Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2206/2023 29.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. 28 aprel 2021-ci il tarixdə onun istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 28 aprel 2021-ci il tarixli 036954 nömrəli akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Sonradan növbəti hesab bildiriş gələrkən ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 216 manat sərfiyyat borc hesablanmışdır. O bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müraciət etdikdə ona istifadəsində olan G-4 markalı ******* nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürüldükdən sonra ARDNŞ Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli MSK 29/1710-02251-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyinə və daxili qulaqcıqlarında əzik-cızıq izləri olduğuna görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib edildiyi bildirilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli qərarla G-4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti hesablanmaqla cəmi 2160 m qaz sərfiyyat hesablanmışdır. Həmin qərarda isə qeyd edilmişdir ki, Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK 29/1710-02251-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Əgər sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzik və daxili qulaqcıqlarında əzik-cızıq izləri olsaydı Cavabdeh İBnin nümayəndələri sayğacı yenisi ilə əvəz edən zaman bunu istehlakçıya söylər və bunu ona yerində göstərər və elə həmin vaxt bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 28 aprel 2021-ci il tarixli 036954 nömrəli aktda qeyd edərdilər. Belə ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzik və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olmasını müəyyən etmək üçün heç labaratoriyaya göndərilməsinə ehtiyac yoxdur bu ilk vizual baxışda görünərdi. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğacın götürülməsindən 1 ay sonra yəni 31 may 2021-ci il tarixdə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Belə ki, hər iki aktı yəni Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardakı məlumatları müqayisə edərkən görürük ki, hər iki aktdakı məlumatlar üst-üstə düşmür. Belə ki, istifadəsində olan sayğac 28 aprel 2021-ci il tarixdə dəyişdirilərək yenisi ilə əvəz edilsə də, 31 may 2021-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “istehlakçıya məxsus yaşayış sahəsində” sayğaca xx.xx.2021-ci il tarixdə baxıldığı qeyd edilmişdir. Onun istifadəsində olan saygac 28 aprel 2021-ci il tarixdə götürülmüşdürsə necə ola bilər ki, xx.xx.2021-ci il tarixdə onun yaşayış sahəsində həmin sayğaca baxış keçirilir. Lakin o həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə onun həmin aktın mövcudluğundan xəbəri olmayıb və növbəti hesab bildirişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, belə akt mövcuddur. Qaz sayğacı 1 ay sonra Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasına yoxlamasına göndərilmişdir. Bu müddət ərzində yəni sayğacın çıxarılmasından yəni 28 aprel 2021-ci il tarixdən ona baxış keçirilmiş 31 may 2021-ci il tarixədək 1 ay ərzində qaz sayğacının hansı şəraitdə saxlanılması və müdaxilə edilib edilməməsi isə məlum deyil. İstifadəsində olan sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. Mən hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Sayğac mülkiyyətində olan ərazidə yox onun istifadə belə etmədiyi küçədə və yüksəkdə quraşdırılmışdır və onun ona müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Hesab edir ki, mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarda hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddanın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 207.55 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********4 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2021-ci il tarixli 29/1710-02251-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri vardır. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 6 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2160 m3 (və ya 216 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, xx.xx.2023-ci il saat 10:30-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 216 manat borcun silinməsi tələbi barədə” iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, İddiaçı **********00000 saylı qaz hesabında 2021-ci il tarixdə ödənilməmiş 216 (iki yüz on altı) manat borc vardır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “dəymiş ziyanın bərpasına dair tələbnamə” haqqında 31 may 2021-ci il tarixli 29/1710-02251-1 nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı Şəki şəhəri, M.Hüseynzadə küçəsində yerləşən evində qaz işlədicilərindən G4 markalı ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4m³ günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 2160 m3 müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK 29/1710-02251-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərin olduğu aşkar edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə 31 may 2023-cü il tarixli, MSK-29/1710-02251-1 nömrəli aktdan görünür ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 28 aprel 2021-ci il tarixli 036954 nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli, “G-4” markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzində yeni “Zenner” tipli, “G-4” markalı, **********4 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 02 iyul 2013-cü il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərin olması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərin olması” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərin olması” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 31 may 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 31 may 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 (iki yüz on altı) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. 31 may 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 216 (iki yüz on altı) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2206/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2206/2023
29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver