Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2159/2022 07.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən ona itirilmiş qaz sərfiyyatı kimi yazılmış 854 (səkkiz yüz əlli dörd) manat məbləğində hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ,o, Laçın rayonundan məcburi köçkün düşərək Şəki rayonu, Yeni Çələbixan qəsəbəsi, 245 saylı müvəqqəti məskunlaşmışdır. İstifadəsində olan evdə qazdan istifadə etdiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı, **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı smart tipli olduğundan o qazdan istifadəyə görə olan pulu hər ay vaxtı vaxtında ödəmişdir. İstifadələrində olan sayğac 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda sayğacın tutulub işləmədiyi göstərilsə də bu nə onun, nə də ailə üzvlərinin təqsiri ucbatından baş verməmişdir. Sayğac yenisi ilə əvəz edildikdən sonra da, o ödənişlərini mütəmadi olaraq etmişdir. Belə ki, sayğacın sərfiyyatı 0 göstərdiyi halda sayğacda olan klapan avtomatik bağlanaraq gələn qaz buraxılışını dayandırmış olur. Bu səbəbdən onun ödəniş etmədən həmin sayğac vasitəsi ilə qazdan istifadə etməyi mümkün deyildir. Sayğac dəyişdirildikdən sonra qalan borcunu ödəyərək 71,76 manata endirməyinə baxmayaraq əsassız olaraq Cavabdeh əməkdaşları tərəfindən ona yenidən 300 manat borc hesablanmışdır. 2021-ci il üçün cəmi 521 manat qazdan istifadəyə görə pulun ödənilməsi nəzərdə tutulmuşdur ki, onun da 300 manatı hissəsi ona 1 ay üçün, yəni dekabr ayı üçün yazılmışdır. 11 ay ərzində o 221 manatlıq qazdan istifadə etdiyi halda 1 ay üçün 300 manat göstərilməmişdir. Bununla bağlı idarənin əməkdaşlarına müraciət etsə də, ona heç bir tutarlı səbəb göstərilməmişdir. Yəni bu 300 manat borcun nədən yaranması idarənin əməkdaşları tərəfindən əsaslandırılmamışdır. Yazılmış borcun silinməsi üçün heç bir tədbir görmədiyini və ya məhkəməyə müraciət etmədiyini görən Cavabdeh əməkdaşları mənə yenə 2022-ci ilin fevral ayı üçün şişirdilmiş 151,56 manat borc hesablamışlar. Halbuki bu borc yanvar ayı üçün 28,56 manat hesablanmışdır. Cavabdeh əməkdaşları özlərində olan kəsirləri onun pulları ilə aradan qaldırmaq istəyirlər. Cavabdeh tərəfin bu borcu hansı hesablama əsasında ona hesablaması hələ də qaranlıq qalmışdır. İddia ərizəsinə əlavə etdiyi abonentin saldosundan da göründüyü kimi yaranmış borcun hesablanması ilə onların aylıq sərifiyyatı arasında heç bir əlaqə yoxdur. O aylıq sərfiyyatını hər ay yazıb özündə saxlamışdır. Belə ki, onların ona bir ay üçün yazdıqları borc məbləği onun üç ay üçün qazdan istifadəyə görə ödədiyi pul həcmindədir. Ona görə də cavabdehin əməkdaşları tərəfindən ona əsassız hesablanmış məbləğ silinməlidir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin 07 dekabr 2022-ci il tarixdə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabeh "Azəriqaz” İB-nin nümayəndəsi X1 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında mübahisələndirdiyi 854 manat borc yalnız sayğac göstəricisinə əsasən yaranmış və hər hansı kənarlaşmaya yol verilməmiş, eyni zamanda da akt əsasında da hesablanmamışdır. İddiaçı yaşadığı ünvanda 2021-ci ilin sonunda sayğac dəyişdirildikdən sonra yaranan borcları mübahisələndirməkdədir. İddiaçının ünvanında 2012-ci ilin sonunda 1202AQ**********1 saylı Smart kart tipli sayğac quraşdırılmış, daha sonra həmin smart kart tipli sayğac mənfiyə getdiyi üçün (ödəniş etmədən qazdan istifadə) xx.xx.2020-ci il tarixdə yeni **********9 saylı sayğacla əvəz edilmiş və əvvəlki sayğacın hesabatına əsasən dəyəri ödənilməyən 184 manat borc istehlakçının hesabında qeydiyyata alınmışdır. Daha sonra isə həmin sayğac xx.xx.2021-ci il tarixdə yeni 10354442 saylı sayğacla əvəz edilmişdir. İddiaçı tərəfdə məhz həmin tarixdən sonrakı dövr ərzində qeydə alınan qaz sərfinin dəyərini mübahisələndirir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli, 13 nömrəli Qərarı ilə təsdiq edilmiş Təbii qazın ölkədaxili tarifləri cədvəlində illik istehlak həcminin 1200 m3 dək olan hissəsi üçün təbii qazın tarifi 0.12 manat, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 0.20 manat, illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 0.25 manat müəyyən edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının 2021-ci ilin istehlak etdiyi təbii qazın həcmi 1504 m3 olmuş və həmin qaz sərfi illik istehlak həcminin 1200 - 2500 m³ əhatə etdiyindən 0.20 manatdan hesablanaraq 300.80 manat təşkil etmişdir. 2022-ci ilin yanvar ayından isə yeni limit tətbiq edildiyinən həmin ayın sərfi az olmuş, eyni zamanda istehlakçı qaza qənaət etmişdir. Növbəti aylarda isə mənzildə qaz sərfi çox olmuş və yuxarıda göstərilən tariflər üzrə qazın dəyəri hesablandığından borc artmışdır. Bundan əlavə sözügedən dövr ərzində mənzillərdə texniki baxışların keçirilməsi qaz paylayıcısının səlahiyyətləri xaricində olduğundan istehlakçının hansı cihazlardan istifadə etməsi cavabdeh tərəfindən müəyyən edilə bilməzdir. Beləliklə istehlakçının qaz hesabında qeydə alınmış borc yalnız sayğac göstəricisi ilə müəyyən edilmiş və hazırda da həmin sərfi qeydə alan sayğac vasitəsilə istehlakçı qazdan istifadə edir, sayğacın işlək vəziyyətdə olmaması ilə bağlı hər hansı şikayəti daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən ona itirilmiş qaz sərfiyyatı kimi yazılmış 854 (səkkiz yüzəlli dörd) manat məbləğində hesablanmış borcun silinməsi barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 11 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda istismarda olmuş “Zenner” G4 markalı, **********9 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elestr” G4 markalı, 10354442 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, "Azəriqaz” İB Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində **********02450 saylı qaz hesablı istehlakçı kimi qeydiyyatda olan Şəki şəhər, Yeni Çələbixan qəsəbəində yaşayan İddiaçı mənzilində təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı ünvanda uzun müddət təbii qazdan istifadə etsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Hazırda istehlakçının qaz hesabında 854 manat borc vardır. Mülki iş materiallarını araşdırıb iddiaçının izahatını dinləyib, iddia ərizəsini, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən, istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən ona itirilmiş qaz sərfiyyatı kimi yazılmış 854 (səkkiz yüz əlli dörd) manat məbləğində hesablanmış borcun silinməsini xahiş etsə də, həmin borcun nə səbəbdən silinməli olduğunu sübuta yetirə bilməmişdir. Əksinə cavabdeh etiraz ərizəsində göstərmişdir ki, İddiaçı hesabında qeydə alınmış borc məbləği akt əsasında yox sayğac göstəricisinə əsasən müəyyən edilmiş borc məbləğidir. Yəni iddiaçı Cavabdeh İB tərəfindən ona akt əsasında 854 manat pul hesablanmasını sübuta yetirə bilməmişdir. İddiaçı yaşadığı mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı üzrə hesablanmış borcunu tam şəkildə ödəməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən ona itirilmiş qaz sərfiyyatı kimi yazılmış 854 (səkkiz yüz əlli dörd) manat məbləğində hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X4 İdarəsi tərəfindən ona itirilmiş qaz sərfiyyatı kimi yazılmış 854 (səkkiz yüz əlli dörd) manat məbləğində hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-2159/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2159/2022
07.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver