Məhkəmə qərarları › İş №e-2(075)-2220/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2220/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2220/2023 06.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********59266 SAMSUNG GALAXY A22 markalı telefon, CASE SAMSUNG A22 üçün 306.92 (üç yüz altı manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 30.08 (otuz manat səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********97599 REALME C25Y markalı telefon üçün 247.12 (iki yüz qırx yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 24.88 (iyirmi dörd manat səksən səkkiz qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ƏDƏD GECƏ LAMPASİ, YER GRUBU XALÇA, BİBLO, PALTARQURUDAN PERİLLA, ÜTÜ MASASİ PERİLLA üçün 173.32 (yüz yetmiş üç manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 17.68 (on yeddi manat altmış səkkiz qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3 ƏDƏD FİTTED ÇARŞAF SETİ, 2 ƏDƏD SÜFRƏ, PAKRİVAL, 2 ƏDƏD TAC MAHAL, 4 ƏDƏD HAVLU üçün 119.2 (yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 11.8 (on bir manat səksən qəpik) cərimə borcu olmaqla, ümumilikdə 931 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il , xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********59266 SAMSUNG GALAXY A22 markalı telefon, CASE SAMSUNG A22, İMEİ KOD **********97599 REALME C25Y markalı telefon, 2 ƏDƏD GECƏ LAMPASİ, YER GRUBU XALÇA, BİBLO, PALTARQURUDAN PERİLLA, ÜTÜ MASASİ PERİLLA, 3 ƏDƏD FİTTED ÇARŞAF SETİ, 2 ƏDƏD SÜFRƏ, PAKRİVAL, 2 ƏDƏD TAC MAHAL, 4 ƏDƏD HAVLU almış və nəticədə 931 (doqquz yüz otuz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 616.92 (altı yüz on altı manat doxsan iki qəpik) manat (12 ay x 51.41 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********59266 SAMSUNG GALAXY A22 markalı telefon,CASE SAMSUNG A22 üçün ümumilikdə, 337 (üç yüz otuz üç) manat olmaqla ondan, 306.92 (üç yüz altı manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 30.08 (otuz manat səkkiz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 597.12 (beş yüz doxsan yeddi manat on iki qəpik) manat (12 ay x 49.76 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********97599 REALME C25Y markalı telefon üçün ümumilikdə, 272 (iki yüz yetmiş iki) manat olmaqla ondan, 247.12 (iki yüz qırx yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 24.88 (iyirmi dörd manat səksən səkkiz qəpik) cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 712.32 (yeddi yüz on iki manat otuz iki qəpik) manat (12 ay x 59.36 manat + 0 manat ilkin ödəniş) 2 ƏDƏD GECƏ LAMPASİ, YER GRUBU XALÇA, BİBLO, PALTARQURUDAN PERİLLA, ÜTÜ MASASİ PERİLLA üçün ümumilikdə, 191 (yüz doxsan bir) manat olmaqla ondan, 173.32 (yüz yetmiş üç manat otuz iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17.68 (on yeddi manat altmış səkkiz qəpik)cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1306.8 (min üç yüz altı manat səksən qəpik) manat (18 ay x 72.6 manat + 0 manat ilkin ödəniş) 3 ƏDƏD FİTTED ÇARŞAF SETİ, 2 ƏDƏD SÜFRƏ, PAKRİVAL, 2 ƏDƏD TAC MAHAL, 4 ƏDƏD HAVLU üçün ümumilikdə, 131 (yüz otuz bir) manat olmaqla ondan, 119.2 (yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 11.8(on bir manat səksən qəpik) cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 2386.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********59266 SAMSUNG GALAXY A22 markalı telefon, CASE SAMSUNG A22 üçün 306.92 (üç yüz altı manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 30.08 (otuz manat səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********97599 REALME C25Y markalı telefon üçün 247.12 (iki yüz qırx yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 24.88 (iyirmi dörd manat səksən səkkiz qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ƏDƏD GECƏ LAMPASİ, YER GRUBU XALÇA, BİBLO, PALTARQURUDAN PERİLLA, ÜTÜ MASASİ PERİLLA üçün 173.32 (yüz yetmiş üç manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 17.68 (on yeddi manat altmış səkkiz qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3 ƏDƏD FİTTED ÇARŞAF SETİ, 2 ƏDƏD SÜFRƏ, PAKRİVAL, 2 ƏDƏD TAC MAHAL, 4 ƏDƏD HAVLU üçün 119.2 (yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 11.8 (on bir manat səksən qəpik) cərimə borcu olmaqla, ümumilikdə 931 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********59266 SAMSUNG GALAXY A22 markalı telefon, CASE SAMSUNG A22 üçün 306.92 (üç yüz altı manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 30.08 (otuz manat səkkiz qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********97599 REALME C25Y markalı telefon üçün 247.12 (iki yüz qırx yeddi manat on iki qəpik) manat ödənilməmiş hissə, 24.88 (iyirmi dörd manat səksən səkkiz qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ƏDƏD GECƏ LAMPASİ, YER GRUBU XALÇA, BİBLO, PALTARQURUDAN PERİLLA, ÜTÜ MASASİ PERİLLA üçün 173.32 (yüz yetmiş üç manat otuz iki qəpik) manat ödənilməmiş hissə, 17.68 (on yeddi manat altmış səkkiz qəpik) cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3 ƏDƏD FİTTED ÇARŞAF SETİ, 2 ƏDƏD SÜFRƏ, PAKRİVAL, 2 ƏDƏD TAC MAHAL, 4 ƏDƏD HAVLU üçün 119.2 (yüz on doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 11.8 (on bir manat səksən qəpik) cərimə borcu olmaqla, ümumilikdə 931 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar