Məhkəmə qərarları › İş №e-2(075)-2207/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2207/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2207/2023 06.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********22186 SAMSUNG GALAXY A53 markalı telefon üçün, 1164.96 (bir min yüz altmış dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 116.04 (bir yüz on altı manat dörd qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********94613 SAMSUNG GALAXY A53 markalı telefon üçün 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 5.06 (beş manat altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1346 manat borcun, 33.46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********22186 SAMSUNG GALAXY A53 markalı telefon, İMEİ KOD **********94613 SAMSUNG GALAXY A53 markalı telefon almış və nəticədə 1346 (bir min üç yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1164.96 (bir min yüz altmış dörd manat doxsan altı qəpik) manat (yəni 18 ay x 64.72 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ KOD **********22186 SAMSUNG GALAXY A53 markalı telefon üçün ümumilikdə 1281 (bir min iki yüz səksən bir) manat olmaqla, ondan, 1164.96 (bir min yüz altmış dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 116.04 (bir yüz on altı manat dörd qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 1269.9 (bir min iki yüz altmış doqquz manat doxsan qəpik) manat (yəni 18 ay x 70.55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********94613 SAMSUNG GALAXY A53 markalı telefon üçün ümumilikdə 65 (altmış beş) manat olmaqla, ondan, 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.06 (beş manat altı qəpik) manat cərimə Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində İmei kod **********94613 SAMSUNG GALAXY A53 markalı telefon və X1 imtina etmiş və məhsul 1209.96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1209.96 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********22186 SAMSUNG GALAXY A53 markalı telefon üçün, 1164.96 (bir min yüz altmış dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 116.04 (bir yüz on altı manat dörd qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********94613 SAMSUNG GALAXY A53 markalı telefon üçün 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 5.06 (beş manat altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1346 manat borc, 33.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********22186 SAMSUNG GALAXY A53 markalı telefon üçün, 1164.96 (bir min yüz altmış dörd manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 116.04 (bir yüz on altı manat dörd qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********94613 SAMSUNG GALAXY A53 markalı telefon üçün 59.94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 5.06 (beş manat altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1346 manat borc, 33.46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar