Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2255/2025 10.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME, HP PAVİLİON 15-KOMPUTER, MOUSE, MİCROSOFT OFFİCE üçün 1415.82 (min dörd yüz on beş manat, 82 qəpik) manat ödənilməmiş hissə, 141.58 (yüz qırx bir manat, 58 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********40386 XİAOMİ REDMİ 12 markalı telefon üçün 131.80 (yüz otuz bir manat, 80 qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat, 18 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1702.38 manat borc 37.03 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılr ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən WİNDOWS 11 HOME, HP PAVİLİON 15-KOMPUTER, MOUSE, MİCROSOFT OFFİCE, İMEİ KODU **********40386 XİAOMİ REDMİ 12 markalı telefon almış və nəticədə 1702.38 (min yeddi yüz iki manat, 38 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2140.88 (iki min yüz qırx manat, 88 qəpik) manat (18 ay x 106.16 manat + 230 manat ilkin ödəniş) WİNDOWS 11 HOME, HP PAVİLİON 15- KOMPUTER, MOUSE, MİCROSOFT OFFİCçEünüümumilikdə, 1557.40 (min beş yüz əlli yeddi manat, 40 qəpik) manat olmaqla ondan, 1415.82 (min dörd yüz on beş manat, 82 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 141.58 (yüz qırx bir manat, 58 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 430 (dörd yüz otuz) manat (12 ay x 35 manat + 10 manat ilkin ödəniş) olan İMEİ KODU **********40386 XİAOMİ REDMİ 12 markalı telefoünçün ümumilikdə, 144.98(yüz qırx dörd manat, 98 qəpik) manat olmaqla ondan, 131.80 (yüz otuz bir manat, 80 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 13.18 (on üç manat, 18 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1023.26 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə təsdiq edilir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrinə əsasən, nisyə aldığı WİNDOWS 11 HOME, HP PAVİLİON 15-KOMPUTER, MOUSE, MİCROSOFT OFFİCE, İMEİ KODU **********40386 XİAOMİ REDMİ 12 markalı telefon adlı məhsulların qiymətini tam ödəməmiş, nəticədə 1415.82 (min dörd yüz on beş manat, 82 qəpik) manat ödənilməmiş hissə, 141.58 (yüz qırx bir manat, 58 qəpik) manat cərimə; 131.80 (yüz otuz bir manat, 80 qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat, 18 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1702.38 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə qeyd hüquq normalarına əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME, HP PAVİLİON 15- KOMPUTER, MOUSE, MİCROSOFT OFFİCE üçün 1415.82 (min dörd yüz on beş manat, 82 qəpik) manat ödənilməmiş hissə, 141.58 (yüz qırx bir manat, 58 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********40386 XİAOMİ REDMİ 12 markalı telefon üçün 131.80 (yüz otuz bir manat, 80 qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat, 18 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1702.38 (min yeddi yüz iki manat 38 qəpik) manat borc, 37.03 (otuz yeddi manat 03 qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME, HP PAVİLİON 15-KOMPUTER, MOUSE, MİCROSOFT OFFİCE üçün 1415.82 (min dörd yüz on beş manat, 82 qəpik) manat ödənilməmiş hissə, 141.58 (yüz qırx bir manat, 58 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********40386 XİAOMİ REDMİ 12 markalı telefon üçün 131.80 (yüz otuz bir manat, 80 qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat, 18 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1702.38 (min yeddi yüz iki manat 38 qəpik) manat borc, 37.03 (otuz yeddi manat 03 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvanə Məmmədova MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2025-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Məmmədova Pərvanə Əziz qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:10-da qurtardı. Hakim Pərvanə Məmmədova Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-2255/2025 xx.xx.2025-ci il Hakim Məmmədova Pərvanə Əziz qızı qızının sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, WİNDOWS 11 HOME, HP PAVİLİON 15-KOMPUTER, MOUSE, MİCROSOFT OFFİCE üçün 1415.82 (min dörd yüz on beş manat, 82 qəpik) manat ödənilməmiş hissə, 141.58 (yüz qırx bir manat, 58 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********40386 XİAOMİ REDMİ 12 markalı telefon üçün 131.80 (yüz otuz bir manat, 80 qəpik) manat ödənilməmiş hissə, 13.18 (on üç manat, 18 qəpik) manat cərimə olmaqla, ümumilikdə 1702.38 (min yeddi yüz iki manat 38 qəpik) manat borc, 37.03 (otuz yeddi manat 03 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2255/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2255/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver