Məhkəmə qərarları › İş №e-2(075)-2262/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2262/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2262/2023 07.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********70864 XİAOMİ POCO M4 PRO markalı telefon üçün 530.94 (beş yüz otuz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 53.06 (əlli üç manat altı qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********62454 HUAWEİ Y5P markalı telefon üçün 543.08 (beş yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 54.92 (əlli dörd manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1182 manat borcun, 31.82 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********70864 XİAOMİ POCO M4 PRO markalı telefon, İMEİ KOD **********29764 SAMSUNG GALAXY A13 markalı telefon almış və nəticədə 1182 (bir min yüz səksən iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 771.94 (yeddi yüz yetmiş bir manat doxsan dörd qəpik) manat (yəni 18 ay x 41.33 manat + 28 manat ilkin ödəniş) İMEİ KOD **********70864 XİAOMİ POCO M4 PRO markalı telefon üçün ümumilikdə, 584 (beş yüz səksən dörd) manat olmaqla ondan, 530.94 (beş yüz otuz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 53.06 (əlli üç manat altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 615.18 (altı yüz on beş manat on səkkiz qəpik) manat (yəni 18 ay x 34.06 manat + 2.1 manat ilkin ödəniş) İmei kodu **********62454 HUAWEİ Y5P markalı telefon üçün ümumilikdə 598 (beş yüz doxsan səkkiz) manat olmaqla ondan 543.08 (beş yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 54.92 (əlli dörd manat doxsan iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 313.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********70864 XİAOMİ POCO M4 PRO markalı telefon üçün 530.94 (beş yüz otuz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 53.06 (əlli üç manat altı qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********62454 HUAWEİ Y5P markalı telefon üçün 543.08 (beş yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 54.92 (əlli dörd manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1182 manat borc, 31.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********70864 XİAOMİ POCO M4 PRO markalı telefon üçün 530.94 (beş yüz otuz manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, 53.06 (əlli üç manat altı qəpik) manat cərimə borcu, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********62454 HUAWEİ Y5P markalı telefon üçün 543.08 (beş yüz qırx üç manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 54.92 (əlli dörd manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1182 manat borc, 31.82 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar