Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-211/2023 24.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi (həmçinin digər ərizəçilərin nümayəndəsi) X4, X20, X18 və X10 etibarnamə üzrə nümayəndəsi Ərizəçi iştirakı ilə Ərizəçilər Ərizəçi, X1, X11, X7 və X10 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi, X4, X20, X18 və X21 ərizə ilə məhkəməyə müraciət edərək, JN- 279, KOD 40411018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi, X4, X20, X18 və X10 paylarına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı ərizəçi X4, X20, X18 və X10 etibarnamə üzrə nümayəndəsi Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə Şəki rayonu, Cəfərabad kəndində kənd təsərrüfatı təyinatlı 2,50 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-279, KOD 40411018 saylı dövlət aktında Ərizəçi adı “Əliyar” əvəzinə “Əlyar”, X1 adı “Şərqiyyə” əvəzinə “Şərifə”, atasının adı “Əmiraslan” əvəzinə “Məmməd”, X11 ata adı “Əliyar” əvəzinə “Əlyar”, X7 adı “Emil” əvəzinə “Emin” ata adı “Əliyar” əvəzinə “Əlyar”, X10 ata adı “Əliyar” əvəzinə “Əlyar” kimi qeyd edilmişdir. Ərizəçi həmin torpaq sahəsi ilə bağlı müəyyən sənədləşmə işləri aparmaq istəsə də, həmin torpaq sahəsi ilə bağlı verilmiş sənəddə qeyd edillən yanlışlıqlara görə onların tələbindən imtina edilmiş və onlara həmin yanlışlığın düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin sənəddəki belə bir mexaniki yanlışlığın olması paylı mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı əməliyyatların aparılmasını mümkünsüz edir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi adının “Əliyar” əvəzinə “Əlyar”, X1 adı “Şərqiyyə” əvəzinə “Şərifə”, atasının adı “Əmiraslan” əvəzinə “Məmməd”, X11 ata adı “Əliyar” əvəzinə “Əlyar”, X7 adı “Emil” əvəzinə “Emin” ata adı isə “Əliyar” əvəzinə “Əlyar”, X10 ata adı “Əliyar” əvəzinə “Əlyar” kimi səhv qeyd edilməsi texniki yanlışlıqla bağlıdır. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-279, KOD 40411018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Ərizəçi, X4, X20, X18 və X15 cizgidə göstərilən sərhədlər daxilində 2,50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin Dövlət Aktında Ərizəçi adının “Əliyar” əvəzinə səhvən “Əlyar”, X1 adı səhvən “Şərqiyyə” əvəzinə “Şərifə”, atasının adı səhvən “Əmiraslan” əvəzinə “Məmməd”, X11 ata adı səhvən “Əliyar” əvəzinə “Əlyar”, X7 adı səhvən “Emil” əvəzinə “Emin” ata adı isə səhvən “Əliyar” əvəzinə “Əlyar”, X10 ata adı səhvən “Əliyar” əvəzinə “Əlyar” kimi yazılmışdır. İşdə olan Şəki şəhər İHB-nin Aşağı Cəfərabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 21 dekabr 2022-ci il tarixdə verilmiş 750 nömrəli arayışda göstərilmişdir ki, JN-279, KOD 40411018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş X19 ilə Ərizəçi, X8 ilə X4, X16 qızı ilə X20, X22, X18, X26, X21 ilə eyni şəxslərdir. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş və Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı A1729470 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1970-ci il tarixdə Şəki rayonu, Orban kəndində anadan olmuş və Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 16029579 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1990-cı il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş və Oğuz rayonu, Yaqublu kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı AA1751054 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1995-ci il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş və Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 16712424 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1992-ci il tarixdə Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş və Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatdadır. İşdə olan Baş Göynük kənd sovetliyi tərəfindən verilmiş 22 mart 1989-cu il tarixli, V- ЖГ № 274428 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X5 ilə nikaha daxil olmaqla, Şərqiyyə Mahmudova nikaha daxil olduqdan sonra “İsmayılova” soyadını götürmüşdür. İşdə olan Oğuz Rayon İcra Hakimiyyəti başçısının Yaqublu İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 avqust 2013-cü il tarixli, AZ-İ № 858128 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 Rəvan Mehman oğlu ilə nikaha daxil olmuşdur. Günay İsmayılova nikaha daxil olduqdan sonra “Əliyeva” soyadını götürmüşdür. İşdə olan Cəfərabad kənd sovetliyi tərəfindən verilmiş 24 aprel 1966-cı il tarixli, AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxx 1966-cı il tarixdə Şəki rayonu Cəfərabad kəndində doğulmuşdur. İşdə olan Baş Göynük kənd sovetliyi tərəfindən verilmiş 26 yanvar 1970-ci il tarixli, AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 15 yanvar 1970-ci il tarixdə Şəki rayonu Orban kəndində doğulmuşdur. İşdə olan Cəfərabad kənd sovetliyi tərəfindən verilmiş 03 noyabr 1990-cu il tarixli, XV-ЖГ № 441711 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 24 sentyabr 1990-cı il tarixdə Şəki rayonu Cəfərabad kəndində doğulmuşdur. İşdə olan Cəfərabad kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 03 iyul 1995-ci il tarixli, XİX-ЖГ № 343235 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 10 may 1995-ci il tarixdə Şəki rayonu Cəfərabad kəndində doğulmuşdur. İşdə olan Cəfərabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş 10 mart 1992-ci il tarixli, XVİ-ЖГ № 432416 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X21 21 fevral 1992-ci il tarixdə Şəki rayonu Cəfərabad kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin 24 oktyabr 2022-ci il tarixli, **********26 nömrəli imtina məktubundan görünür ki, JN-279, KOD 40411018 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDKR-nın publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-279, KOD 40411018 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi adında, X1 adı və ata adında, X11 ata adında, X7 adı və ata adı, X10 ata adında yanlışlığa yol verildiyi müəyyən edildi. Göründüyü kimi ərizəçilər qeyd edilən dövlət aktındakı yanlışlıqların aradan qaldırılması ilə bağlı ərizələrində göstərdikləri faktları təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilməmişlər. Buna görə də, məhkəmə ərizəçilər Ərizəçi, X4, X20, X18 və X10 ərizələrini əsaslı hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, JN-279, KOD 40411018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının paylarına münasibətdə ərizəçilər Ərizəçi, X4, X20, X18 və X15 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilər Ərizəçi, X1, X11, X7 və X10 özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. JN-279, KOD 40411018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının paylarına münasibətdə Ərizəçi, X2, X17, X13 və X15 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilər Ərizəçi, X1, X11, X7 və X10 özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 318 Tel: (024) 244-70-13, Faks:(024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-211/2023 24 yanvar 2023-cü il Ərizəçilər: Ərizəçi X2 X13 X15 (Şəki rayonu, Cəfərabad kəndi) X17 (Oğuz rayonu, Yaqublu kəndi) Maraqlı şəxs: DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə (Şəki şəhəri, Heydər Əliyev prospekti) Şəki Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2 (075)-211/2023 nömrəli qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №e-2(075)-211/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-211/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver