Məhkəmə qərarları › İş №e-2(075)-2276/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2276/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2276/2022 25.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********16134 olan Samsung Galaxy A12 markalı telefon üçün 204 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********18445 Samsung Galaxy A01 markalı telefon üçün 144.6 manat əsas, 14.4 manat cərimə borcu olmaqla, ümumilikdə 383 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********16134 Samsung Galaxy A12 markalı telefon və İmei kdou **********18445 Samsung Galaxy A01 markalı telefon almış və nəticədə 383 (üç yüz səksən üç) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 427.2 (dörd yüz iyirmi yeddi, iyirmi qəp) manat (12 ay x 35.6 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********16134 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə, 224 (iki yüz iyirmi dörd) manat olmaqla ondan, 204 (iki yüz dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 255.6 (iki yüz əlli beş, altmış qəp) manat (12 ay x 21.3 manat + 0 manat ilkin ödəniş) İmei kdou **********18445 Samsung galaxyA01 markalı telefonüçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 144.6 (yüz qırx dörd, altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.4 (on dörd, qırx qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 334.2 manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 20 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********16134 olan Samsung Galaxy A20s markalı telefon üçün 204 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********18445 Samsung Galaxy A01 markalı telefon üçün 144.6 manat əsas, 14.4 manat cərimə borcu olmaqla, ümumilikdə 383 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 200 və 202-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********16134 olan Samsung Galaxy A20s markalı telefon üçün 204 manat əsas, 20 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********18445 Samsung Galaxy A01 markalı telefon üçün 144.6 manat əsas, 14.4 manat cərimə borcu olmaqla, ümumilikdə 383 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar