Məhkəmə qərarları › İş №e-2(075)-2106/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2106/2025

05.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2106/2025 05.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, İddiaçı Rəcəblı̇ Məhəmməd Mahı̇ r oğlunun Cavabdeh2nə qarşi “sayğacın cavabdehin hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi, onunla bağlı izahat və etirazlar: İddiaçı Rəcəblı̇ Məhəmməd Mahı̇ r oğlu cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşi sayğacın quraşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçı Rəcəblı̇ Məhəmməd Mahı̇ r oğlu məhkəmədən Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən, abonent kodu 270113 olan “Eksklüziv mağaza” adlı qeyriyaşayış obyektinə cavabdehin hesabına yeni su sayğacının quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı cavabdeh əsl Cavabdeh2 ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində ona məxsus Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən “Eksklüziv mağaza” adlı qeyri-yaşayış obyektinə onun vəsaiti hesabına yeni su xətti çəkilmiş, sayğac quraşdırlmış, kanalizasiya sisteminə qoşulmuş və qeyri-yaşayış obyektinə 270113 nömrəli abonent kodu verilmişdir. Ötən 4 ilə yaxın müddət ərzində obyektə quraşdırılmış su sayğacı istehlakçı olaraq ondan asılı olmayan səbəblərdən 2 dəfə sıradan çıxmışdır. Hər dəfə X12 Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən sayğac açılaraq ona verilmiş və öz vəsaiti hesabına onun tərəfindən Bakı şəhərinə müayinəyə göndərilməsi tələb edilmişdir. Müayinələrin nəticəsində sayğac istismara yararsız hesab olunduğundan, fiziki şəxs olmağına baxmayaraq, yenə də onun vəsaiti hesabına obyektə yeni sayğac quraşdırılmışdır. Hətta yeni sayğacın quraşdırılması üçün müayinə aktı tələb edilmişdir ki, həmin aktı da müvafiq vəsait ödəməklə əldə etmişdir. Hazırda su sayğacı yenə də sıradan çıxmış və “ənənəyə” uyğun olaraq yenə onun vəsaiti hesabına müayinəyə göndərilmişdir. Müayinənin nəticəsinə əsasən sayğacda daxili sızma vardır və istismara yararsızdır. Göründüyü kimi, sayğac, istehlakçı olaraq onun təqsirindən sıradan çıxmamışdır. Müvafiq araşdırmalar apardıqdan sonra ona məlum olmuşdur ki, su sayğacı fiziki şəxs olan istehlakçı olaraq onun hesabına deyil, cavabdehin hesabına quraşdırılmalıdır. İddiaçı, fiziki şəxs olduğundan və fiziki şəxs olan istehlakçıya münasibətdə suölçən cihazların (sayğacın) quraşdırılması STKM-in vəsaiti hesabına həyata keçirilməli olduğundan, eyni zamanda əsassız olsa da, onun vəsaiti hesabına quraşdırılmış su sayğacı onun təqsiri olmadan sıradan çıxdığından mülkiyyətində olan qeyri-yaşayış obyektinə su sayğacının bərpa olunması məhz cavabdeh tərəfindən quraşdırılmalıdır. Hazırkı tələblə onun tərəfindən verilmiş etibarnamə üzrə səlahiyyətlər əsasında qohumu X5 cavabdehə müraciət etmiş və cavabdehin 11 iyul 2025-ci il tarixli cavab məktubu ilə qeyri-əhali qrupuna aid olan istehlakçı olduğundan yeni sayğacın quraşdırılmasından imtina edilmişdir. Lakin Sudan istifadə Qaydalarında istehlakçılar, əhali və ya qeyriəhali qruplarına deyil, fiziki və hüquqi şəxs olan istehlakçı qruplarına bölünmüşdür. Sözügedən qeyri-yaşayış obyekti ona məxsus olsa da, o, hazırkı dövrdə həmin obyektdə hər hansı kommersiya fəaliyyəti ilə məşğul olmur və vergi orqanında qeydiyyatda deyil (yəni adına VÖEN yoxdur). Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh X4 Xidməti” publik hüquqi şəxs X12 Sistemlərinin İstismarı idarəsinin nümayəndəsi X2 bildirdi ki, sözügedən obyektdə sahibkarlıqla bağlı fəaliyyət göstərilir. Bundan da əvvəl də sayğac kommersiya fəaliyyəti ilə bağlı quraşdırılmış, hazırda sonuncu sayğac istismara yararsız olduğundan çıxarılmışdır. Bu iddia tələbi sahibkarlıqla bağlı olduğundan kommersiya məhkəməsinə göndərilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə iddiaçı ərizə ünvanlayaraq, onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********78 nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, 20 yanvar küçəsində 0.0120 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Rəcəblı̇ Məhəmməd Mahı̇ r oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. - Cavabdeh2 tərəfindən iddiaçının etibarnamə ilə nümayəndəsi olan “Tural Ağabəyova” ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, su təchizatı sisteminə suölçən cihazın quraşdırılacağı nəzərdə tutulan Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən əmlak qeyri-yaşayış olan kommersiya obyektidir. Həmin obyektə suölçən cihazın quraşdırılması qeyriəhali qrupuna aid olan istehlakçı kimi sizin hesabınıza keçirilməlidir. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 X6 İdarəsi (NÖCİ) ilə istehlakçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli SF-7010/24 nömrəli müqavilənin əsas predmeti olan 1.1-ci bəndinə əsasən “İcraçı” sifarişçinin sifarişinə əsasən razılaşdırılmış yerdə, texniki şərtə və layihəyə uyğun olaraq, sayğac quraşdırır. Sifarişçi isə sayğacın və göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öz öhdəsinə götürür. Sayğacın və göstərilən xidmətin dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində Tərəflər arasında qiymətlərin razılaşdırılması haqqında protokolda öz əskini tapır. Odur ki, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq Şəki şəhəri, 20 yanvar küçəsində yerləşənobyektin qeyri-yaşayış sahəsi olması və qeyri-əhali qrupuna aid istehlakçı olduğuna görə X12 Sistemlərinin İstismarı İdarəsinin hesabına suölçən cihazın quraşdırılması nəzərdə tutulmur. - Məhkəmənin sorğusuna əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsindən xx.xx.2025-ci ildə daxil olmuş məktubdan görünür ki, qeyd edilmiş ünvana müşahidəbaxış keçirilmişdir. Müşahidə baxış zamanı ünvan 1şən, “Eksklüziv mağaza” adlı obyektin İddiaçı tərəfindən fiziki şəxs X1 (VÖEN: **********) icaryəyə verildiyi, hazırda, “Arena çayxanası” adlı təsərrüfat subyektinin (obyektin) vergi orqanında **********-30001 kodla qeydiyyata alınaraq fəaliyyət göstərdiyi müəyyən edilmişdir. - Smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi haqqında araşdırmanın nəticəsində qeyd olunur ki, “Eksklüziv ərzaq mağazası” adlı kommersiya qrupu istehlakçıya aid sayğac xx.xx.2025-ci il tarixdə quraşdırılmış, xx.xx.2025-ci il tarixə qədər, tez-tez xətaya düşdüyünə, klapan bağlandığına, mexaniki sərfiyyatla elektron sərfiyyat fərqli göstərdiyinə görə sayğac sökülərək laboratoriyaya göndərilməsi üçün abonentə təhvil verilmiş, su xətti birbaşa birləşdirilmişdir. - 270113 nömrəli abonent kodlu qeyri-əhali qrupuna aid “Eksklüziv ərzaq mağazası” adlı istehlakçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə” bağlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 1.3-cü bənd. Bu Qaydaların heç bir müddəası istehlakçının mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz. 1.6-1.7-ci bəndlər. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 6.5-ci bənd. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. 6-cı bənd. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi qadağan olunur. Maddə 14. 1-ci bənd. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı barədə sifariş verilmiş olsun və: a) obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun; b) su təchizatı məişət (təsərrüfat)-içməli məqsədlər üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” xx.xx.2016-cı il tarixli, 6 №-li Qərarı: 1-1ci bənd. Nəzərə alınsın ki, bu qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növüdür. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və hüquqdan sui-istifadə xarakteri daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, Şəki şəhəri, 20 yanvar küçəsində 0.0120 ha iddiaçının mülkiyyətindədir. İddiaçı həmin yer “Eksklüziv ərzaq mağazası” kimi istismar olunduğunu, bu ünvanda sudan istifadəyə görə hesabatın qeyri-əhali kateqoriyası üçün müəyyənləşdirilmiş tariflə aparıldığını və ödənildiyini etiraf edir. Lakin həmin sahə icarə əsasında başqa vergi ödəyicisi tərəfindən çayxana olaraq istifadədə olduğu, özünün isə vergi ödəyicisi olmadığı aşkardır. Buna görə də həmin ünvandakı nasaz vəziyyətdə olan su sayğacının cavabdehin vəsaiti hesabına dəyişdirilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçıya məxsus obyektə dair müqavilənin qeyri-əhali kateqoriyasına aid olan şəxslərlə bağlanmış müqavilə formasında olduğunu, ötən müddət ərzində həmin ünvanda mübahisəsiz olaraq qeyriəhali tarifi ilə hesablama aparıldığını və ödəniş edildiyini, iddiaçının bu məsələyə heç vaxt etiraz etmədiyini bildirərək, sayğacların iddiaçının öz vəsaiti hesabına dəyişdirilməli olduğunu iddia edir. Belə ki, iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan görünür ki, iddiaçının su sayğacının cavabdehin vəsaiti hesabına dəyişdirilməsini tələb etdiyi hər ünvan qeyri-yaşayış sahəsi (çayxana, kafe xidmət sahəsi) kimi istifadə olunur və sudan istifadəyə görə ödəniləcək məbləğ “əhali” kateqoriyası üçün müəyyənləşdirilmiş tarifə əsasən deyil, qeyri-əhali, yəni hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş tarifə əsasən hesablanır. Deməli, bu ünvanda sudan şəxsi məqsədlər üçün deyil, gəlir əldə edilməsi (kommersiya) məqsədilə istifadə olunur. Məhkəmə bildirir ki, iddiaçı özünü hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hesab etməməsini vergi ödəyicisi olmaması ilə əsaslandırsa da, məhkəmə bu halı iddia tələbinin təmin edilməsi üçün tutarlı əsas saymır, üstəlik bu hal məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Çünki qeyri-yaşayış sahəsi kimi istifadədə olması, ötən müddət ərzində ödənişin hesablanma qaydasının “əhali” kateqoriyasından fərqli aparılması iddiaçı tərəfindən mübahisələndirilməyən obyektlərdə sıradan çıxmış su sayğaclarının məhz həmin sahələrin mülkiyyətçisi olan hazırkı iş üzrə iddiaçının VÖEN-in olmaması səbəbindən cavabdehin vəsaiti hesabına dəyişdirilməsi barədə tələbi təmin etmək hüququn ədalət, mütənasiblik və ağlabatanlıq kimi prinsiplərinə uyğun olmayacaq. Bu tələbin təmin edilməsi həm də məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilmiş faktiki halların gözardı edilməsi, mübahisənin formal yanaşma sərgilənərək həll edilməsi ilə nəticələnəcəkdir. İddiaçı qüvvədə olan qanunvericiliyə əsasən özünü fərdi sahibkar saymamaqda haqlı olsa da, bu hal onun mülkiyyətində olan obyektdə sudan istifadənin şəxsi məqsədlər üçün deyil, kommersiya məqsədləri üçün istifadə olunması faktını dəyişdirmir. Deməli, istənilən sayda əmlaka (yaşayış və ya qeyriyaşayış təyinatlı) sahib olub, maddi imkanı kifayət qədər yaxşı olan hər bir şəxs bilərəkdən vergi ödəyicisi kimi qeydiyyata alınmadan həmin əmlakları vergi ödəyicisi olan digər şəxslərin kommersiya məqsədli istifadəsinə verməklə, su istehlakı zamanı yarana biləcək belə xərclərdən kütləvi şəkildə yayına və bu hal kütləvi olduğu təqdirdə isə, cavabdeh tərəfi ağır maddi vəziyyətə sala bilər. Buna görə də hazırkı tələb hüquqdan sui-istifadə sayılmalıdır. İddiaçının ötən müddət ərzində ünvana dair bağlanmış müqavilə formasını (sahibkarlarla bağlanan müqavilə), habelə hesablamada tətbiq edilən ikiqat tarifi mübahisələndirməyib, məhz sayğac dəyişikliyi zamanı – özü xərc çəkməli olduğu zaman vergi ödəyicisi olmaması məsələsini mübahisələndirməsi də hüquqdan sui-istifadə olmaqla yanaşı, iddiaçının ziddiyyətli mövqeyi kimi qiymətləndirilir. Çünki görünür ki, o, əvvəlcədən bu halı qəbul etmiş, mübahisələndirməmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Tələbin təmin edilməməsi isə iddiaçının iddia etdiyi kimi sudan istifadə qaydaları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəaların onun əleyhinə təfsiri deyil, hüquqdan sui-istifadə edilməsinin qarşısının məhkəmə tərəfindən alınması kimi qiymətləndirilməlidir Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına və qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 77, 119, 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Rəcəblı̇ Məhəmməd Mahı̇ r oğlunun Cavabdeh2nə qarşi “sayğacın cavabdehin hesabına quraşdırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar