Məhkəmə qərarları › İş №e-2(075)-2119/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2119/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2119/2023 23.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, cavabdeh X2 qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********07304 Samsung Galaxy A22 markalı telefon, AİWAATX80Q qulaqlıq üçün 361,64 (üç yüz altmış bir manat, altmış dörd qəpik) manat əsas, 36,36 (otuz altı manat, otuz altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWAAT-X80Q qulaqlıq üçün 72 (yetmiş iki) manat əsas, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 477 (dörd yüz yetmiş yeddi) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh X2 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********07304 Samsung Galaxy A22 markalı telefon, 2 ədəd AİWAAT-X80Q qulaqlıq almış və nəticədə 477 (dörd yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 755,64 (yeddi yüz əlli beş manat, altmış dörd qəpik) manat (18 ay x 41,98 manat + 0 manat ilkin ödəniş) İmei kod **********07304 Samsung Galaxy A22 markalı telefon, AİWAAT-X80Q qulaqlıq üçün ümumilikdə 398 (üç yüz doxsan səkkiz) manat olmaqla ondan, 361,64 (üç yüz altmış bir manat, altmış dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 36,36 (otuz altı manat, otuz altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 96 (doxsan altı) manat (12 ay x 8 manat + 0 manat ilkin ödəniş) AİWAAT-X80Q qulaqlıq üçün ümumilikdə, 79 (yetmiş doqquz) manat olmaqla ondan, 72 (yetmiş iki) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7 (yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 418 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********07304 Samsung Galaxy A22 markalı telefon, AİWAATX80Q qulaqlıq üçün 361,64 (üç yüz altmış bir manat, altmış dörd qəpik) manat əsas, 36,36 (otuz altı manat, otuz altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWAAT-X80Q qulaqlıq üçün 72 (yetmiş iki) manat əsas, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 477 (dörd yüz yetmiş yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********07304 Samsung Galaxy A22 markalı telefon, AİWAATX80Q qulaqlıq üçün 361,64 (üç yüz altmış bir manat, altmış dörd qəpik) manat əsas, 36,36 (otuz altı manat, otuz altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWAAT-X80Q qulaqlıq üçün 72 (yetmiş iki) manat əsas, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 477 (dörd yüz yetmiş yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 23 oktyabr 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:00-də başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:10-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-2119/2023 23 oktyabr 2023-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********07304 Samsung Galaxy A22 markalı telefon, AİWAATX80Q qulaqlıq üçün 361,64 (üç yüz altmış bir manat, altmış dörd qəpik) manat əsas, 36,36 (otuz altı manat, otuz altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, AİWAAT-X80Q qulaqlıq üçün 72 (yetmiş iki) manat əsas, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 477 (dörd yüz yetmiş yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar