Məhkəmə qərarları › İş №e-2(075)-2097/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2097/2023

05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2097/2023 05.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nun onun, yəni xx xxxxxx 1958-ci ildə Şəki rayonu Aşağı Göynük kəndinə anadan olmuş Ərizəçi atası olması faktı, bacısı 07 iyul 1954-ci il təvəllüdlü X7 28 noyabr 1973-cü il tarixində ölməsi faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvülərinə Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli 08 nömrəli qərarı ilə 3,88 hektar pay torpaq sahəsi verilmişdir. X3 xəstəliyi ilə bağlı olaraq onun himayəsində olduğu üçün o da təsərrüfatda onun ailə üzvü kimi gedirdi. X33 xx.xx.1999-cu ildə rəhmətə getmişdir. Onun adı bu gün “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktında olduğu üçün vərəsəlik açılmalı və ondan sonra adlarınaa reyestdən çıxarış almalıdırlar. Vərəsəlik açılması üçün müraciət edərkən bir sıra problemlər aşkarlanmışdır. Belə ki, məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının adı yazılmamışdır. Eyni zamanda vərəsələr siyahısında olan bacısı X7 ölümü barədə qeydiyyat mövcud deyil. Yuxarıda qeyd etdiyi problemlərin həll edilməsi üçün Şəki rayon qeydiyyat şöbəsinə müraciət etsə də, ona 29 avqust 2023-cü il tarixli məktubla imtina vermiş və məhkəməyə müraciət etməyini tövsiyə etmişdirlər. İmtina səbəbi kimi, atası X5 19 dekabr 1958-ci ildə rəhmətə getməsini və öldüyü günə kimi X2 ilə nikahda olmamasını göstərmişdir. İş materiallarına əlavə etdiyi doğum haqqında şəhadətnamədən göründüyü kimi, xx xxxxxx 1958-ci ildə Şəki rayonu Aşağı Göynük kəndinə anadan olmuşdur. X2, atası isə X8 olmuşdur. X2 ilə atası X8 vəfat etdikləri günə kimi faktiki ailə şəklində yaşasalarda nikahları olmamışdır. X31 19 dekabr 1958-ci ildə, anası Minayə Kərimova isə 1978-ci ildə vəfat etmişdir. X27 anası Minayə Kərimovanın rəsmi nikahları olmadığı üçün onların qeyri rəsmi nikahlarından dünyaya gəlmiş uşaqların doğum haqqında şəhadətnaməsində atası qrafası boş saxlanılmışdır. Hal-hazırda onun doğum haqqında şəhadətnamədə atası qrafası boşdur. Bundan başqa bacısı X15 1973-cü il noyabr ayının 28-də avtomobil qəzasında rəhmətə getmişdir. Avto qəza barədə o vaxtın qazetlərində məlumat dərc edilmişdir. Lakin onun ölümünə dair şəhadətnamə alınmamışdır. Kənd qəbirstanlığında qəbri mövcuddur. Hər iki fakt üzrə Şəki Rayon Qeydiyyat şöbəsi məhkəməyə müraciət etməyini tövsiyyə etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X9 izahat verərək qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X25 göstərmişdir ki, Ərizəçi onun xalası qızıdır. Bildirmişdir ki, o, ərizəçinin atasını görməmişdir. Ancaq eşitmişdir ki, onun xalasının həyat yoldaşı Nurməmməd olmuşdur. Nurməmməd kişinin vəfat etməsi tarixi xatırlamır. Ərizəçinin anası Minayə olmuşdur. Göstərmişdir ki, Ziyvər onun xalası Minayənin qızı olmuşdur. Ziyvərin dəqiq doğum tarixini xatırlamır. Təxminən 1954 - 1955-ci illərdə anadan olmuşdur. Ziyvər o, ailə qurmamışdan qabaq vəfat etmişdir. Bildirmişdir ki, xalası sonradan ailə qurmamışdır. Xalasının Dilbər, Ziyvər və Kişvər adında üç övladı olmuşdur. Xalası qızı Kişvər təxminən 1996 - 1997-ci illərdə vəfat etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; 14 avqust 1954-cü il tarixli, ИЖ 188977 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 07 iyul 1954-cü il təvəllüdlü X7 X2dır, ata qrafası isə boş buraxılmışdır. 25 fevral 1956-cı il tarixli, İ-ИE 132046 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 fevral 1952-ci il təvəllüdlü X10 X2dır, ata qrafası isə boş buraxılmışdır. 25 fevral 1976-cı il tarixli, İİİ-ЖГ 438934 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü X11 X2dır, ata qrafası isə boş buraxılmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 3-16-5/8- Q-69-804/2023 saylı arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində həmçinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Akt qeydi kitabları 1970 - 1976-cı illər üzrə yoxlanılmışdır. Şəki rayonu üzrə ölüm haqqında bərpa akt qeydi kitabları 1974-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yoxlanılmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2023-cü il tarixli, 3-16-5/8- Q-15-1927/23 saylı məktubundan görünür ki, Ərizəçi Şəki rayon qeydiyyat şöbəsinə atası X8 olmasının müəyyən edilməsinin qeydə alınmasına köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixdə daxil olan müraciətinə baxılmışdır. Atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, 3-16-5/8- 15-Q-1970/23 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1954-cü il təvəllüdlü X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X7 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN – 0448, KOD 40404018 nömrəli dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarı ilə X14, Ərizəçi, Nümayəndə, X20, X21, X22, X23, X24 və X16 3.88 hs torpaq sahəsi verilmişdir. 24 fevral 2023-cü il tarixli, AZ-İİ 271335 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 03 fevral 1999-cu il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. «Şəki RMX» Publik hüquqi şəxsin 28 oktyabr 2023-cü il tarixli, 397 saylı məktubundan görünür ki, X15 28 noyabr 1973-cü il tarixdə yaşadığı ünvanda vəfat edərkən «Şəki RMX» publik hüquqi şəxsinə müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Odur ki, ölüm aktının verilməsi mümkün olmamışdır. 11 oktyabr 2023-cü il tarixli, 704 saylı arayışdan görünür ki, Ərizəçi ailə üzvləri mərhum atası X8, mərhum X2, mərhum bacısı X15 və mərhum X3 olmuşdur. 11 oktyabr 2023-cü il tarixli, 705 saylı arayışdan görünür ki, Ərizəçi mərhum bacıları X15 və X10 Aşağı Göynük İƏD üzrə nümayəndəliyində nikah qeydiyyatı yoxdur. 14 sentyabr 2023-cü il tarixli, 32 saylı arayışdan görünür ki, Ərizəçi mərhum bacısı X7 qəbri Şəki rayonu Aşağı Göynük kənd bələdiyyəsinin ərazisində olan qəbiristanlıqda yerləşir. X7 məzar daşının fotoşəklindən görünür ki, X15 1954-cü ildə anadan olmuş, 1973-cü ildə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəlləsinin 45.1-ci madəsinin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və uşağın atasının ərizəsi olmadıqda atalıq məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 46.2-ci maddəsinə görə öz aralarında nigahda olmayan valideynlərdən olan uşağın atasının haqqında qeyd məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, Ərizəçi doğum haqqında şəhadətnamədə ata adı qeyd edilməmiş, ana qrafasında isə X2 qeyd edilmişdir. İşdə olan ərizəçinin bacıları Kişvər və Ziyvərə məxsus doğum haqqında şəhadətnamələrdə də ata qrafası boş saxlanılmış, ana qrafaqsında isə X12 qeyd edilmişdir. Lakin ərizəçi bunu həmin vaxtı atası ilə anası arasında rəsmi nikahın olmaması ilə əlaqələndirmişdir. İşdə olan ərizəçinin bacısı X13 məxsus doğum şəhadətnaməsindən görünür ki, onun X2dır. Eyni zamanda X10 ölüm haqqında şəhadətnaməsində atası kimi Nurməmməd qeyd edilmişdir. Bu onu deməyə imkan verir ki, ərizəçi Kişvərlə Dilbər bacıdırlar. Həmçinin işdə olan sənədlər və şahidlərin ifadəsi ilə müəyyən olundu ki, X15 28 noyabr 1973-cü il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək X1nun xx xxxxxx 1958-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndinə anadan olmuş Ərizəçi atası olması faktı və 07 iyul 1954-ci il təvəllüdlü X7 28 noyabr 1973-cü il tarixində ölməsi faktları müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X1 Ərizəçi atası olması hüquqi faktı müəyyən edilsin. 07 iyul 1954-ci il təvəllüdlü X7 28 noyabr 1973-cü il tarixdə vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar