özlərinə düşən payı X8 bağışlamışdır. xx.xx.2000-ci il tarixdə Cavabdeh3 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır. Şəki 3 saylı DNK-nın xx.xx.2001-ci il tarixli, 3M-59 saylı bağışlama müqaviləsinə əsasən Cavabdeh3 fərdi yaşayış evini X9 bağışlamışdır. xx.xx.2001-ci il tarixdə X4 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır. Şəki 3 saylı DNK-nın xx.xx.2002-ci il tarixli, 4Ə-122 saylı bağışlama müqaviləsinə əsasən Hacı-X28 verdiyi etibarnamə əsasında Cavabdeh3 fərdi yaşayış evini Hacı-X36 bağışlamışdır. xx.xx.2002-ci il tarixdə Hacı-X27 adına 407/60 saylı qeydiyyat vəsiqəsi qeydiyyata alınmışdır. Qeydiyyat vəsiqəsi itdiyi üçün Şəki şəhər Polis şöbəsinin məktubuna əsasən Hacı-X27 adına xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********15-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış qeydiyyata alınmışdır. Şəki 1 saylı DNK-nın xx.xx.2012-ci il tarixii, 2V-2/1456 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə vəfat etmiş Hacı-X27 vərəsələri Cavabdeh1 və Hacı- X64 təyin olunmuşdur. xx.xx.2012-ci il tarixdə Cavabdeh1 (1/5 hissə) və Cavabdeh2 (4/5 hissə) adlarına ********** qeydiyyat nömrəli, **********15- 10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış qeydiyyata alınmışdır. Hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 (1/5 hissə) və Cavabdeh2 (4/5 hissə) mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 07 sentyabr 2023-cü il tarixli, 3493 nömrəli məktubundan görünür ki, X51 qızı tərəfindən X7 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ləğv edilməyib, qüvvədədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumat təqdim edilməsi barədə 08 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Hacı-X27 adına Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qeyriyaşayış binası xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda adındadır. Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın dair Hacı-X27 adına xx.xx.2001-ci il tarixli şəhadətnamə verilmişdir. Şəki 1 saylı DNK-nın xx.xx.2012-ci il tarixli 2V-1/159 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş. Hacı-X36 məxsus olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Şəki 1 saylı DNK-nın xx.xx.2012-ci il tarixli 2v-2/1456 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və Cavabdeh2 adlarına özgəninkiləşdirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən mənasından görünür ki, ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı anası X51 qızı 02 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Hacı-X16 Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev, ünvan 4ndə yerləşən 43 saylı mağaza, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası miras qalmışdır. İddiaçı Hacı-X27 notarial qaydada təsdiq edilmiş 06 iyun 2000-ci il tarixli vəsiyyətnaməni əsas gətirərək, “vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini, vərəslik hüququnun tanınmasını, miras əmlaklardan vərəsələrin miras payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarında olan 22 avqust 2000-ci il tarixli "Bəxşiş etmə" müqaviləsindən görünür ki, iddiaçı X5 şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı mənzildən ona düşən payı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmiş, eyni zamanada öz payına münasibətdə atası Cavabdeh3 bağışlamışdır. Cavabdeh3, X59 qızı və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən görünür ki, onlar Hacı-X27 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etməmişlər. Cavabdehlər Cavabdeh2 və Hacı-X6 şəhər 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Hacı-X16 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı mənzildən rəsmi olaraq qəbul etmişlər. Bu barədə cavabdehin Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən onların adına 03 avqust 2012-ci, 2v-2/1456 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şəki şəhəri, Şəhriyar küçəsi, ev 64 ünvanında yerləşən fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Buna görə də İddiaçı iddiası ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Hacı-X16 miras qalmış ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissəsi miras payın müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa iddiaçı Cavabdeh3 özünü tək vərəsə kimi göstərərək Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə ona ½ hissəsinin, Cavabdeh3 ½ hissəsinin miras payın müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh Hacı-X11 şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazadan ibarət olan mirasın qəbul edilməsi üçün 07 may 2012-ci il tarixdə Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Cavabdeh3 ərizəsində digər vərəsələrin olması barədə məlumat verməmişdir. Lakin iş materiallarında, tərəflərin izahatlarından İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras qoyan Hacı-X27 vərəsələri olması mübahisəsizdir. Notarius tərəfindən isə Cavabdeh3 başqa digər vərəsələrin mövcudluğu tam şəkildə araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməli, həmin miras əmlakdan iddiaçının və cavabdehlərin payları müəyyən edilməlidir. Bundan başqa iddiaçı anası Hacı-X16 miras qalmış Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, X51 qızı 02 avqust 2010-cu il tarixdə ölmüşdür və onun öldüyü məqamda malik olduğu Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası onun miras əmlakı hesab olunur. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan X51 qızı öldükdən sonra onun birinci növbə vərəsələri olan əri və uşaqları– İddiaçı, Cavabdeh1, Cavabdeh2, Hacı-X12-X16 miras qalmış Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə bərabər paylarla, yəni hər biri həmin əmlaka münasibətdə 1/4 hissədə mirası qəbul etmiş sayılırlar. Odur ki, məhkəmə hesab edir ki, miras əmlakda payın müəyyən edilməsinə dair hissədə iddia qismən təmin olunmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 2nun xx.xx.2012-ci il tarixli, 2v-1/159 nömrəli qanu üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh3, ¼ hissədə Cavabdeh1 və ¼ hissədə Cavabdeh2 payları müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2nun xx.xx.2012-ci il tarixli, 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilsin. Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə ¼ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh3, ¼ hissədə Cavabdeh1 və ¼ hissədə Cavabdeh2 payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar