Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2071/2024 11.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64918 SAMSUNG GALAXY A 24 markalı telefon üçün 545.83 manat ödənilməmiş hissə, 54.17 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG üçün ondan 285.3 manat ödənilməmiş hissə, 28.7 manat cərimə pulu, ümumilikdə 914 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ kodu **********64918 SAMSUNG GALAXY A 24 markalı telefon və PALTARYUYAN SAMSUNG almış və nəticədə 914 (doqquz yüz on dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 846.36 (səkkiz yüz qırx altı manat otuz altı qəpik) manat (18 ay x 47.02 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********64918 SAMSUNG GALAXY A 24 markalı telefon üçün ümumilikdə, 600 (altı yüz) manat olmaqla ondan 545.83 (beş yüz qırx beş manat səksən üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 54.17 (əlli dörd manat on yeddi qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1390.99 (min üç yüz doxsan manat doxsan doqquz qəpik) manat (18 ay x 71.72 manat + 100.03 manat ilkin ödəniş) olan PALTARYUYAN SAMSUNG qulaqlıq üçün ümumilikdə, 314 (üç yüz on dörd manat) manat olmaqla ondan 285.3 (iki yüz səksən beş manat üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 28.7 (iyirmi səkkiz manat yetmiş qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1406.22 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64918 SAMSUNG GALAXY A 24 markalı markalı telefonu və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG qulaqlığı cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 545.83 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 54.17 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 285.3 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 28.7 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İMEİ kodu **********64918 SAMSUNG GALAXY A 24 markalı markalı telefon üçün 545.83 manat əsas, 54.17 manat cərimə borcu, PALTARYUYAN SAMSUNG QULAQLİQ üçün isə 285.3 manat əsas, 28.7 manat cərimə borcu Cavabdeh oğlundan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********64918 SAMSUNG GALAXY A 24 markalı markalı telefon üçün 545.83 (beş yüz qırx beş manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 54.17 (əlli dörd manat on yeddi qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN SAMSUNG qulaqlıq üçün ondan 285.3 (iki yüz səksən beş manat otuz qəpik) manat ödənilməmiş hissə cərimə pulu, ümumilikdə 914 (doqquz yüz on dörd manat) borc və 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2071/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2071/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver