Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2235/2024 19.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1579,7 AZN əsas 473,9 AZN cərimə olmaqla, cəmi 2053,6 AZN borcun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 508,5 AZN əsas, 152,5 AZN cərimə olmaqla, cəmi 661 AZN borcun, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 584,9 AZN əsas, 175,4 AZN cərimə olmaqla, cəmi 760,3 AZN borcun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 565 AZN əsas, 169,5 AZN cərimə olmaqla, cəmi 734,5 AZN borcun, xx.xx.2023-cü il tarixli, 466767 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 431,9 AZN əsas, 129,5 AZN cərimə olmaqla, cəmi 561,4 AZN borcun, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 539,9 AZN əsas, 161,9 AZN cərimə olmaqla, cəmi 701,8 AZN borcun, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 607,9 AZN əsas, 182,3 AZN cərimə olmaqla, cəmi 790,2 AZN borcun, ümumilikdə yeddi müqavilə üzrə 4817,8 AZN əsas, 1445 AZN cərimə, 6262,8 AZN cəmi borcun və 82.62 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: 1 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli, ********* saylı müqavilə məbləği: 1672,70 AZN, müqavilənin aylıq ödənişi, müddəti: 93,00 AZN 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Samsung markalı televizor, smart saat Son ödəniş məbləği və tarixi: 93,00 AZN, xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 1579,70 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 4739,00 AZN, nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90 % Cavabdeh tərəfindən ödənilməli cərimə: 473,90 AZN, tutulmalı olan cəmi məbləğ: 2053,60 AZN təşkil edir. 2-ci müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli, № ********* saylı müqavilə məbləği: 764,90 AZN müqavilənin aylıq ödənişi, müddəti: 64,00 AZN 12 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Xiaomi markalı mobil telefon, təraş aləti 2 ədəd son ödəniş məbləği və tarixi: 64,00 AZN, xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 508,50 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1525,00 AZN nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 152,50 AZN tutulmalı olan cəmi məbləğ: 661,00 AZN təşkil edir. 3-cü müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə məbləği: 1325,90 AZN müqavilənin aylıq ödənişi, müddəti: 74,00 AZN 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Samsung markalı televizor, tava dəsti, elektro qril son ödəniş məbləği və tarixi: 74,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 584,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1754,00 AZN nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 175,40 AZN tutulmalı olan cəmi məbləğ: 760,30 AZN təşkil edir. 4-cü müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli, № ********* saylı müqavilə məbləği: 679,40 AZN müqavilənin aylıq ödənişi, müddəti: 57,00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Samsung markalımobil telefon, drone, aksesuar son ödəniş məbləği və tarixi: 57,40 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 565,00 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1695,00 AZN nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 169,50 AZN tutulmalı olan cəmi məbləğ: 734,50 AZN təşkil edir. 5-ci müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № 466767 saylı müqavilə məbləği: 647,90 AZN müqavilənin aylıq ödənişi, müddəti: 36,00 AZN 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Xiaomi markalı mobil telefon, son ödəniş məbləği və tarixi: 36,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqısatqımüqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 431,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1295,00 AZN nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 129,50 AZN tutulmalı olan cəmi məbləğ: 561,40 AZN təşkil edir. 6-cı müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə məbləği: 1199,90 AZN müqavilənin aylıq ödənişi, müddəti: 110,00 AZN 11 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Samsung markalı soyuducu son ödəniş məbləği və tarixi: 110,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 539,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1619,00 AZN nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 161,90 AZN tutulmalı olan cəmi məbləğ: 701,80 AZN təşkil edir. 7-ci müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilə məbləği: 999,90 AZN müqavilənin aylıq ödənişi, müddəti: 56,00 AZN 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): Taube markalı televizor 2 ədəd Son ödəniş məbləği və tarixi: 56,00 AZN xx.xx.2024 Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 607,90 AZN gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1823,00 AZN nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 182,30 AZN tutulmalı olan cəmi məbləğ: 790,20 AZN təşkil edir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və mülki iş üzrə yekun məhkəmə aktı çıxarılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Məhkəmə, tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1325,97 manat dəyərində Samsung UE43AU7100UXRU(0CWL3LDTA01431) markalı televizor, XM X3 SimplyClean 30sm DİF(İRK161763) tava dəsti və XM grill X6(İRK172659) markalı elektro qril üçün 18 ay müddətinə, aylıq 74 manat olmaqla hissəhissə ödəmək şərti ilə almışdır. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 18 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 584,9 manat əsas, 1754 manat cərimə borcu olmaqla, cəmi 2338,90 manat borcu mövcuddur. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 999,99 manat dəyərində Taube TB50S2RBK 4K UHD Smart TV (E50B71D**********581) markalı televizor, Taube TB32BBK Led TV (E32A71C**********053) markalı televizor üçün 18 ay müddətinə, aylıq 56 manat olmaqla hissə-hissə ödəmək şərti ilə almışdır. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 18 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 607,9 manat əsas, 1823 manat cərimə borcu olmaqla, cəmi 2430,90 manat borcu mövcuddur. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 647,99 manat dəyərində X4 12S 8GB/256GB Onyx black (**********56520/**********56538) markalı mobil telefon üçün 18 ay müddətinə, aylıq 36 manat olmaqla hissə-hissə ödəmək şərti ilə almışdır. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 18 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 431,9 manat əsas, 1295 manat cərimə borcu olmaqla, cəmi 1726,90 manat borcu mövcuddur. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1199,99 manat dəyərində Samsung RT43K6000S8/WT(0G3V4DBT301606) markalı soyuducunu 11 ay müddətinə, aylıq 110 manat olmaqla hissə-hissə ödəmək şərti ilə almışdır. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 11 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 539,9 manat əsas, 1619 manat cərimə borcu olmaqla, cəmi 2158,90 manat borcu mövcuddur. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 764,97 manat dəyərində X4 12S 8GB/256GB Onyx Black (**********54760/**********54778) markalı mobil telefonu, XM Trimmer Zelmer ZHC6550(İRK174566) markalı təraş alətini və XM Trimmer Kemei KM-5027(İRK217453) markalı təraş alətini 12 ay müddətinə, aylıq 64 manat hissə-hissə ödəmək şərti ilə almışdır. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 12 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 508,5 manat əsas, 1525 manat cərimə borcu olmaqla, cəmi 2033,50 manat borcu mövcuddur. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 679,47 manat dəyərində Samsung A245 black 128GB (**********30276/**********30278) markalı mobil telefon, X1 H280 black (TOYS010821) markalı dron və X5 X2 Acnum-B0G Gray(012701) markalı aksesuarı 12 ay müddətinə, aylıq 57 manat olmaqla hissə-hissə ödəmək şərti ilə almışdır. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 12 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 565 manat əsas, 1695 manat cərimə borcu olmaqla, cəmi 2260 manat borcu mövcuddur. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və 1 saylı əlavəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1672,78 manat dəyərində Samsung (UE43CU8000UXRU0P5X3NCW801165) markalı televizor və smart watch 4(TMA-B19) black (A2FY9X3A********) markalı smart qol saatını 18 ay müddətinə, aylıq 93 manat olmaqla hissə-hissə ödəmək şərti ilə almışdır. - xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu 18 ay müddətinə qaytarmalı olmuşdur. - xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-nə 1579,7 manat əsas, 4739 manat cərimə borcu olmaqla, cəmi 6318,70 manat borcu mövcuddur. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 7 müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə cəmi 2430,9 manat əsas borcu və cəmi 19267,8 manat cərimə borcunu ödəməsi, əks halda barəsində qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 82,62 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən cavabdeh ümumilikdə, 7 müqavilə üzrə cəmi dəyəri 4817,8 manat təşkil edən avadanlıqları almış, avadanlıqların dəyərini müqavilələrdə nəzərdə tutulan müddət ərzində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra edib müqavilələrin əlavəsində nəzərdə tutulan avadanlıqları cavabdehə təhvil versə də, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməyərək borcunu ödəniş cədvəlində nəzərdə tutulan vaxtda ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilərək borcunu qaytarması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilsə də, borclu öhdəliklərini icra etməmişdir. Cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqavilələri və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə, işin sadalanan hallarını, qanunvericilik normalarını, eləcə də cavabdehin üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun qeyd olunan alqı-satqı müqavilələri üzrə iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcların tutulması hissəsində tam təmin edilməlidir. İddia tələbində tələb olunan 473,9 manat, 152,5 manat, 175,4 manat, 169,5 manat, 129,5 manat, 161,9 manat və 182,3 manat cərimə məbləğlərinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinin № 1 saylı əlavələrinin 3-cü bəndinə əsasən cərimə məbləğinin tutulması barədə iddia tələbi əsaslı olsa da Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdehin borc məbləğini, borcun yaranma tarixini, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələb edilən dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 50 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 20 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı müqavilə üzrə 20 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 20 manat, xx.xx.2023-cü il tarixli, 466767 saylı müqavilə üzrə 20 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı müqavilə üzrə 20 manat, xx.xx.2023-ci il tarixli, ********* saylı müqavilə üzrə 20 manat məbləğində müəyyənləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1579,7 AZN əsas 50 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 508,5 AZN əsas, 20 AZN cərimə borcu, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 584,9 AZN əsas, 20 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 565 AZN əsas, 20 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli, 466767 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 431,9 AZN əsas, 20 AZN cərimə borcu, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 539,9 AZN əsas, 20 AZN cərimə borcu, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 607,9 AZN əsas, 20 AZN cərimə borcu olmaqla, ümumilikdə yeddi müqavilə üzrə 4817,8 AZN əsas, 170 AZN cərimə borcu olmaqla, cəmi 4987,8 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 69,87 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1579,7 (min beş yüz yetmiş doqquz manat yetmiş qəpik) AZN əsas, 50 (əlli) AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 508,5 (beş yüz səkkiz manat əlli qəpik) AZN əsas, 20 (iyirmi) AZN cərimə borcu, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 584,9 (beş yüz səksən dörd manat doxsan qəpik) AZN əsas, 20 (iyirmi) AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 565 (beş yüz altmış beş) AZN əsas, 20 (iyirmi) AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli, 466767 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 431,9 (dörd yüz otuz bir manat doxsan qəpik) AZN əsas, 20 (iyirmi) AZN cərimə borcu, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 539,9 (beş yüz otuz doqquz manat doxsan qəpik) AZN əsas, 20 (iyirmi) AZN cərimə borcu, xx.xx.2023-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 607,9 (altı yüz yeddi manat doxsan qəpik) AZN əsas, 20 (iyirmi) AZN cərimə borcu olmaqla, ümumilikdə yeddi müqavilə üzrə 4817,8 (dörd min səkkiz yüz on yeddi manat səksən qəpik) AZN əsas, 170 (yüz yetmiş) AZN cərimə borcu olmaqla, cəmi 4987,8 (dörd min doqquz yüz səksən yeddi manat səksən qəpik) manat borc məbləği və 69,87 (altmış doqquz manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2235/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2235/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver