Məhkəmə qərarları › İş №e-2(075)-2207/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2207/2025

09.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2207/2025 09.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, İbrahimov Tərlan Arif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən HP Pavilion markalı kompüter üçün 1263,38 (min iki yüz altmış üç manat otuz səkkiz qəpik) manat əsas, 126,34 (yüz iyirmi altı manat otuz dörd qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Windows 11, Huawei Matebook D 16 markalı kompüter, Paket Combomax xidməti üçün 329,91 (üç yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat əsas, 32,99 (otuz iki manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1752,62 (min yeddi yüz əlli iki manat altmış iki qəpik) manat borcun və 37,53 (otuz yeddi manat əlli üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçi İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən HP Pavilion markalı kompüter, Windows 11, Huawei Matebook D 16 markalı kompüter, Paket Combomax xidməti almış və nəticədə 1752,62 (min yeddi yüz əlli iki manat, altmış iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1803,96 (min səkkiz yüz üç manat, doxsan altı qəpik) manat (12 ay x 140,58 manat + 117 manat ilkin ödəniş) olan HP Pavilion markalı kompüter üçün ümumilikdə, 1389,72 (min üç yüz səksən doqquz manat, yetmiş iki qəpik) manat olmaqla ondan, 1263,38 (min iki yüz altmış üç manat, otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 126,34 (yüz iyirmi altı manat otuz dörd qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1735,92 (min yeddi yüz otuz beş manat, doxsan iki qəpik) manat (12 ay x 144,66 manat + 0 manat ilkin ödəniş) olan Windows 11, Huawei Matebook D 16 markalı kompüter, Paket Combomax xidməti üçün ümumilikdə, 362,90 (üç yüz altmış iki manat, doxsan qəpik) manat olmaqla ondan, 329,91 (üç yüz iyirmi doqquz manat, doxsan bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olaraq 32,99 (otuz iki manat, doxsan doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Huawei Matebook D 16 markalı kompüterdən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 1296 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 110,01 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1296 manat, ümumilikdə, 1406,01 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 1946,59 manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 04 sentyabr 2025-ci il tarixdə iddiaya qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, maddi vəziyyəti ilə əlaqədar müqavilələr üzrə ödəniş edə bilməmişdir. Məhkəmədən cərimə məbləglərinin silinməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC-nin nümayəndəsi 09 yanvar 2026-cı il tarixdə məhkəməyə elektron qaydada ərizə gönərərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01912846 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh ümumi dəyəri 1735.98 manat olan Windows 11, Huawei Matebook D 16 markalı kompüter, Paket Combomax xidməti satılmışdır. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01912864 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 1803.96 manat olan 1 ədəd HP Pavilion markalı kompüter satılmışdır. 15 avqust 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1263,38 (min iki yüz altmış üç manat otuz səkkiz qəpik) manat əsas, 126,34 (yüz iyirmi altı manat otuz dörd qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 329,91 (üç yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat əsas, 32,99 (otuz iki manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1752,62 (min yeddi yüz əlli iki manat altmış iki qəpik) manat manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1 ədəd HP Pavilion markalı kompüter almış, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Windows 11, Huawei Matebook D 16 markalı kompüter, Paket Combomax xidməti almış və nəticədə 1752,62 (min yeddi yüz əlli iki manat, altmış iki qəpik) manat borc yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 126,34 (yüz iyirmi altı manat otuz dörd qəpik) manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan sayır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1263,38 (min iki yüz altmış üç manat otuz səkkiz qəpik) manat əsas, 10 (on) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 329,91 (üç yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat əsas, 32,99 (otuz iki manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1636.28 (min altı yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 36.36 (otuz altı manat otuz altı qəpik) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1263,38 (min iki yüz altmış üç manat otuz səkkiz qəpik) manat əsas, 10 (on) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 329,91 (üç yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat əsas, 32,99 (otuz iki manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1636.28 (min altı yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 36.36 (otuz altı manat otuz altı qəpik) manat məbləğində hissəsi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar